Fəlsəfə : dərs vəsaiti. Elşən Bayramzadə

Читать онлайн.
Название Fəlsəfə : dərs vəsaiti
Автор произведения Elşən Bayramzadə
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-3706-4-5



Скачать книгу

həm də həyat və incəsənətdə estetikliyin təzahürlərini də öyrənir.

      5. Fəlsəfənin əsas funksiyaları

      Dünyagörüşü funksiyası –fəlsəfənin bu funksiyası dünyagörüşünün bütün növ və səviyyələrindən fərqli olaraq dünyanı mücərrəd-nəzəri, anlayışlı şərhi ilə bağlıdır.

      Metodoloji funksiya –fəlsəfə metod haqqında ən ümumi təlim kimi, idrakın və insanın gerçəkliyi mənimsəməsinin ən ümumi metodlarının məcmusu kimi çıxış edir.

      Proqnostik funksiya –fəlsəfi biliklər çərçivəsində materiya və şüurun, insan və dünyanın, inkişafının ümumi təmayülləri haqqında hipotezlər, fərziyyələr irəli sürülür –müəyyən proqnozlar verilir. Fəlsəfə elmi faktlara nə qədər çox müraciət edirsə, proqnozların gerçəkləşmə ehtimalı bir o qədər böyük olur.

      Tənqidi funksiya –bu funksiya təkcə digər elmlərə deyil, elə fəlsəfənin özünə də şamil olunur. Tənqidi funksiya mövcud bilik və dəyərlərin ehkamlaşdırılmasına qarşı yönəlir.

      Aksioloji funksiya –hər bir fəlsəfi təlim özündə tədqiq olunan obyektə ən müxtəlif dəyərlər nöqteyi-nəzərindən qiymətverici məqama malik olur: sosial, əxlaqi, estetik, ideoloji və s. Bu funksiya xüsusilə cəmiyyətlərin inkişafının keçid dövrlərində təzahür edir: fəaliyyət istiqamətlərinin seçim problemi yaranır, köhnə dəyərlərdən nəyi qoruyub saxlamaq, nəyi inkar etmək məsələsi aktuallaşır.

      Sosial funksiya –fəlsəfənin bu funksiyası kifayət qədər çoxplanlıdır və ictimai həyatın müxtəlif aspektlərini əhatə edir. ümumi planda fəlsəfə ikili məsələni yerinə yetirir: sosial varlığı dərk etməli və onun maddi və mənəvi dəyişdirilməsinə yardımçı olmaq. Qeyd etmək lazımdır ki, ictimai həyatda sosial dəyişikliklər, eksperiment və islahatlar xüsusi dəyər və əhəmiyyətə malikdir. Ona görə də sosial dünyanı dəyişdirməyə cəhd etməzdən əvvəl ilk növbədə onu əhatəli şərh etmək lazımdır. Bu isə bilavasitə fəlsəfi tədqiqatlar sayəsində mümkün olur.

      6. Əsas fəlsəfi cərəyanlar

      Fəlsəfənin materializm və idealizmə bölünməsi, onun yarandığı ilk dövrlərdən mövcud olub. Alman filosofu Q.Leybnis Platonu ən böyük idealist, Epikürü isə ən böyük materialist adlandırırdı. Hər iki cərəyanın klassik tərifini isə görkəmli alman filosofu F.Şleqel verib. Ona görə: “Materializm –hər şeyi materiyadan çıxış etməklə izah edir, materiyanı nəsə ilk, başlanğıc, hər şeyin mənbəyi kimi qəbul edir. İdealizm isə hər şeyi vahid ruhdan çıxarır, materiyanın ruhdan yaranmasını iddia edir, və yaxud materiyanı ruha tabe edir”.

      Beləliklə, “materialist” və “idealist” terminlərinin fəlsəfi mənasını, onların gündəlik şüurda aldıqları mənalarla qarışdırmaq olmaz. Adətən “materialist” dedikdə yalnız maddi nemətlər arxasınca qaçan fərd nəzərdə tutulursa, “idealist” termini ali mənəvi dəyərlər və ideallarla səciyyələnən, təmənnasız insanla assosiasiya olunur.

      Tarixən həm idealizm, həm də materializm müxtəlif formalarda təzahür etmişlər. Materializmin tarixi inkişaf nöqteyi-nəzərindən əsas formaları aşağıdakılardır:

      Qədim Şərq və Qədim Yunan materializmi –materializmin ilk forması olub, ətraf dünyanı və predmetləri öz-özlüyündə, şüurdan asılı olmayaraq tədqiq edir (Fales, Levkipp, Demokrit, Heraklit).

      Avropada Yeni dövrün mexaniki materializmi –bu forma əsasında təbiətin öyrənilməsi dayanır. Lakin təbiətin bütün çoxobrazlığının xassə və münasibətləri materiyanın mexaniki hərəkət formasına gətirilir (Q.Qaliley, F.Bekon, C.Lokk, J.Lametri, K.Helvetsi və s.).

      İdealizmin isə iki əsas formasını göstərmək olar:

      Obyektiv idealizm –İdeya, Allah, və yaxud, Ruhun –ümumiyyətlə ideal başlanğıcın təkcə materiyadan deyil, həm də insan şüurundan asılı olmadığını bəyan edir(Platon, F.Akvinalı, Hegel).

      Subyektiv idealizm –xarici dünyanın, onun xassə və münasibətlərinin insan şüurundan asılı olduğunu iddia edir (Berkli).Subyektiv idealizmin ifrat forması solipsizm (lat. solus –bir, yeganə; ipse –özüm). Solipsizmə görə yalnız məxsusi “Mən” və mənim duyğularım haqqında səhihliklə danışmaq olar.

      Fəlsəfədə materializmi adətən “Demokrit xətti”, idealizmi isə “Platon xətti” adlandırırlar.

      Varlığın ilk əsası ilə bağlı məsələdə üç yanaşma mövcuddur: monizm, dualizm, plüralizm.

      Monizm (yun. monos –bir, yeganə) –dünyanın yalnız bir başlanğıcının olmasını iddia edən fəlsəfi konsepsiya. Belə başlanğıc olaraq ya maddi, ya da, mənəvi substansiya çıxış edir. Deməli, monizm həm materialist, həm də idealist ola bilər.

      Dualizm (lat.dualis -ikili) –bərabərhüquqlu iki ilk başlanğıcın: materiya və şüur, fiziki və psixi –olduğunu təsdiq edən fəlsəfi konsepsiya. Məsələn, Dekart hesab edirdi ki, varlığın əsasında iki bərabərhüquqlu substansiya dayanır: fikirləşən(ruh) və ölçülən (materiya)

      Plüralizm (lat. pluralis -çoxlu) –bir neçə ilkbaşlanğıcın olduğunu iddia edən fəlsəfi konsepsiya. Bu konsepsiyaya görə, varlığın əsası və ilkbaşlanğıc çoxluq təşkil edir. Məsələn, Empedokla görə, varlığın ilkbaşlanğıcı dörddür: od, hava, su, torpaq.

      Əgər ontoloji baxımdan, yəni varlığın ilkin əsasının nədən ibarət olması sualına verdiyi cavabdan asılı olaraq fəlsəfə materializm və idealizmə bölünürsə, bu varlığın hansı üsullarla dərk olunması, ümumiyyətlə dərk olunub-olunmaması sualına verdiyi cavaba görə, yəni, qnoseoloji baxımdan bir neçə cərəyana bölünür. Onlardan ikisi əsas və daha geniş yayılmışdır: rasionalizm və empirizm. Bu cərəyanlar bütün fəlsəfə tarixini izləsə də, aşkar ifadə olunmuş cərəyan kimi Yeni dövrdə formalaşmışdır.

      Empirizmin (yun. empeiria –təcrübə) banisi ingilis filosofu Frensis Bekon hesab olunur. Empiristlər hesab edir ki, idrakın əsasında yalnız təcrübə və hissi duyğular dayana bilər.

      Rasionalizmin (lat. rationalis –zəkalı) banisi fransız filosofu Rene Dekart hesab edilir. Rasionalizmin əsas ideyası odur ki, həqiqi bilik birbaşa zəkadan alına bilər və o, hissi təcrübədən asılı deyil.

      7. Fəlsəfənin genezisi

      Fəlsəfə ilə ilk tanışlıqda yaranan suallardan biri də onun genezisi, və yaxud mənşəyi və necə yaranması problemi ilə bağlıdır. Genezis (yun. genesis –mənşə, qərarlaşma, əmələgəlmə) probleminin araşdırılması fəlsəfənin nədən, necə, nə vaxt, harada, nə üçün yaranması suallarına cavab verilməsini nəzərdə tutur. Fəlsəfənin genezisi, konkret desək nədən yaranması ilə bağlı üç konsepsiya irəli sürülür: mifogen, qnoseogensintetik, və yaxud, qnoseogen-mifogen.

      Mifogen konsepsiyaya görə fəlsəfə mifologiyadan, onun formal