İnsan təbiətinin gələcəyi. Yurgen Habermas

Читать онлайн.
Название İnsan təbiətinin gələcəyi
Автор произведения Yurgen Habermas
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn

Скачать книгу

target="_blank" rel="nofollow" href="#n15" type="note">15 müdaxilə ediləcək səviyyəyə çatdırıla bilər. Birinci qərarın tələbləri çərçivəsindən baxsaq, həm hər hansı bir etiraz yaratmayan, həm də onun təbii bir nəticəsi kimi görünüən bu ikinci addım, bəhs edilən (doğru qəbul edilən) “neqativ yevgenika”nı hələ doğru qəbul edilməyən “pozitiv yevgenika”dan ayırmaq məcburiyyəti yaradır. Belə bir sərhəd konseptual və praktiki səbəblərdən dolayı qarışıqdır. Buna görə də, həddlərini aşan genetik müdaxilələri dayandırmaq cəhdimiz bizi paradoksal bir vəziyyətlə üz-üzə buraxır. Başqa sözlə, sərhədlərin bulanıq və qeyri-müəyyən olduğu bir yerdə olduqca dəqiq xəttlər çəkib onları pozmamaq tələbini müadifə etmək lazım olacaqdır. Əslində isə, bütün bu arqumentlər silsiləsi günümüzdə müalicəvi və intensiv müdaxilələr arasında sərhədin olmadığını iddia edən, amma keyfiyyət dəyişikliyi müdaxilələrində hədəflərin seçilməsi ilə bağlı individual seçim haqqını bazardakı oyunçulara verən liberal yevgenikanın müdafiəsi üçün istifadə olunur.16

18 May 2001-ci ildə, Almaniya prezidentinin nitiqinin təməlində eyni bu ssenarinin olduğunu düşünürəm. Prezident xəbərdarlıq edirdi: “İnsan həyatını instrumentalizasiya etdiyimizdə, yaşamağa dəyərli olan ilə dəyərli olmayan arasında seçim etsək, dayanacağı olmayan bir yeni yola girmiş sayılırıq17 Gen texnologiya lobbiçiləri isə, üzərində çox düşünülməyən əmsallardan və diqqət çəkmədiyi üçün öyrəşdiyimiz vəziyyətlərdən (məs: Günümüzdəki doğumöncəsi diaqnoz vasitələrin-dən) retroaktiv şəkildə faydalanıb əxlaqi qayğılar qarşısında çiyinlərini çəkib “artıq gec qaldıq” deməkdə və bu suallardan yayınmaqdadırlar. Bu və oxşar vəziyyətlərdəki “bəndin uçması” arqumenti isə heç bir işə yaramır. Çünki bu arqument, metodik baxımdan doğru işləndiyi və hazırkı dəyişiklikləri normativ olaraq qiymətləndirdiyimiz vaxt qoyduğumuz sualların, nə vaxtsa (hələlik hipotetik də olsa) gen-texnoloji yenilikləri nəzərə almasını ehtiva edir (hətta mütəxəssislər bu inkişafın baş vermə ehtimalının çox az olduğunun teminatını versələr belə)18. Bu düstur hadisəni dramatikləştirmək üçün ortaya atılmış deyil. Sabah, o biri gün, keçiləcək sərhədləri indidən dramatik şəkildə çəkməklə bu günün problemləri ilə daha rahat maraqlana və xəbərdaredici etirazların məcburi etik səbəblərlə qarşılaşmayacağını daha rahat etiraf edə bilərik. Burdan məqsədim isə, dünyəvi plüralist olan bir cəmiyyətdə rasional qəbuledilmə gözləntisinin doğurduğu sekulyar səbəblərdir.

Necə ki, implantasiya əvvəli metodun tətbiqi ilə qarşımıza belə bir hüquqi sual çıxır: “Müəyyən bir skeptik vəziyyətdə istehsal edilən və bəzi genetik yoxlamalardan keçdikdən sonra mövcud olmağına və inkişaf etdirilməyə layiq olduğuna qərar verilən bir həyat anlayışı insanlıq qüruruna sığışarmı?”19. Seçmək məqsədi ilə insan həyatı haqqında rahat-rahat hökm verilə bilərmi? Gələcəkdə, hətta öz bədənimizin hüceyrələrindən belə, nəqledilən toxumlar yetişdirildikdə və bunları (yad hüceyrələrə qarşı mübarizə aparan immun sistemimizin yaradacağı problemləri həll edəndən sonra) bədənimizə yerləşdirmə şansı olacaqsa, bu məqsədə xidmət edəcək embrionların “istehlaki” məsələsinə münasibət necə olmalıdır? Bu sual bir az əvvəlki sualla üst-üstə düşür. Tibbi tədqiqatlar aparmaq üçün embrionların istehsalı və istifadəsi yayğınlaşdığı və belə hallar normala çevrildiyi vaxt, doğumöncəsi insan həyatına dair mədəni anlayışımız dəyişir və bunun nəticəsində fayda-çıxar hesablarına dair əxlaqi həssasiyyətimiz tamamilə korlanır. Amma indilərdə, bu cür praqmatik yanaşmaları ədəbsizlik sayırıq və öz-özümüzə fərdi narsis seçimlərimizə bu dərəcə önəm verib-veməyəcəyimizi, normal və təbii həyat qaydaları-mıza qarşı qeyri-həssaslıq göstərən cəmiyyətdə yaşamaq istəyib-istəmədiyimizi götür-qoy edirik.

İÖD (PİD) və kök hüceyrələri tədqiqatları eyni kontekstdə o vaxt qəbul edilir ki, insanoğlu öz mövcudluğunun bioloji təməllərindən çıxış edərək özünü instrumentalizasiya və optimizasiya etsin. Əxlaqda əmr edilən və hüquqda təminat altına alınan şəxsin toxunulmazlığı və bədən formasının təbii halı üzərində qənaət etmənin yolverilməz olduğunun əsasən diqqətdən qaçan normativ eyniliyi elə bu nöqtədə müşahidə olunmaqdadır.

Məsələn, İÖD tətbiqi əsnasında istənməyən genetik materialın seçilməsi və bunların optimizasiyası arasındakı sərhədləri qorumaq indidən çox da imkan daxilində olan bir şey deyil. Bu mərhələdə birdən çox ehtimal olunan “çox sayda çoxhüceyrəlilər” arasında seçim etməli olduğumuz üçün, ikili, yəni bəli-xeyr qərarlarıyla məhdudlaşa bilmərik. Belə vəziyyətdə ağır bir xəstəliyi olan uşağın dünyaya gəlməsinin qabağını almaq ilə onun genetik materialını düzəltmək (bu açıqca yevgenik bir qərardır) arasındakı prinsipial fərq öz kəskinliyini itirir20. İnsan genomuna daha əhatəli müdaxilələr olunması və monogenetik xəstəliklərdən qorunma imkanları artdıqca, yuxarıdakı problemin praktiki əhəmiyyəti daha da qabaracaqdır. Beləliklə, yevgenikanın prinsipial olaraq məhdudlaşdırılması məsələsi siyasi qanunvericiliyin vəzifəsinə çevriləcəkdir. Tibb sahəsində marjinal nöqtələrdə olan bəzi şəxslərin insan orqanlarının reproduktiv klonlanması üzərindəki tədqiqatlarını da nəzərə alsaq, insan növünün çox yaxın bir tarixdə öz bioloji təkamülünü öz əlinə alması faktı ilə üz-üzə gələcəyik21.

Növümüzün öz-özünü çevirməsi artıq yaxın bir gələcəkdə gerçəkləşə bilər. Belə ki, bu yeniliyi təsvir edərkən “təkamülün həmmüəllifi- aktyoru” və hətta “Tanrı olmaq” metaforalarına da rast gələ bilərik.

Təkamül ideyasının insanın yaşam dünyasına girdiyinə dair iddialar ictimai fikirdəki müzakirələr üçün yeni deyildir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Pax Britannicanın (ingilislərin dünya hegemonluğu altındaki “sülh” şəraiti – tərc) qoruyucu çətiri altında yayılan darvinizm və sərbəst ticarət idealogiyasının əmələ gətirdiyi partlayıcı birləşmə, belə görünür ki, qloballaşan Yeni Liberalizm dalğası altında bir daha parlamaqdadır. Əlbəttə ki, artıq movzu bioloji mülahizələrin ifrat sosial darvinist ümumiləşdirmələri deyil. Mövzu biotexnoloji tərəqqiyə maneə törədən “sosio-əxlaqi qandalların” tibbi və iqtisadi səbəblərə görə boşaldılmasıdır. Elə tam bu nöqtədə də Şroderlə (AFR kansleri – tərc) Raunun (AFR prezidenti – tərc), Azad Alman partiyası ilə Yaşılların siyasi münasibəti bir-birinə ziddir.

Bu mövzu isə təbii ki, ağlagəlməz spekulyasiyalardan xali deyil. Bir ovuc çılğın intellektual naturalizmə çevrilmiş post-humanizmin falına baxıb gələcəyi görməyə çalışmaqdadır. Əslində isə, onların etdikləri dırnaqarası zaman divarının (hipermodernizmə qarşı hiper əxlaq) dibində açıq bir formada Almaniya idealogiyasının çox tanış motivlərini örtməyə davam etmək mənasına gəlir22. Elitalar “bərabərlik illüziyalarını” və ədalət anlayışını tərk etsələr də, onların hələ bu fikirləri geniş kütlələrə yoluxdura bilmədiklərinə sevinməliyik. “İnsanlığın

16

N. Ağar, “Liberal Eugenics,” der. H. Kuhse, P. Singer (2000), s.173: Liberallar xəstəlik məfhumunun müalicəvi/yevgenik bölgüsünün zəruri etdiyi əxlaqi öhdəliklə əlaqəli oduğuna şübhə edirlər.

17

Johannes Rau, “Der Mensch ist jetzt Mitspieler der Evolution geworden”, FAZ, 19 Mayıs 2001.

18

Mən də digər dostlarım kimi bioelmlərdə sürətli, biotexnoloji cəhətdən qiymətləndirilən produktivliyin mümkün olduğunu düşünürəm: “Əksərən elm, ən yaxşı niyyətə sahib proqnozları qabaqlamaqdadır. Buna görə də Xiroşimanın genetik mühəndislik sahəsindəki oxşarı ilə hazır olmadan qarşılaşmaq riskini daşıya bilmərik. Çıxılmaz vəziyyətləri də hesablayan qaydalara sahib olmaq, anidən düşəcəyimiz vəziyyətlərlə bağlı heç bir prinsibə sahib olmamaqdan yaxşıdir.” N. Agar, “Liberal Eugenics”, der. H. Kuhse ve P. Singer (2000), s. 171-181, s. 172.)

19

R. Kollek, Praimplantationsdiagnostik, Tübingen və Basel (A.Francke) 2000, s. 214.)

20

A. Kuhlmann, Politik des Lebens, Politik des Sterbens, Berlin 2001,s. 104

21

James D. Watson, “Die Ethik des Genoms. Warum wir Gott nicht mehr die Zukunft des Menschen überlassen dürfen”, FAZ, 26 Sentyabr 2000.

22

Thomas Assheuer, “Der künstliche Mensch”, Die Zeit, 15 Mart 2001.