Seçilmiş əsərləri . Федор Достоевский

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Федор Достоевский
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8448-2-5



Скачать книгу

əcaib xəyalpərəst də, qəlbində yeni hisslər, öz fərəhli yuvasına daxil oldu, nahar etmək üçün masa arxasında əyləşdi, naharını yeyib qurtardı, nəhayət, həmişə düşüncəli və kədərli olan qulluqçu Matryona süfrəni yığışdırıb, qəlyanını gətirən vaxt xəyalatdan ayıldı və indicə nahar elədiyini fikirləşərkən onu heyrət aldı, naharı necə yediyini, xörəyin dadını heç cür xatırlaya bilmədi. Otaq getdikcə qaranlıqlaşırdı, indi onun qəlbində kədərlə dolu bir boşluq vardı; gözəl xəyallardan qurduğu əzəmətli saray onun ətrafında, heç bir iz buraxmadan, səssiz-səmirsiz uçulub dağılır, yuxu kimi sürətlə əriyib gedirdi; o isə bir az bundan əvvəl nələr düşündüyünü, nə xəyallar etdiyini yadına sala bilmirdi. Lakin bizim qəhrəmanın ürəyini yüngülcə sızıldatmağa və həyəcanlandırmağa başlayan nə isə dumanlı bir duyğu, nə isə yeni bir arzu yenə də şirnikləndirici bir qıcıqlanma ilə onun xəyalını yerindən oynadır, yenə də onun ətrafını sehrli kölgələr bürüyür. Kiçik otaqda sükut hökm sürür; tənhalıq və tənbəllik bizim qəhrəmanın xəyalını oxşayır, bu xəyal yavaşca alovlanır, mətbəxdə arxayınca qəhvə hazırlayan qoca Matryonanın qəhvədanındakı su kimi ahəstə qaynamağa başlayır. Budur, qəhvə yavaş-yavaş qabarcıqlanır; budur, mənim xəyalpərəstimin, heç bir məqsəd güdmədən, və fərqinə varmadan, kitab dolabından götürdüyü kitab sürüşüb əlindən düşür; bu kitabı o, yalnız üçüncü səhifəsinədək oxuya bilmişdir. Onun xəyalı yenidən pərvazlanmış, yenidən coşmuşdur; budur, birdən onun gözləri qarşısında yeni bir aləm yaranır, gözlərini yeni, cazibəli bir həyat qamaşdırır. Yeni röya, yeni səadət! Şərbət kimi şirin, xoş zəhəri! Ah, bizim yaşadığımız bu həyatda indi onu maraqlandıracaq nə var? Onun aldadılmış, satın alınmış nəzərlərində indi biz ikimiz də, Nastenka, tənbəl, çox ağır və cansız bir ömür sürürük; taleyimizdən elə narazı, həyatımızdan elə bezarıq ki!.. Axı, bu doğrudan da belədir, Nastenka, bunu lap ilk baxışda görmək mümkündür, bizim həyatımızda hər şey soyuq, tutqun və elə bil acıqlıdır… «Zavallılar!» – deyə mənim xəyalpərəstim fikirləşir. Onun belə fikirləşməsi heç də təəccüblü deyildir! Siz, cazibədar, şıltaq, səliqəsiz və oynaq hərəkətlərlə bir yerə toplaşan, onun gözləri önündə cürbəcür sehrli və canlı şəkillərə düşən füsunkar kölgələrə baxın; əlbəttə, bunların arasında lap ilk sırada duran birinci şəxs o özüdür – bizim xəyalpərəstimizdir; o burada öz ayrıca yolu ilə gedir, öz xüsusi həyatı ilə yaşayır. Diqqətlə baxın, görün burada nə qədər müxtəlif sərgüzəşt, ardı-arası kəsilməyən, təntənəli xəyal var. Bəlkə indi siz, onun nə haqqında düşündüyünü bilmək istəyirsiniz? Bunu bilməyə nə var ki! O indi hər şey haqqında düşünür… Məsələn, əvvəlcə cəmiyyət tərəfindən rədd edilən, sonralar isə böyük şöhrət qazanan bir şair onun xəyalında canlanır, bunun arxasınca o, Qofmanla dostluq etməyi fikirləşir, daha sonra onun xəyalından müxtəlif səhnələr və insanlar gəlib keçir: Varfolomey gecəsi, Diana Venon, Qazan şəhərinin alınmasında İvan Vasilyeviçin göstərdiyi qəhrəmanlıq, Klara Movbray, Yevfiya Dens, proletar kilsəsi, onların da qarşısında Qus, «Robert»də ölülərin qiyamı (musiqi ilə oxunan bu sözləri xatırlayırsınızmı: «Məzar qoxusu gəlir!»), Minna və Brenda, Beryozina yaxınlığında vuruşma, qrafinya V–Y–D-yın yanında poemanın oxunuşu, Danton, Kleopatra, ei Sout amanti2, Kolomna şəhərində evcik, balaca sığınacaq, qış gecəsi bizim xəyalpərəst bir bucaqda oturub, hərarətlə nə isə danışır və indi siz, mənim gözəl mələkciyim Nastenka, mənə diqqətlə qulaq asdığınız kimi, qəhrəmanın yanındakı sevimli xilqət də heyrət və həyəcanla onu dinləyir… Yox, Nastenka, sizinlə birlikdə sevdiyimiz bu həyatda ona, bəli, ona – o xəyalpərəstə həssas və tənbəl insana xoş gələcək heç bir şey yoxdur! O düşünür ki, bu, yoxsul və acınacaqlı bir həyatdır və belə düşünərkən onun heç ağlına gəlmir ki, bir gün bu acınacaqlı həyat onu da dərdə sala bilər, o zaman bizim qəhrəman bu həyatın bircə gününü şirin xəyallar aləmində keçirdiyi uzun illərə dəyişməz, hətta ona üz verən dərdi, peşmançılıq hissini və ağır kədəri öz qəlbindən yox etmək üçün sevinc və xoşbəxtlik axtarmaq belə yadına düşməz. Lakin bu təhlükəli gün hələ uzaqdadır, indi onun heç bir arzusu yoxdur; çünki o, bütün arzulardan yüksəkdədir, çünki indi hər şey onun ixtiyarındadır. O elə doyub ki, könlü artıq heç bir şey istəmir, çünki indi öz həyatının yaradıcısı yalnız o özüdür, hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir. Doğrudan da, bu əfsanəvi-xəyali aləm necə də asan, necə də təbii yaranır! Elə bil ki, bütün bunlar heç də xəyal deyil! Bəzən adam bütün bu həyatın həyəcanlı hisslərdən, yalançı təsəvvürlərdən doğan xəyali bir aləm olduğunu unudub, onu bir həqiqət, canlı bir varlıq kimi qəbul edir! Bəs nə üçün, Nastenka, nə üçün belə dəqiqələrdə insanın ruhu sıxılır? Nə üçün, hansı bir sehrin, hansı bir cadunun təsiriləsə nəbzin döyüntüsü şiddətlənir, xəyalpərəstin gözlərində yaş damlaları parlayır, ağarmış və göz yaşları ilə islanmış yanaqları od tutub yanır və necə olur ki, onun bütün varlığı coşğun bir fərəhlə həyəcanlanır? Tükənməz sevinc və xoşbəxtliklə dolu gecələr nə üçün belə tez, bir an içərisində keçib-gedir, yalnız dan yeri sökülərkən, günəş şəfəqləri çəhrayı bir atəşlə pəncərələrdə əks edəndə və otağı bürüyən qaranlıq, ümumiyyətlə Peterburqda olduğu kimi, şübhəli və xəyali bir işıqla aydınlaşanda bizim xəyalpərəst yorğun və əzgin bir halda yatağa yıxılır, xəstə ruhunun ona bəxş etdiyi bir sevinc və eyni zamanda qəlbinə əzab verən şirin bir ağrı ilə yuxuya gedir, nə üçün?.. Bəli, Nastenka, yad bir insan kənardan ona baxarkən aldanır və qeyri-iradi həqiqi və dərin bir ehtirasın onun qəlbində oyandığına, mənasız xəyallarında isə canlı bir varlığın çırpındığına inanır! Lakin bütün bunların hamısı həqiqətdə yalandır, həm də necə yalan! Məsələn, öz tükənməz sevinci və ağrıları ilə indicə onun ürəyinə hakim kəsilən sevgi haqqında nə deyə bilərsiniz? Bunun necə bir sevgi olduğunu bilmək üçün bizim xəyalpərəstin üzünə diqqətlə baxmağınız kifayətdir! Siz ona baxarkən, əziz Nastenka, inanırsınızmı ki, o, belə coşğun və hərarətli bir eşqlə sevdiyi qadının kim olduğunu bu vaxtadək bilmir? Doğrudanmı o öz sevgilisini ancaq gözəl xəyallar aləmində görmüş və yalançı ehtirasa qapılmışdır. Doğrudanmı onlar əl-ələ verib, ömrün ağır illərini birlikdə keçirməmiş, bütün dünyadan üz çevirərək, iki könül dünyasında, tənha, yalnız ikilikdə xoşbəxt həyat sürməmişlər? Doğrudanmı o qadın gecəyarı, bayırda get-gedə şiddətlənən tufana, sınıq pəncərədən içəri dolub, onun qara kirpiklərindəki yaş damlalarını özü ilə aparan küləyə etina etmədən, hicran dəqiqələrinin yaxınlaşdığı bir vaxtda sevgilisinin sinəsinə sıxılıb, hönkür-hönkür ağlamamışdır? Doğrudanmı bütün bunların hamısı ancaq bir xəyaldır? Onların tez-tez ikilikdə gəzdikləri, düşündükləri, darıxdıqları, uzun zaman, bəli, «uzun zaman və çox incə bir məhəbbətlə» bir-birini sevməyə and içdikləri bu kiçik bağça, – indi ot basmış, cığırları itib getmiş, xarabaya dönmüş bu kədərli bağça da yoxsa xəyaldır? Bəs bu köhnə, ata-babadan qalmış ev? Onun sevgilisi bu evdə öz qoca, qaşqabaqlı, həmişə qaradinməz və acıqlı ərilə xeyli müddət tək yaşamışdı. Onlar məyus və ümidsiz bir halda öz məhəbbətlərini bir-birindən gizlədərək,


<p>2</p>

Və onun aşnaları (italyana)