Meyxoş Abdullah yazdığı hər hansı kiçik hekayəsində belə dərin insan psixologiyasını xarakterizə edən, cəmiyyətin müəyyən təbəqələrində baş verən hadisələrə öz yazıçı təfəkkürü ilə yanaşan və həmin hadisələri yazıçı həssaslığı ilə qələmə almağı bacaran bir nasirdir. Onun əsərlərinin mövzusu hər addımbaşı rastlaşdığımız, bəlkə də yanından laqeydliklə ötüb keçdiyimiz həyat hadisələrindən ibarətdir. O hadisələr ki yazıçı onu öz qələmiylə cilalayaraq, rəngləyərək və qəlbinin süzgəcindən keçirərək oxucusuna bədii formada təqdim edir. Öz dəst-xətti olan və müasir Azərbaycan ədəbiyyatının nəsr janrında bir çox uğurlara imza atan yazıçının əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb.
M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb.Yazdığı əsərlər kitab şəklində kütləvi tirajla buraxılıb. Kitabda müxtəlif illərdə müharibə mövzusunda yazılan hekayələr toplanmışdır.
M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb. Real faktlar üzərində yazılan və oxucular tərəfindən maraqla qarşılanan “Əsir qadın” romanı 2009-cu ildə kitab şəkilndə oxuculara təqdim olunub və oxucu kütləsini təsirləndirən ən faciəli roman kimi yadda qalıb. Ən önəmli məqamlardan biri də odur ki, romanın ilk adı “İt anası” olub. Yazıçı bu barədə deyir: “İlk variantda kitabın adı “İt anası” olub. Hələ kitab çıxmamışdan qabaq müsahibələrimin birində bu əsər barədə danışmışdım. 2006-cı ildə məni çağırdılar, bu məsələylə bağlı sorğu-sual etdilər. Mən onlara bu əsəri əlimdə olan bəzi faktlar əsasında yazdığımı söylədim. Bundan sonra ümumi razılıq əldə etdik və mən əsərin adını və əsərdə gedən bəzi faktları çıxarmalı oldum”. M.Abdulla onu da qeyd edir ki, “Əsir qadın” əsəri, onun Qarabağ mövzusunda yazdığı hekayə və povestlərdən sonra yazılan ən iri həcmli romanıdır: “Romanda hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadının qucağına qoyaraq öz övladı kimi süd verməyə onu məcbur etməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı, bunu təsdiq edənlər oldu.
M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb.Yazdığı əsərlər kitab şəklində kütləvi tirajla buraxılıb. Kitabda müxtəlif illərdə ailə məişət mövzusunda yazılan hekayələr toplanmışdır.
Meyxoş Abdullahın yazmış olduğu "Alagöz" romanı 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi "Yaddaş" mükafatına layiq görülmüşdür. Əsər Qarabağ müharibəsi mövzusunda yazılmış ən yaxşı romanlardan biri hesab olunur.