Oxucuların diqqətinə çatdırılan “Fəlsəfə” dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Dərs vəsaitində fəlsəfə tarixinin əsas mərhələləri, varlıq, idrak kimi fundamental fəlsəfi problemlər ətraflı izah edilmişdir. Eyni zamanda insan və cəmiyyət, elm, mədəniyyət və sivilizasiya, müasir dövrün qlobal problemlərinin fəlsəfi təhlilinə geniş yer verilmişdir. Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrdə geniş dünyagörüşünün, həmçinin onlarda tənqidi təfəkkür tərzinin formalaşmasına kömək edəcək. Vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistr və fəlsəfəni müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.
Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin tərcümeyi-halı və onların siyasi fəaliyyətindən bəhs edir. ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və demokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu prinsiplərin pozulması bəzi prezidentlərin impiçmentinə gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmişdir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci şəxslərinin fəaliyyətinə həsr olunmuş, maraqlı faktlar və məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.