Oğluma nəsihət. Низами Гянджеви

Читать онлайн.
Название Oğluma nəsihət
Автор произведения Низами Гянджеви
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-21-1



Скачать книгу

target="_blank" rel="nofollow" href="#img220955147be34b05b724529e6d0398ca.jpg"/>

      Qorxu ilə, ümidlə dənizdən dürr tapan var,

      Sədəfini yandırıb tozuyla diş ağardar.

      Özgəsinin eybini, öz hüsnünü görmə tək,

      Öncə öz nöqsanını görə bilən göz gərək.

      Demirəm ki, aynanı al əlinə, ya alma,

      Öz eybini görə bil, özünə heyran olma!

      Niyə gərək özünü bahar kimi bəzəmək?

      Saqın! Soldurar səni zaman bahar gülütək.

      Eybini örtən geyim zərif toxunduğundan,

      Tanrı doqquz pərdə də göydən endirmiş əlan.75

      Bu göy yuvarlığının içində, ey gözü dar,

      Söylə, sənin boynuna həlqə76 olmayan nə var?

      İtsənmi ki, taxasan Sürəyya xaltasını?

      Eşşəksənmi, çəkəsən yük daşıyan İsanı?77

      Fələk nədir? Atılmış, tərk edilmiş dul qarı,

      Cahan nədir? Saralmış bağların solğun barı!

      Hər köhnəni, təzəni bircə-bircə sal yada,

      Bu dünyada nə varsa, dəyməz bir arpaya da.

      Yemə dünya qəmini, xacə, tərk et oyunu,

      Qüssə çəksən, qoy yerə Nizaminin payını.78

      Nəzər sahibi bir möbidin dastanı

      Ağsaçlı qoca möbid, yeri, yurdu Hindistan,

      Yol keçəndə nə gördü? Bir bostan, bir gülüstan.

      Ortasında naxışlı imarətlər, qəsrlər,

      Qucağında çiçəklər əsim-əsim əsərlər.

      Fələk kimi qan tökən qönçələr beli bağlı,

      Az ömürlü lalənin başından çıxıb ağlı.

      Fəvvarədir çəmənin tər süsəni, laləsi.

      İncə boylu qamışlar – qənd, şəkər piyaləsi.

      Öz oxuyla yaralı güllər qalxana bənzər,

      Canının qorxusundan əsir salxım söyüdlər.

      Bənövşənin saçları öz boynuna bağ olmuş,

      Nərgizin ətəkləri gümüş axçayla dolmuş.

      Güllə qucaq-qucağa, nəfəs-nəfəsə lalə,

      Biri yaqutla süslü, o biri incilərlə.

      Yazıq hardan bilsin ki, bircə günlük ömrü var,

      Sabahı düşünmədən bu gün olmuş bəxtiyar.

      O ağsaçlı ixtiyar seyrə daldı gülzarı,

      Bir aydan sonra yenə burdan düşdü güzarı.

      Hanı o güldən əsər, hanı bülbüldən əsər?

      Burda qarğa qarıldar, burda sağsağan gəzər.

      Cəhənnəm əvəz etmiş elə bil cənnət yeri,

      Yəhudi məbədinə köçmüş qəsrin qeysəri.

      Yaxşılıq elə bil ki, buxarlanıb yoxalmış,

      Gül qomları yerində tikan qomları qalmış.

      O xəzan bağçasında qoca ayaq saxladı,

      Hər şeyə güldüsə də, öz bəxtinə ağladı.

      – Bu dünyada heç nəyin vəfası yoxmuş, – dedi.

      – Dərdi çox, çəfası çox, səfası yoxmuş, – dedi.

      Hər nə ki, baş qaldırır bu torpaqdan, bu sudan,

      Axırda viran olur, köklü-köməcli viran!

      Xərabat diyarından yaxşı bir yerimiz yox,

      Xarab olmaqdan özgə üstün tədbirimiz yox.

      Rahib haqqın yoluna çevirincə üzünü,

      Həm Tanrını tanıdı, həm dərk etdi özünü.

      O sirr gövhərlərinin sərrafı oldu qoca,

      Gövhərşünas tərəfdə qaldı ömrü boyunca.

      Sən ey məcusilikdən, müsəlmanlıqdan qafil,

      Sən qurumuş bulaqsan, damcın da yox, bunu bil.

      Sən o hindli qocadan geri qalma, kəm olma,

      Tərk elə bu cahanı, bu heçliyə vurulma!

      Daim məstsən gül kimi… bu məstlikdən əl çək sən,

      Papağın, kəmərinlə çoxmu əylənəcəksən?

      Qalx, gülün kəmərini burax əlindən, burax!

      Güllər sənin qanınla kəmər bağlayıb ancaq.

      Papağınla kəmərin bəla kəsilib sənə,

      Sən onları girov ver eşqin meyxanəsinə.

      Papaq ucaldar səni, xacə qılar könülə,

      Kəmər səni qul eylər bu torpağa, bu gilə.

      Çalış, ağalıq, qulluq qəmindən qurtulasan,

      Nizamdan Nizamitək, bəlkə, azad olasan.

      Çəkişən iki filosofun dastanı

      Bir mülkə ortaq olan iki həkim çəkişdi,

      Aradan sözmü keçdi, odmu, alovmu keçdi?

      Öz nəfsini güdərək hər biri dedi aşkar:

      – Bir sarayın sahibi yalnız bir sultan olar.

      Əgər haqq ikiləşsə, onu dinləməz heç kəs,

      Bir bədənin üstündə iki baş ola bilməz.

      Bir məclisin başçısı iki Cəmşid olarmı?

      İki qılınc saxlayan bir qın dünyada varmı?

      Hər iki filosofun ləngər vurdu qəzəbi,

      Çalışdı, özü olsun imarətin sahibi.

      Nifrətə çevrilincə qızmış təəssübləri,

      Qərara gəldilər ki, boşaltsınlar evləri.

      Bacaları suvayıb, gecə yola düşdülər,

      Evi satmaq üstündə dilləşib, didişdilər.

      Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,

      Bir-birinə verməyə şərbət düzəldək, şərbət.

      Bacardıqca elmdə görək kim kimi ötür?

      Kimin şərbətindəki



<p>75</p>

Dini anlayışa görə, Tanrı 9 fələyi ona görə yaradıb ki, insanların eybinin üstünə pərdə çəksin və mələklər insanın yalnız savab işlərini görsün, günahlarını tam müşahidə etməyə macal tapmasınlar.

<p>76</p>

Həlqə – xalta, köləlik xaltası. Şair deyir ki, bu dar, üzükvarı dünyada hər şey sənin boynuna köləlik xaltası taxmaq, səni nökər, qul görmək istəyir. Əgər özün də bunu istəyirsənsə, deməli, kişi deyilsən, qulsan.

<p>77</p>

Qədim münəccimlərin dediyinə görə, Sürəyya ulduz topası Böyük Köpək bürcünün xaltası mövqeyindədir, daha doğrusu, ikinci birincidə yerləşir. İkinci misra eşşəkdən yalnız yük daşımaq üçün deyil, həm də nəqliyyat vasitəsi kimi istifadə edən İsa peyğəmbəri yada salır. Şair özünün vəsf və ifşa obyekti olan qəhrəmanını – İnsanı xalta gəzdirməməyə, eşşəklik etməməyə çağırır.

<p>78</p>

Yəni Nizaminin dərdini çəkmək sənə qalmayıb.