Название | Avtoritar şəxsiyyətin necəliyi |
---|---|
Автор произведения | Теодор В. Адорно |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-2-5 |
Bu fenomeni, artıq dəfələrlə qeyd olunduğu kimi, təqib etmə maniyası7 ilə müqayisə edərək, antisemitizmə aid çoxlu struktur xüsusiyyətlərini aşkar edərək, izah etmək olar. Əgər paranoik8 şəxs ümumi nifrətlə silahlanıbsa, onda o, öz düş mənini əsassız olaraq tutmağa, onun fikrini oyadan müəyyən fərdlərin sakitliyini pozmağa meylli olur: bir sözlə o, neqativ mənada aşiq olur. Bunlar potensial faşist üçün də xarakterikdir. O, sosial saxta reallığın formalaşdırılması üçün lazım olan müəyyən və konkret antikateksisi9 nə qədər tez inkişaf etdirsə də, o, adətən ancaq müəyyən obyektə bağlılığı olmayan aqressivliyi təyin edə və güman olunan tədqiqatın digər obyektlərini rahat buraxa bilir. Şübhəsiz, bu prosesləri dindirilənə “özünü azad ifadə etməyə az imkanlar yaradan” sorğu vərəqi vasitəsilə deyil, müsahibə gedişində müşahidə etmək asan olardı.
Əlavə etmək lazımdır ki, bizim seçimimizdə iştirak edənlər yəhudilərlə yanaşı başqa etiraz obyektləri, məsələn, meksikalıları və yunanları tapırlar. Sonuncular, ermənilər kimi, adətən yəhudilər tərəfindən assosiasiya yaradan xüsusiyyətləri səxavətlə bölüşürlər.
Antisemitizmin funksional xüsusiyyətinin digər aspektini xatırlatmaq yerinə düşərdi: biz tez-tez digər azlıqların antisemit xüsusiyyəti daşıyan reaksiyalara malik dəqiq “konformist”10 meylli nümunələr ilə görüşürük. Müxtəlif “yad” qruplarda11 həmrəyliyin heç izi də yox idi: bundan əlavə, öz sosial statusunu daha parlaq nümayiş etdirmək üçün “yükünü” başqalarının üstünə atmaq, başqa qruplara qarşı şübhə yaratmaq bir qayda halını almışdı. Məsələn, əslən meksikalı olan və qorxu fobiyasından əziyyət çəkən psixonevrotik bir subyekt Meksika mənşəli amerikalı olaraq, özünü “ağ” sayır və hesab edir ki, “biz onlardan yaxşıyıq”. Xüsusilə qaradərililəri, ən çox isə yəhudiləri sevmir. O, qaradərili və yəhudilərin eyni olduğunu hesab edir və onlarla əlaqəli heç nə istəmir. Ziddiyyətlərlə dolu olduğundan, təəccüblü deyil ki, danışdırılan həqiqətən yəhu diyə aşiq olsaydı, ona evlənə bilərdi. Digər tərəfdən, o, qaradərililəri və yəhudiləri nəzarətdə saxlayar və əlində olsa “onların əsl yerini” göstərərdi.
Müxbirin fikrincə, 5068 nömrəsini verdiyimiz nümunə özünü italo-amerikalı hesab edən Amerikada ikinci nəslin kifayət qədər geniş yayılmış tiplərindəndir. Onun fikirləri faşist siyasi oriyentasiyasına malik olub, paranoik fantaziyaları ilə boyanmışdır. O, italyan mənşəlidir və I Dünya müharibəsi vaxtı təbəəliyə alınıb. Həddən artıq öz kökü ilə fəxr edir, Mussolinin fəaliyyətinin ilk illəri dövründə uzun müddət italo-amerikan təşkilatları ilə aktiv əməkdaşlıq edib. İndiyədək əmindir ki, İtaliya ilə müharibə böyük səhv idi. Digər azlıqlarla müqayisədə o, kifayət qədər şəxsi fikirlərinə üstünük verir. Onun duyumuna görə, meksikalılar italyanlarla oxşardırlar, əgər onlar daha yaxşı tərbiyə olunsaydılar, hər şey əla olardı. Lakin hal-hazırda onun fikrincə, onların hələ də yaxşı tərbiyə almağa ehtiyacları vardır. O, hesab edir ki, yaponlara Kaliforniyada normaldan daha qatı münasibətlə yanaşılırdı və davranışı şübhə doğurmayanlara tədricən vətənlərinə qayıtmağa icazə verilməlidir. Qaradərililərə qarşı münasibəti gərgin sayır. Onun sözlərinə görə, ilk növbədə qarışıq nikahlara aid lazımi qanunlar çıxarmaq, həmçinin yaşamaq mümkün olan yerdə “ayrıcı rəngli xətt” çəkmək lazımdır. Deyilənlərə baxmayaraq, qaradərililər Cənubda “ən xoşbəxt” sayılırlar. Yəhudilərlə bağlı xoşagəlməzliklər onların kommunist olmağı və bu səbəbdən də təhlükə yaratmaları ilə bağlıdır. Onun yəhudilərə qarşı şəxsi münasibəti həmişə yaxşı olmuşdur. İşgüzar sferada, onun dediklərinə görə, onlar “dələduzdurlar” və bir-birinə dayaq olurlar. O, hesab edir ki, bu problemin həll olunması üçün “yəhudilər özləri özlərini tərbiyə etməlidirlər”.
Yəhudilərin bir olmağı qeyri-yəhudilərin onların haqqında yanlış fikirdə olmalarından daha çox, onların yəhudi olmayanlar barəsində pis fikirdə olmalarını göstərir. Bu nümunə bir tanış barədə uzun hekayəni misal gətirir, hansı ki, yəhudi qadınla evlənərək, yəhudi ailəsində yaşayıb və onlarla eyni qabdan yeməyə haqqı olmayıb.
İspan-qaradərili mənşəli açıq homoseksual meylliliyini büruzə verən 5052 saylı antisemiti sonra xatırlayarıq. O, gecə klubunun sahibidir və müxbir onun barəsində təəssüratlarını ifadə edir, bu insanın nə demək istədiyini izhar edir: “Mən qaradərili deyiləm, mən gecə klubunun sahibiyəm”.
Sonda, bir türklə müsahibəni göstəririk, amma onun yüksək intellektuallığının gücünü mətnə daxil etməmişdik. Onun özünün yəhudi olmağı aydın olana qədər bu insan güclü antisemit hücumlar etdi. Azlıq qruplarında və yəhudilərin arasında antisemitizmin bütün kompleksi özü-özlüyündə ciddi problemdir və xüsusi tədqiqə ehtiyac duyur. Materiala ötəri nəzər saldıqda belə, sosial cəhətdən sıxışdırılanlar çox vaxt özlərini həmtayfaları ilə bağlamaqdansa, təzyiqi başqalarının üzərinə ötürməyə üstünlük vermələri aydın olur.
C.
XƏYALİ DÜŞMƏN
Fikirlərin bir obyektdən digərinə ötürüldüyünü antisemitizmin “funksionallıq” xüsusiyyətinə və nisbi yüngüllüyə aid misallarımız göstərir. Güman etmək olar ki, verilmiş fərziyyə stereotiplik, təcrübə əldə etmək qabiliyyətini olmaması, proyeksiya mexanizmi12 və möhtəşəmlik barədə fantaziyalar kimi kanonik kateqoriyalarla əlaqəlidir.
Bu ya aşkarca ziddiyyət təşkil edən, ya faktlara uyğun olmayan, ya da açıqdan-açığa xəyali xarakter daşıyan mülahizələrlə
6
Ethnocentrism. Öz milli mədəniyyətinin digər bütün milli mədəniyyətlərdən yaxşı olduğunu düşünmək tərzi (tərc.)
7
Psixologiyada “persecution mania” olaraq bilinir, hər bir adamın başqalarının onu əzmək istədiyi qorxusu və pis vəziyyətə görə başqalarını günahlandırmasını nəzərdə tutur (tərc.)
8
Paranoid. Heç bir əsas olmadan davamlı olaraq insanların sizə zərər vurmağa çalışdığını və ya sizi xoşalmadığını düşünən. Psixologiyada mental nasazlıq hesab olunur. (tərc.)
9
Mental enerjinin eqo tərəfindən xoşlanılmayan və istənməyən impulsların şüura daxil olmasını əngəlləmək üçün istifadə etməsi (tərc.)
10
Çoxluq tərəfindən qəbul edilən tərzdə hərəkətləri edən, baş əyən (tərc.)
11
Bu tədqiqatın daha əvvəlki hissələrində “daxili qrup” və “xarici qrup” anlayışları sosioloji deyil, sosiopsixoloji mənada istifadə edilir. Kitabda bu terminlər fərdin rəsmi olaraq üzv olduğu qrupu deyil, özünü üzvü kimi gördüyü (daxili) və özünə yad kimi gördüyü (xarici) qrupları izah edir. (tərc.)
12
Kitabda “proyeksiya mexanizmi”, “proyeksiya”, “əks etdirmə” sözləri eyni mənanı verir vəöz hisslərini, fikirlərini, münasibətlərini başqa insanların (əksər vaxt da subyektlərin) ayağına yazmaq deməkdir.