Название | Könlüm Qarabağdadır |
---|---|
Автор произведения | Теймур Эльчин |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-56-3 |
sözüm var mənim.
Ömrüm boyu bir gözəldə
gözüm var mənim,
Yar deyəndə, onun kimi
yar gərək olsun!
Tut ağacı
Xan bağında taxta çıxdı,
Verdi fərman tut ağacı.
Xəstələrə təbib oldu,
Dərdə dərman, tut ağacı.
Geydi qızıl köynəyini,
Açdı yaşıl örpəyini.
Gətirdi bol ipəyini,
Çəkdi karvan tut ağacı.
Budaqları çadır-çadır,
Əl vurursan, bala batır.
Kölgəsində bir el yatır,
Baxır heyran tut ağacı.
Keçir illər, ötür zaman,
Yada düşür yaxşı, yaman.
Bəzən küsür öz baxtından,
Görmür aman tut ağacı.
Sual etdi bir cavan
Sual etdi bir cavan
Dünya görmüş qocadan:
– Deyirlər, şirindir can,
Ölümdən qorxur insan.
Doğrudurmu, de, baba?
– Doğrudur, can şirindir,
İnsan doymur dünyadan.
Amma Vətən olmasa,
Kimə lazımdır o can?
Şirindir Vətən ondan!
Hər dastanı bir tarix
Oğul Buğac
Dədəm Qorqud!
Aşıq babam, ozan babam!
Mənim ölməz dastanımı
Yazan babam!
Uzaq, dilsiz əsrləri
Danışdıran.
Elimizin, dilimizin
Gur çeşməsi.
Məşəl tutub
Zülmətləri alışdıran
Nur qaynağı, nur çeşməsi!
Babaların ulusu,
Babası!
Sənə borclu
Oğuzların hər ulusu,
Obası!
Deyiləni yazan babam,
Ad verib-ad yaraşdıran.
İgidləri yarışdıran,
Küsənləri barışdıran,
Yazılanı pozan babam!
Olmayıbdır oğuzların
Qışı sənsiz, yazı sənsiz.
Keçməyibdir məclisləri,
Toyu sənsiz, yası sənsiz,
Qorqud babam!
Dar günündə el-obanın
Məsləhəti,
İti ağlı, cəsarəti
Səndən gəlib.
Cahıllar da, ahıllar da
Hər yaxşını səndən bilib.
İzin qalıb, Qorqud babam,
Sehrli, sirli aləmdə.
Şərbət kimi sözün qalıb
Bu gün mənim piyaləmdə.
Bağladığın kitab mənim!
Çaldığın o rübab mənim!
Səni məndən soruşsunlar!
Hər suala cavab mənim
Qorqud babam!
Dədəm Qorqud
Qopuz çaldı, saz götürdü.
İgidlərdən boy boyladı,
Soy söylədi…
Yuxum qaçdı…
Karvan çəkdi
Gözəlliklər dünyasına.
Oğuzların qeyrətindən,
Adətindən, şöhrətindən
Söhbət açdı.
Olmuşları, keçmişləri
Saldı yada.
Dağlar verdi əks-səda,
Oğuz eli nəğmələndi,
Gözəlləri cilvələndi.
İgidlərin özü köçdü,
Adı qaldı bu dünyada.
Nağıl-nağıl,
Nəğmə-nəğmə gəzir eli
Dədəm Qorqud.
Danışdığı
Gözlərimdə ilğım-ilğım,
Bulud-bulud…
Yığışıbdır dağ döşündə
Elim, obam.
Eşidirəm:
Çalır ozan – Qorqud babam!
Səhər hələ yuxudaydı,
Çıxmamışdı dan yerinə.
Hələ Günəş gəlməmişdi
Qırmızı meydan yerinə.
Xəbər çatdı Dirsə xana:
– Nə yatmısan?
Tez dursana!
Oğlun olub!
Muştuluq ver!
Günəş doğdu,
Sevindi göy,
Sevindi yer.
Dik atıldı
Yatağından Dirsə xan.
Muştuluqçu al geyəcək,
Muştuluğu versə xan.
İşıq gəldi
Dirsə xanın gözlərinə.
“Oğul” sözü
Güc gətirdi dizlərinə.
Dünya ona verilmişdi!
İgidlərlə
Ova çıxdı, ov ovladı.
“Oğul!” – deyib
Mağar qurdu, toy toyladı.
Dünya ona verilmişdi!
Muştuluğu verdi xan:
Al qaftan, qızıl kəmər,
Sürü qoyun, üstəlik
Yeddi