Название | Avtoritar şəxsiyyətin necəliyi |
---|---|
Автор произведения | Теодор В. Адорно |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-2-5 |
Amma sözün təkcə fərqli fikirli fərdlər tərəfindən işlənməsi, E şkalası ilə aşağı, lakin F və PEC şkalaları üzrə yuxarı bal toplayan 5047 nömrəli sorğulananın etdiyi kimi məşhur ambivalentliyi və hətta laqeydliyini göstərir: “bəli, mən hesab edirəm ki, yəhudi və qaradərili problemi mövcuddur. Ancaq güman edirəm ki, mahiyyət etibarilə, bu bir çoxunun problemidir”. Sorğulanan hesab edir ki, günah keçisi axtarmağa ehtiyac qalmaması üçün savadsız kütlənin tərbiyəsinin və iqtisadi münasibətlərinin təkmilləşdirilməsinə fikir vermək lazımdır. Bütünlükdə onun dedikləri düzgün məsələni təmsil edir, antisemitizm və qaradərililərə qarşı ayrıseçkilik barədə o ayrıca danışır. Lakin onun problemi analiz etməsi, həmçinin onun özünəməxsus tam akademik üsullu tendensiyası bu oğlanın özünün çıxış larına əminliyinin olmaması və sadəcə şifahi şablon biliklərdən istifadə etməsini göstərir.
Elə “problem” ifadəsinin özü qərarların ancaq münaqişə üçün lazım olan vaxtlarda demokratik güzəşt modeli izləyirmiş və həddindən artıq sadəlövh ədalət fikrini nəzərdə tuturmuş kimi görsənir.
“Problem” haqda danışan şəxs hər bir problemin ikitərəfli olmasını demək üçün güclü həvəs hissi keçirir və bunun nəticəsi kimi, yəhudilərin kök salması səbəbindən onların nəyisə düzgün etmədiklərini deyir. Bu konformist “şüurluluq” irrasionallığın müxtəlif növlərinin müdafiəsinə asanlıqla impuls verir. Yəhudilərin eyni olmasının təsdiqlənməsi təkcə həqiqəti aşkara çıxaran faktorları kənarlaşdırmır, o, həm də kobud yekunun köməyi ilə belə düşünən fərdə hər şeyi görən və nəzərə çarpmaz detallarla fikrini yayındırmağa imkan verməyən şəxsiyyətin gözəl şəffaf maskasını hədiyyə edir.
Eyni zamanda yəhudilərin eyni olmağı ideyasını yekunluğunu istisna etməyən, rasional ümumi tədbirlərin köməyi ilə həll edilməsi mümkün olan yekuna qədər tipik olmayan hadisəyə olan nəzər təkmilləşdirilir. Yəhudilərin eyni olmağı təsəvvürünün ən vəhşi fantaziyalara aparıb çıxarmasına baxmayaraq, “yaxşı biliklərin” hələ də üzə çıxdığı bir hadisəni misal gətirək.
F şkalası üzrə orta bal yığan F116 yəhudi məsələsindən söhbət düşəndə belə deyir:
–Yəhudilər haqda nə fikirləşirsiniz?
–Burada məni güclü hisslər bürüyür. Onlar məndə özlərinə qarşı fəxr hissi yaratmırlar. Belə fikirdə olmağım yaxşı deyil, amma nə etmək olar?
–Yəhudilərdə sizin xoşunuza nə gəlmir?
–Bəsdir, mən sadəcə onlar üçün bir dənə də olsun, yaxşı söz tapa bilmirəm.
–İstisnalar var?
–Xeyr, mən istisna təşkil edən heç bir hadisəyə rast gəlməmişəm. Həmişə heç olmasa birinə rast gəlməyə ümid etmişəm. Hiss etdiklərim yaxşı deyil. Mən mümkün qədər xoş və nəcib olmaq istəyirəm, amma həmişə hər şey onların məni aldatması və özləri üçün mənfəət güdmək səyi ilə nəticələnir.
–Ola bilərmi ki, bəzi yəhudilərlə tanışsınız və onlardan xoşunuz gəlir, amma onların yəhudi olduğunu bilmirsiniz?
–Xeyr, fikirləşmirəm ki, yəhudilərdən hansısa bunu gizlədə bilsin. Mən bunu həmişə seçərəm.
–Yəhudilər necə görünürlər?
–Cəlbedici, yaxşı geyinirlər. Elə bil, nə istədikərini dəqiq bilirlər.
–Yəhudiləri nə qədər yaxşı tanımısınız?
–Uşaqlıqda onların heç biri ilə tanış deyildim. Həqiqətən, 10 il bundan əvvəl Frisko şəhərinə gələnə qədər onların heç birini tanımırdım. Bizim evin sahibi yəhudi idi. Denverdə gözəl mənzilim vardı və mən oranı çox könülsüzlüklə tərk etdim. Burada isə yöndəmsiz mənzilə dustaq edilmişdim və o, mənə çətinlik yaratmaq üçün əlindən gələni edirdi. Əgər evin kirayəsini bazar günü ödəmək lazım idisə, o, həmin gün səhər tezdən gəlirdi. O vaxtdan mən onlar haqqında hətta mahnı oxuya bilərəm. Bütün müdirlərim yəhudi olub. Banklar da yəhudilərdir. Onlar hər yerdədirlər, həmişə pulları var. Mənim qonşum yəhudidir. Mən onunla nəzakətli olmağı qərara aldım. Ən axırı mən indi köçə bilmərəm və mənə qonşularla yaxşı münasibətlərdə qalmaq lazımdır. Onlar mənim qazon üçün otbiçənimdən istifadə edirlər. Onun üçün xahişə gələndə deyirlər ki, müharibə vaxtı otbiçən almaq olmaz. Əlbəttə, otbiçən üçün pul vermək lazımdır. Keçən həftə bizdə axşam qonaqlığı idi, onlar isə polis çağırdılar. Ertəsi gün mən ona zəng vurdum, ancaq onlardan şübhələnirdim. O, dedi ki, həqiqətən polisi onlar çağırıblar, onlardan əvvəlcə mənimlə danışmağın daha münasib olduğunu dedikdə cavab verdi ki, həyətdə kimsə mahnı oxumağa başlayıb. Onun körpəsini oyadıb. Elə hirslənib ki, polis çağırıb. Mən soruşdum ki, o, klinikadan qayıdandan sonra körpəsinin üç ay ucadan ağlamasını unutmayıb ki? Bundan sonra o, mənə yaltaqlanır, bu isə mənə daha pis təsir edir.
Çox vaxt H subyektləri özlərini “daha məlumatlı” kimi göstərirlər, onlar başa düşürlər ki, belə düşünmək olmaz, lakin sərəncamlarında olan aşkarca mənəvi və rasional əks ağır lıqdan daha güclü olan fikirlərinin məngənəsində qalırlar. Bu fenomendən başqa çətin ki, burada müzakirə olunan antisemit sindromunun “mütləq” totalitar antisemitinin bu sözləri ilə işıqlandırmağın mümkün olmadığı hər hansı aspekti mövcuddur. O, heç nəyi nəzərdən qaçırmır. Onun acgözlüyü yəhudi kompleksinə yönəlmiş ehtirasın enerjisini üzə çıxarır. Antisemitizm kompleksindən azad olmaq onun üçün həm aqressivliyə, həm də ruhi üstünlüyə can atmağı barədə arzularının yerinə yetməsi deməkdir. Bu da “elm üçün maraqlı olan” bir tədqiqatda iştirak etdiyini göstərir. Onun şəxsi münasibətində bütün mümkün qaranlıq sirlərdən xəbərdar olmasını hesab edənlərin ziyanlı üstünlük hisslərində nə isə vardır. Onun ən xarakterik münasibəti pessimizmdir. Dediklərinin çoxunu o, əyilmiş nəzərlərlə, ah və çiyinlərini çəkməklə deyir.
Digər tədqiqatların nəticələrinin göstərdiyi kimi, daha çox hüququ pozulmuş sayılan “yəhudiləri sezmə qabiliyyətli adam” anlayışından burada əlavə kimi istifadə etmişik. Amma, şübhəsiz ki, ekstremist fikirli antisemitlər bir qayda olaraq, əsassız yerə yəhudini ilk baxışdan müəyyən edə bildiklərini güman edirlər. Bu bizim yanlış fikirli fərdlərin düşüncələrində mühüm əlamət kimi müəyyən etdiyimiz “oriyentasiya mexanizminin” əyani ifadəsidir. Eyni zamanda çox vaxt yəhudilərin çətin təsvir olunan müxtəlifliyi onların identifikasiyasının meyarlarını həddən artıq sarsıdır. Lakin o, “duyan fərdlərin” qəti surətdə öz bacarıqlarını təsdiqləməyə mane olmur. Bu struktur tipin təsviri üçün bir misal da kifayətdir. Onu elə onun özünəməxsus qəribə fantaziya və dəqiq müşahidənin ahənginə uyğun gətirmək lazımdır.
5039 nömrəli, F şkalası üzrə yuxarı bal toplayan, müharibə veteranı Cənubi Kaliforniyanın 27 yaşlı tələbəsi belə deyir: “Bəli, mənə elə gəlir ki, onları müəyyən edə bilərəm… Əlbəttə, həmişə alınmır, bilirəm. Burunları