Название | Avtoritar şəxsiyyətin necəliyi |
---|---|
Автор произведения | Теодор В. Адорно |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-2-5 |
Obyektiv olaraq, o, tipik ziddiyyətdə nümayiş etdirilir: xüsusi məsələlərə cavab vermək lazım gələndə bir tərəfdən qərəzsizliyin ümumi tələbinin arasında olan, digər tərəfdən isə mülahizələrdəki fikirlər arasındakı ziddiyyət.
5056 bütün şkalalarda yuxarı ballarla 29 yaşlı evdar qadındır və iddia edir ki, nə o, nə onun əri hər hansı qruplara qarşı xüsusi antipatiyalar bəsləmir. (Bu izah E şkalasının ballarının yuxarı sayı və növbəti fikirlə müqayisə olunarsa, maraqlı görünər): “Qaradərililər özlərinə bərabər olanlarla qalmalıdırlar. Mən qardaş-bacımın qızının qaradəriliyə ərə getməsini istəməzdim, mən qaradərililərlə qonşu olmaq istəmirəm”. Müsahibə alınan üçün qaradərili məsələsi “ehtimal ki, azlıqların ən ciddi problemi” sayılır. O, “Cənub metodlarına” üstünlük verir, onun fikrincə, qaradərililərin əksəriyyəti orada xoşbəxt yaşayırlar. Doğrusu, yaxşı olardı ki, onların öz dövləti olsun. Bu o demək deyil ki, biz onlara daha diqqət yetriməməliyik, ayrı dövlətin olmağı pis olmazdı, belə ki, bizim onları idarə etməyimizə baxmayaraq, onlar orada şəxsi administrasiyaya malik olacaqlar. Hazırki konflikti son təklifdəki təzaddan daha həqiqi formada ifadə etmək çətindir.
Yəhudilər barəsində dindirilən qərəzsiz nöqteyi-nəzəri söyləməyə çalışır. Müsahibədə qaradərililərin və yəhudilərin problemi birgə araşdırıldıqda onun qızğın surətdə buna qarşı çıxmasını müşahidə etmək maraqlıdır. “Mən məmnuniyyətlə yəhudilərlə ünsiyyət saxlayardım, – əslində, onların arasında mənim dostlarım var. Onlardan bəziləri – abırsızdır, amma axı yəhudi olmayanların arasında da belələri var”.
Amma nə vaxt ki, söhbət “şəxsi münasibətindən” gedir, o stereotipə tabe olur və faktiki olaraq antisemitizmin təsdiqinə gətirən münaqişəni onun passiv qəbul etməsi ilə həll edir.
Yəhudilərin xarici siması haqqında suala cavab verərək, o əvvəlcə “yəhudi burnunu” xatırlayır. Bundan başqa, o hesab edir ki, yəhudilər xasiyyətlərində yalnız onlara məxsus və həmişə dəyişməz qalan bir sıra xüsusiyyətlərinə malikdirlər, “Onlar daima mübahisə etmək istəyirlər, onlardan bəziləri xəsisdir (hərçənd başqalar da var: bəziləri alicənabdırlar); danışıqlarda onlar həddindən artıq əl-qolla hərəkət edirlər və onların nitqləri dramatikdir”. O, yəhudilərə antipatiyanın gücləndiyini güman edir, ancaq bu tendensiyaya qarşı etiraz edir. “Mənə elə gəlir ki, məhz yəhudiləri qınadığımıza gözə biz bir qədər eqoistik hərəkət edirik”. O, yəhudilərin cəzaları haqqında eşitmək istəmir, ancaq o mübahisələrdə onların tərəfini tutmazdı. Görünür, bu ümumiyyətlə həm onun antipatiyasının əsaslandırmaya olan funksiyası, həm də antisemitizm məsələsinə qarşı laqeydlikdir.
Stereotipin və təcrübənin arasında münaqişənin subyektiv əks etdirilməsi M1230a fikirlərində izah edilir (o bütün şkalalarda orta bal toplamışdır).
–İrqi azlıqların problemi barədə düşünürsünüzmü?
–Bəli, gəlmə əcnəbilər üçün bu sadə iş deyil. Amerika sadəcə bütün hər şeyin əriyib bir-birinə qarışdığı yerdir. Məncə çoxlarının ölkəyə girməsinə imkan veriblər. Sonra qaradərililərin də problemi… Mən liberal olmağa çalışıram, amma axı mən cənub ştatlarında böyümüşəm. Nə vaxtsa hər cəhətdən qaradərililərə bərabər hüquqlar verməyə razılaşacağımı düşünmürəm… Amma bu əcnəbilər, onlara qarşı təbii antipatiya bəsləyirlər. Ancaq bizim hamınız nə vaxtsa əcnəbi olmuşuq…
Antisemit dilemmasının xülasəsi 5005-də, F və Y şkalalarında yuxarı bal və RES şkalasında aşağı bal yığmış tələbə qızın aşağıdakı sözlərində verilib.
– Məncə yəhudilərə qarşı münasibətdə heç bir problem olmamalıdır. Heç kəsi etibardan salmaq olmaz, insanları onların şəxsi xidmətlərinə görə qiymətləndirmək lazımdır. İnsanların hansısa bir problem haqqında danışıqlarından xoşum gəlmir. Şübhəsiz, mən mənfi rəylərə qarşıyam… Yəhudilər aqressivdirlər, onların pis ədalı olurlar, həmişə əlbirdirlər, onlar intellektualdır, təmizkardır, ətrafı özləri ilə doldurublar, çox hay-küylüdürlər və həddən artıq seksualdırlar… Ancaq fikrimin kifayət qədər böyük şəxsi təcrübəyə əsaslanmadığını etiraf edirəm, ancaq mən hər gün bu haqda eşidirəm. Bizim məktəbimizdə yəhudi şagirdlər azdır, mən bir yəhudi qızla dostluq etməyim haqda isə artıq danışmışam.
Burada düşüncə və təcrübə arasındakı ziddiyyət yalnız yanlış fikirlərin güclü psixi impulslarına görə maraq doğurur.
G.
HAKİM ROLUNDA İTTİHAMÇI
İdeoloji nöqteyi-nəzərdən antisemitin konfliktində demokratiyanın rəsmi olaraq üstün olan miqyasları və insanların bərabərliyi haqqında prinsiplər adi yanlış fikrin mədəni “bəyənilmiş” stereotipləri kimi mübahisəli olaraq qoyulub. Psixoloji nöqteyi-nəzərdən bir tərəfdən, bu, Onun hansısa şüurlu və ya basılmış meylləri, digər tərəfdən isə Məndən üstün və ya onun çox və ya az ifadə edilmiş şərti əvəzedicisidir. Burada təqdim edilmiş materiala əsasən çətin ki, hər konkret hadisədə münaqişənin necə həll edildiyi barədə qabaqcadan xəbər vermək və ya hətta ona kafi izahatı vermək olar, hərçənd hamı daim güclənən fikirlər haqqında danışır,
Ümumiyyətlə, onlar düşüncə tərzinin nümayiş edilmiş formasına necə tətbiq oluna bilərlər? Bundan başqa, bu hadisələrdə biz xarakterin potensial faşist strukturu haqqında söhbət gedən münaqişənin belə nəticəsini gözləyə bilərik. Əgər fərddə olan münaqişə yəhudilərə qarşı yönəlirsə, onda bu nöqteyi-nəzər demək olar ki, həmişə səmərəli öyüd-nəsihət xarakteri qazanır.
Görünür ki, yanlış fikirlərin daxili gücləri, mübarizə edən yönəldilmələrin öhdəsindən gəlib, onlar üzərində qələbəni bayram edirlər ki, onlara qarşı mübarizə edən enerjini tabe edirlər. Eqo20 carçı olur – lakin, bu dinamik vəziyyət psixoanalizə tamamilə yad deyil. Antisemitizmində ifadə edilmiş meylləri biz “ittihamçı” sözü ilə, fərddə vicdan sözünü “hakim” sözü ilə göstərə bilərik, və deyə bilərik ki, onlar bir-biri ilə əlaqəlidir. Parodiyanın xarakterindəki fikirlərdə tam olaraq, yəhudilər məhkəmə təhqiqatını görməlidirlər. Bu psixoloji cəhətdən, onların fərdlərin əvvəlcədən yaranmış fikirlərindən müvəffəqiyyətlə qorunmaq şanslarının niyə o qədər kiçik olduğunu qismən izah edir. Üçüncü Reyxin məhkəmə təcrübəsi bu sxemə əməl edirdi. Yəhudilərin heç vaxt, nə şəxsi proseslərdə, nə bütövlükdə özünü müdafiə etmək imkanları yox idi. Daha sonra faşist xarakterinin köməyi ilə nə bahasına olursa olsun susmağa məcbur edilən, günahın şüursuz hissi ilə əlaqəli olan eqonun özgələşməsinin əhəmiyyətli dərəcədə transformasiyaya və doymaq bilməyən düşmənçiliyin dağıdıcı instinktləri ilə qidalandırılan “mədəni diskriminasiyaya” səbəb olmağı məlum olacaq.
Eqonun antisemit ideologiyaya tabe olmağını izah edən birmənalı dəlil mövcuddur – bu yəhudilərin dözdükləri hər şey üçün, xüsusən milli-sosializm soyqırımı üçün, məsuliyyəti qatillər deyil, qurbanların daşıdıqlarını
20
Eqo. Bir fərdin özü haqqında fikirləri