Fəlsəfə : dərs vəsaiti. Elşən Bayramzadə

Читать онлайн.
Название Fəlsəfə : dərs vəsaiti
Автор произведения Elşən Bayramzadə
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-3706-4-5



Скачать книгу

Hind fəlsəfəsi

      1.1. Qədim Hind fəlsəfəsinin ümumi səciyyəsi. Vedalar

      Hind fəlsəfəsi öz başlanğıcını qədim hindlilərin müqəddəs saydıqları və yaranması təqribən m.ö.II minilliyin ortalarına təsadüf edən Vedalardan götürmüşdür. Sanskrit dilindən tərcümədə “bilik”, “təlim” mənasını verən Vedalar bütövlükdə hind mədəniyyətinin nüvəsini təşkil edir.

      Vedaların ən qədim hissəsi dörd topluda (samhitlər) əksini tapmışdır: 1)Riqveda –Tanrıların şəninə himnlər; 2)Yacurveda –qurban vermə ayin və himnləri; 3)Samaveda –dini nəğmələr; 4)Atharvaveda –lənətlər. Sonralar samhitlərin təfsiri və şərhi nəticəsində Vedalara aid edilən çoxsaylı ədəbi nümunələr yaranmışdır. Onlara: Brahmanlar –ilahiyyat traktatları; Aranyaklar (“meşə kitabları”) –zahidlər üçün nəzərdə tutulurdu; Upanişadlar –dini və fəlsəfi mətnlər aiddir.

      Vedalarda əksini tapmış və hind fəlsəfəsinin inkişafına təkan vermiş əsas ideyalar bunlardır: məkanlı-zamanlı dünyanın nəhəngliyi; ümumi vəhdət və onun əsasında dayanan əbədi mahiyyət (brahman) haqqında təlim; kainatın əxlaqi nizama malik olmasına inam (rita); Tanrılara, insanlara, səma cisimlərinə və bütün mövcudluğa aid olan ədalət qanuni (karma); təkrarlanan doğuluşun dövranı kimi başa düşülən sansara anlayışı; fərdin azadlığı, dünyadan asılılığını dəf etməsi kimi başa düşülən mokşa; insan həyatının son məqsədinin mütləq mənəvi başlanğıcla qovuşması kimi başa düşülməsi və buna aparan praktik yolların tapılması.

      Vedalara olan münasibətinə görə hind fəlsəfi sistemləri iki böyük qrupa ayrılır. Vedaların avtoritetini etiraf edən təlimlər: ortodoksal fəlsəfi sistemlər –astika; Vedaların avtoritetini etiraf etməyən qeyri-ortodoksal fəlsəfi təlimlər –nastika. Ortodoksal fəlsəfi sistemlər: nyaya, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta. Qeyri-ortodoksal fəlsəfi sistemlər: çarvak-lokoyata, caynizm, Buddizm.

      1.2. Ortodoksal fəlsəfi sistemlər

      1.2.1. Nyaya. Nyaya fəlsəfi sisteminin banisi böyük müdrik Hotoma hesab olunur. Bu təlimin tədqiq etdiyi əsas məsələ idrak problemləridir. “Nyaya” sözü hərfən qayda, metod, nəticə ümumiyyətlə məntiq mənası verir.

      Hind fəlsəfəsinin digər sistemləri kimi bu məktəb nümayəndələri də insan həyatının əsas məqsədini “Mən”in bədənə, hisslərə və obyektlərə bağlılığından qurtulmasında görürdülər. Onların fikrincə, bütün iztirabların mütləq durdurulması kimi azadolma (mokşa) yalnız gerçəkliyin düzgün dərki sayəsində mümkün olur. Ona görə də bu məktəb tərəfdarları məntiq və onun qanunlarına əsaslanan mücərrəd təfəkkürə üstünlük vermişlər. Nyaya təlimi idrakın dörd müstəqil mənbəyini etiraf edir: qavrayış, nəticə, müqayisə və sübut (şəhadət). Yalnız bu mənbələrə istinad edən idrak mötəbər hesab oluna bilər. Yaddaşa, şübhəyə, hipotetik arqumentlərə əsaslanan idrak qeyri-mötəbər hesab edilir. Nyaya təlimində mötəbər idrak mənbələri müfəssəl təsnif olunur, fövqəlhissi qavrayış haqqında yeni idrak nəzəriyyəsi yaradılır və bir sıra mühüm məntiqi problemlərin həlli təklif edilir.

      Azadolma bütün əzab və iztirabların mütləq şəkildə aradan qaldırılmasıdır. O yalnız gerçəkliyin düzgün dərki sayəsində mümkündür. Bəziləri belə hesab edir ki, azadolma xoşbəxtlik halıdır. Lakin bu tamamilə yanlışdır. Çünki kölgəsiz işıq olmadığı kimi iztirabsız da həzz yoxdur. Beləliklə azadolma həzz və yaxud xoşbəxtlik yox, yalnız iztirabın yüngülləşdirilməsidir.

      Nyaya sistemində Tanrı yaradılışın, mövcudolmanın və məhvolmanın ilk səbəbidir. Tanrı dünyanı heçlikdən yox, məkan, efir, ağıl və canın əbədi atomlarından yaradıb. Tanrının mövcudluğuna ən populyar arqument belə səslənir: “Dünyanın bütün şeyləri, məsələn, dağ və dəniz, günəş və ay hissələrdən təşkil olunduqları üçün nəticədirlər. Ona görə də onlar öz yaradıcılarına malik olmalıdırlar”. Fərd dünyanın yaradıcısı ola bilməz. Çünki onların güc və biliyi məhdud olmaqla yanaşı dünyanın fiziki cisimlərinin təşkil olduğu atomlar kimi kiçik və zəif mahiyyətlərlə davrana bilmirlər.

      Tanrı dünyanı bütün canlı mövcudluqların rifahı naminə yaranıb. Bununla belə dünyada xoşbəxtliklə yanaşı bədbəxtlik də mövcuddur. Azad iradəyə malik olanlar ya xeyirxah, ya da bədxah niyyətlərə uyğun fəaliyyət göstərəcək, ya xoşbəxt, ya da bədbəxt olacaqlar. Lakin insan, gec və ya tez özünü və dünyanı gerçəkdən dərk edərək qəti şəkildə iztirablardan qurtula bilər.

      1.2.2. Vayşeşika. Vayşeşika fəlsəfi sistemi müdrik Kanada (əsl adı Ulukadır) tərəfindən, təq. m.ö. V əsrdə yaradılıb (vayşeşika hərfən xarakterik olan, xas olan, xüsusi olan mənasını verir). O Kanada ləqəbini asketik (zahidlik) həyat tərzi keçirdiyi və adətən biçilmiş, əkin sahəsində topladığı qarğıdalı toxumları ilə qidalandığı üçün alıb.

      Vayşeşika təlimi nyaya sisteminə yaxın olub, onun da son məqsədi fərdi “Mən”in azad olmasıdır. Bu məqsədlə əsas diqqət kosmoloji, yaxud ontoloji problemlər üzərində cəmləşdirilir: kainatın yaranma və məhv olmasının (dünyəvi dövran) müfəssəl nəzəriyyəsi yaradılır, dünyanın atomar konsepsiyası verilir. Bütün dünya və idrakın bütün obyektləri yeddi kateqoriyaya bölünür: substansiya (dravya), keyfiyyət (qunna), fəaliyyət (karma), ümumilik (samanya), xüsusilik (vişeşa), xasolma (samavaya) və heçlik (abhava).

      Substansiyanın doqquz növü var; torpaq, su, od, hava, efir, zaman, məkan, can və ağıl. Yalnız substansiyada mövcud olan keyfiyyətin iyirmi dörd növu var: rəng, dad, qoxu, səs, həzz, iztirab və s. Yenə də yalnız substansiyada mövcud olan fəaliyyətin, yaxud hərəkətin beş növü var: qalxma, enmə, sıxılma, genişlənmə və gəzişmə. Ümumilik verilmiş sinfə daxil olan fərdlərin hamısı üçün ümumi olan əbədi mahiyyətdir. Xüsusi şeylərin ilkin fərqinin əsası olub, dünyada mövcud olan əbədi mahiyyətlərin fərdiliyini bildirir. Xasolma tamı hissəsi ilə; keyfiyyət və yaxud fəaliyyəti substansiya ilə; ümumini xüsusi ilə əlaqələndirən daimi, əbədi əlaqədir. Heçlik bütün inkari faktları bildirir. Məsələn, “Burada pişik yoxdur”, “Bu çiçək qırmızı deyil” – bu cümlələr pişiyin, qırmızılığın yoxluğundan xəbər verir.

      Vayşeşika təlimində Tanrı və fərdi canın azadolması haqqında müddəalar mahiyyətcə nyaya sistemində olduğu kimidir.

      1.2.3. Sankhya. Banisi müdrik Kapila olan sankhya ən qədim fəlsəfi təlimlərdəndir. “Sankhya” sözü birmənalı təfsir edilmir. Bəziləri onun rəqəm anlamı verdiyini iddia edir. Çünki bu sistem idrakın əsas obyektlərinin sadalanması yolu ilə gerçəkliyin öyrənilməsini ön plana çıxarır. Lakin ikinci variant daha ağlabatan hesab edilir: sankhya kamil bilik deməkdir. Nyaya və vayşeşika təlimlərində olduğu kimi sankhya təlimi də dünyanı praktik məqsədlər: bütün iztirab və bədbəxtliklərə son qoymaq üçün dərkinə cəhd edir.

      Sankhya təlimi bir-birindən asılı olmayan iki ilkin gerçəkliyi qəbul edir: puruşaprakriti.