Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно

Читать онлайн.
Название Avtoritar şəxsiyyətin necəliyi
Автор произведения Теодор В. Адорно
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-2-5



Скачать книгу

yəhudilərin ona edə biləcəkləri haqda olan təsəvvürlər nasional-sosialist soyqırımın bəraəti kimi paranoik tərzə çevrilir.

      Bizim son misallarımız təcrübənin donmuş qəlib prizması vasitəsilə ortaya çıxan təhriflərə aiddir.

      М732с, bütün şkalalar üzrə yuxarı bal toplayan, qaradərililər kimi, yəhudilər haqda təhrif olunmuş fikirləri olan keçmiş müharibə veteranıdır.

      “Qaradərilinin adi avtomobillə gəzdiyi heç görünmür, bu ya “Pakkard”, ya da “Kadillakdır… və onların geyimi həmişə nəzərəçarpan olur. Onlarda diqqəti özünə cəlbetmə tendensiyası mövcuddur. Qaradərili ciddi qəbul edilməyini hiss etdiyindən, diqqəti cəlb etməyə can atır. Hətta bunu etməyə imkanı olmasa belə, o, sadəcə lovğalanmaq üçün özünə bahalı avtomobil alacaqdır”. Sorğulanan onun sinfində ən ağıllı şagirdin qaradərili qız olduğunu bildirir və qızın müvəffəqiyyətini, onun fikrincə, qaradərili mənşəli olmağı ilə əlaqədar anadangəlmə natamamlıq kompleksini təqlid etməsinin yüksək kompensasiyası kimi təsvir edir.

      Qaradərililərin “Kadillak”a münasibətləri barədə iddialar özü hər şeyi izah edir. Tələbə haqqında edilən qeydlər şəxsi formada düşmən stereotipliyinə aid olan aspektin qaçılmazlığını göstərir.

      Qaradərililər haqda qabaqcadan rəy çıxarmış insan üçün qaradərili “axmaq məxluqdur”; əgər onun qarşısına çox zəhmətkeş qaradərili çıxarsa, onda bu xüsusiyyət özünü göstərmək üçün edilmiş sayılır və qaydanı təsdiqləyir. Qaradərilinin görünüşü və nə etdiyinin fərqi yoxdur, hər bir halda ona olan münasibət neqativ olacaqdır.

      Yəhudi “problemi” üzrə sorğulanan aşağıdakıları deyir:

      “Ümumiyyətlə, onlar bacarıqlı və hiyləgər kommersantdırlar- onlar haqqında yalnız bunu deyə bilərəm. Onlar ağdırlar, bu bir işdir… Əlbəttə, onların həmişə yəhudi instinkti vardır, mən eşitmişəm ki, onlar biznesi instinktiv olaraq, hiss edirlər… Mənə elə gəlir ki, yəhudilər daha çox yaltaqdırlar, məsələn, yəhudi bərbər müştərini kürsüyə mütləq hər hansı üsulla əyləşdirir”.

      Sorğulanan burada yəhudilərin özlərinə məxsus mistik təsiri haqda fantastik təsvir verir… “Onlar qeyri-adi dərəcədə hiyləgərdirlər və onlarla rəqabət aparmağın demək olar ki, mümkün deyil”.

      Görünür, bərbər barəsində olan bu əhvalat əvvəlcədən baş vermiş uşaqlıq düşüncəsinin reqressiyasıdır.

      F359 hökumət büdcəsində rəhbər vəzifə tutan 48 yaşlı mühasib qadındır. Müxbirin fikrincə, bu qadının mədəni və savadlı olmasına baxmayaraq, irqi münasibətlərin praktik sferasına aid söhbət açılan kimi, özünü eyni zamanda bayağılıq üçün arena rolunu paranoik əhvalatlarını söyləməkdən saxlaya bilmir. O, E şkalasında yuxarı, lakin F və PEC şkalalarında isə aşağı bal toplayıb. Onun təhrif edilmiş təsəvvürləri həm qaradərililərə, həm də yəhudilərə aiddir. Sorğulanan bunun çox ciddi problem olduğunu hesab edir və güman edir ki, vəziyyət getdikcə daha da pisləşəcəkdir.

      Onun fikrincə qaradərililər daha da korlanacaqlar. O, Vaşinqtondakı davanın şahidi olub, orada atəş açırdılar. O, tramvayın şüşələrini necə sındırdıqlarını görüb; bir ağdərili qaradərililər üçün nəzərdə tutulmuş kupeyə girmək istədikdə, atışma başladı. Ağdərili yerə uzanmağa məcbur olmuşdu. Axşamlar o, küçəyə çıxmağa qorxurdu. Bir dəfə, qaradərililərin mərasimləri vaxtı onlardan kimsə onu səkidən itələməyə cəhd etmişdi. Onlardan onu itələməmələrini xahiş etdikdə, ona elə utanmazcasına baxmışdılar ki, o, indicə səs-küy qalxacağını düşünmüşdü. Onun bələdçisi deyirdi ki, “gəl qırağa çəkilək. Yoxsa qarışıqlığa səbəb olarıq”. Onun tanışı deyib ki, qulluqçudan çərşənbə axşamı işləməyi xahiş etdikdə, qız razılaşmayaraq, “bu gün itələmə günüdür, ağdərililəri səkidən itələyirik”. Los-Ancelesdən olan başqa rəfiqəm demişdi ki, heç vaxt qulluqçusuna tozsoranla işləməyə icazə verməsin, yoxsa qulluqçu bu tozsoranla elə bir qızğınlıqla işləyəcək ki, sanki onu parçalamaq istəyir. Bir dəfə o, qızı belə bir məşğuliyyət vaxtı tutmuşdu: o, bir alət lə tozsoranı qurdalayırdı. O, qızdan bunun nə demək olduğunu soruşanda, qız “mən onu sadəcə təmir etmək istəyirdim” deyib. “Onlar ağdərililərdən qisas almaq istəyirlər. Onlar bərabər hüquqları vermək olmaz. Onlar buna hələ hazır deyillər; əvvəlcə onları tərbiyələndirmək lazımdır. Sorğulanan teatr və ya restoranda qaradərili ilə yanaşı oturmaq istəməzdi. O, qaradərili ev müdirinə “mister” deyə müraciət edən satıcının əhvalatını danışdı. Bunu etmək olmaz, sonra onlar deyərlər ki, “biz də ağdərililər kimiyik”.

      – Nəticə nə olacaq?

      – Məncə, qarışıqlıq olacaq. (O, hesab edir ki, davalar canlana və qan tökülə bilər.)

      – Yəhudilər haqda fikirləriniz nədir?

      – Məncə onlar da günahkardırlar. Öz kommersiya işlərində onlar sadəcə vicdanlı ola bilmirlər, onlar hiyləgər olmalıdırlar, iş məsələlərində vicdanlılıq onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

      – Bəs sizin şəxsi təcrübəniz necədir?

      O, bir tanışının başına gəlmiş hadisəni danışdı. O, fotoşəkillərlə maraqlanırdı və sələmçidən bir neçə köhnə şəkil almışdı. Bir dəfə o, orada olanda süni diş protezi olan bir qadın yaxınlaşdı. Ona dedilər ki, protez elə də qiymətli deyil (baxmayaraq ki, protezin tərkibində qızıl var idi). Sonda yəhudi ona protez üçün bir neçə dollar verdi. Qadın çıxıb gedən kimi o, yanındakı kişiyə dedi: “o, heç bilmirdi ki, protezin tərkibində platin var”. Başqa sözlə, protez onun qadına verdiyi məbləğdən bahalı idi. Sorğulanan qadının tanışını isə aldatmaq mümkün olmayıb, çünki o, yəhudiləri tanıyırdı və onların yalanının üstünü açdı.

      Mədəniyyətlərarası münasibətlərin yaxşılaşdırılması üçün daha məqsədəuyğun vasitəsi kimi çox vaxt müxtəlif qruplar arasında şəxsi əlaqələri gücləndirmək təklif olunur.

      Konkret hallarda belə görüşlərin əhəmiyyəti antisemitizmlə iddia edilməli olmadığı halda, ən azı xurafatların ifrat formalar aldığını aşağıdakı bölmənin misalları göstərir. Əslində stereotip və təcrübə arasında uçurum yoxdur. Stereotip əşyaların təsnifatının rahat olmağı üçün süni üsuludur. Lakin bu tendensiya nəticəsi olduğu şüursuz təhriflərin gizli mənbəyindən qi dalandığına görə yalnız reallığa baxışın köməyi ilə düzəltmək mümkün deyil. Təcrübənin özü stereotip tərəfindən formalaşıb. Azlıqların problemi barədə burada göstərilən fərdlər özlərinə məxsus bir həlledici xüsusiyyətə malikdir. Hətta onları stereotiplərdən daha uzaq azlıqlar qrupunun nümayəndələri ilə tanış etsək belə, onlar bu nümayəndələrə stereotiplərin prizmasından nəzər salacaqlar və onları qəbul etməyəcəklər. Çünki belə tendensiyaya həqiqətən “fantaziyalara meylliliyi” olan şəxslərdə rast gəlindiyinə görə (axı yəhudi kompleksi daha çox qanuniləşmiş psixotik təhriflərin tanınmış azad zonasıdır) təcrübə toplaya bilməmək qabiliyyətini yalnız burada təsvir edilmiş fərdlərlə məhdudlaşdırmaq lazım deyil, onu nisbətən az nəzərəçarpan hallarda müşahidə etmək olar. Şəxsi kontaktların səmərəli