Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922. Fərhad Cabbarov

Читать онлайн.
Название Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922
Автор произведения Fərhad Cabbarov
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn

Скачать книгу

alimi Vladimir Kostorniçenko Bakı ilə Moskva arasında fikir ayrılıqlarını, bir-birinə zidd addımların səbəblərini ətraflı araşdıraraq belə qənaətə gəlir ki, o dövrdə sovet hökumətinin Rusiyanın cənubunda faktiki təmsilçisi İ.Stalinin müdaxiləsi Bakı bolşeviklərinin 1 iyun dekretini qəbul etməsi üçün əsas olmuşdur. Bakıda milliləşdirmə prosesinin iştirakçıları İ.Stalinin hadisələrdə aparıcı rolunu qeyd edirdilər: “… Tsaritsında [indiki Volqoqrad – F.C.] oturan Stalin hər şeyi ələ keçirmək haqqında sərəncam verdi. Bunun əsasında neft sənayesi milliləşdirildi.”73 Bu faktı S.Şaumyan da təsdiq edirdi. Çıxışlarının birində o, deyirdi: “Mən, yoldaş Stalindən bir məktub almışdım, sonda əlavə edilirdi ki, məktuba Lenin baxıb və bəyənib və həmin məktubda deyilənlərin hamısı rəsmidir, Xalq Komissarları Sovetindən gəlir. Daha sonra Stalindən gələn üç teleqramda qəti şəkildə bildirilirdi ki, milliləşdirmə təsdiq olunub…”74 Yeri gəlmişkən, bu sözlər Suren Şaumyanın atasının guya milliləşdirməni “özünü riskə ataraq” həyata keçirdiyi, İ.Stalinin isə yalnız bundan sonra “milliləşdirməyə xeyir-dua” verdiyi barədə yazdıqlarını təkzib edir.75 Əslində S.Şaumyan İ.Stalinin teleqramlarını hərəkətə keçmək üçün siqnal kimi başa düşmüşdür. Bundan başqa, təsadüfi deyil ki, Baş Neft Komitəsinin iclaslarında “vaxtından əvvəl” baş tutan milliləşdirmə haqqında müzakirələrin əsas predmeti təkcə Bakı XKS-in qərarları deyil, həm də İ.Stalinin mövqeyi idi. Müzakirələrin birində RSFSR xalq maliyyə komissarı İ.Qukovski qeyd etmişdir ki, milliləşdirmə İ.Stalinin məlumatları əsasında həyata keçirilsə də, o, “qətiyyən bu sahədə sərəncam vermək ixtiyarı olmayan şəxs idi”, BNK-nın məsul əməkdaşı S.Salko isə demişdir ki, İ.Stalinin məktubu “formaca məlumat xarakterli olsa da, mahiyyətcə göstəriş idi… ”76

Moskvanın milliləşdirmənin təxirə salınması ilə bağlı qərarının başqa bir səbəbi də var idi. Həmin səbəb xarici amil ilə əlaqədar idi. RSFSR xalq yollar komissarı P.Kobozevin S.Şaumyana və P.Caparidzeyə göndərdiyi məktubda bu barədə deyilirdi: “Şadam ki, siz [milliləşdirməni – F.C.] həyata keçirmədiniz, lakin deməliyəm ki, bunun uğrunda hələ çox mübarizə aparmalı olacağıq. Məsələ bundadır ki, Almaniya ilə sülh müqaviləsinə görə, əgər biz nə isə milliləşdiririksə, biz bütün itkilərin əvəzini ödəyirik, Nobel isə iri alman firmasıdır və özümüzü hər tərəfdən əməlli başlı sığortamalıyıq ki, daha az ödəyək…”77 Göründüyü kimi, Sovet Rusiyasının Almaniya ilə bağladığı müqavilədə milliləşdirilən müəssisələrə görə xarici xarici şirkətlərə kompensasiya ödəmək haqqında şərtin olması bolşevik hökumətini milliləşdirmənin dərhal həyata keçirilməsindən çəkindirən vacib amillərdən idi.

Beləliklə, İ.Stalinin dəstəklədiyi Bakı XKS-i ilə V.Leninin dəstəklədiyi BNK arasında fikir ayrılıqları vəziyyətin müxtəlif cür qiymətləndirilməsi və buna uyğun olaraq, böhrandan çıxış yollarına fərqli baxışlarla əlaqədar idi. V.Lenin və BNK tələsik milliləşdirməni və kapital üzərində təzyiqi bir qədər yubatmağı, keçid dövründə dövlətin nəzarəti altında işləyən iri özəl müəssisələrin mövcud olmasını mümkün sayırdılar. Buna misal olaraq belə bir faktı göstərmək olar ki, hələ 1918-ci il iyunun 3-də BNK V.Leninin sərəncamı əsasında milliləşdirilmiş donanmanın 1918-ci il naviqasiyası ərzində keçmiş gəmi sahiblərinə verilməsi haqqında qərar qəbul etmişdir. Neftin və neft məhsullarının daşınması zamanı yüklərin tamlığına görə məsuliyyət sahibkarların üzərinə qoyulurdu.78 Bu qərarın müəllifləri başa düşürdülər ki, milliləşdirmə Rusiyaya yanacaq daşımalarının azalmasına gətirib çıxaracaq və buna görə 1918-ci il naviqasiyası ərzində hasilatı özəl firmaların ixtiyarında saxlamaq, nefti Rusiyaya daşımaq və yalnız naviqasiya başa çatdıqdan sonra tələsmədən neft işini dövlətin sərəncamına vermək lazımdır.

V.Leninin və BNK-nın opponentləri isə ilk növbədə siyasi maraqları üstün tutaraq hesab edirdilər ki, regionda sovet hakimiyyətinin sabit və effektiv fəaliyyəti yalnız mülkiyyət sisteminin dəyişdirilməsi, dövlət inhisarının bərqərar edilməsi nəticəsində mümkündür. Buna görə onlar istehsal vasitələrinin tez bir zamanda özəl sektordan dövlətin ixtiyarına keçməsində təkid edirdilər. İrəlidə bəhs edildiyi kimi, son nəticədə İ.Stalinin və Bakı XKS-in dəstəklədiyi bu mövqe üstün gəldi və Moskva 1918-ci il iyunun 20-də milliləşdirmə haqqında dekret verdi.

Partiya-təsərrüfat dairələrindəki fikir ayrılıqlarından Bakıda milliləşdirmənin əleyhdarları da xəbərdar idilər. Onların arasında Bakı XTŞ-in tərkibinə daxil olan mühəndislər qrupu xüsusilə seçilirdi. Həmin qrupun qətiyyətli mövqeyini XTŞ-in bütün iclaslarında müşahidə etmək olur. Məsələn, mühəndislər hesab edirdilər ki, sənaye müəssisələrinin kollegial idarə olunması idarəçiliyi xeyli çətinləşdirəcək, yubadacaq, yaradıcı təşəbbüslərin qarşısını alacaq, müəssisələri bürokratik quruma çevirəcək. Nəticədə isə yüksəliş əvəzinə sənaye daha da tənəzzülə uğrayacaq. XTŞ-in 21 iyun 1918-ci il tarixli fövqəladə iclasında Mühəndislər və Texniklər İttifaqının nümayəndələri Bakıda neft sənayesinin milliləşdirilməsinin səhv olduğu barədə AXTŞ-in teleqram göndərməsi haqqında sorğu ilə müraciət etdilər. İ.Fioletov bildirmişdir ki, heç bir teleqram alınmayıb və milliləşdirmənin ləğvi barədə söhbət gedə bilməz.79

Bakı bolşevikləri bu cür əhval-ruhiyyənin milliləşdirmə siyasətinin həyata keçirilməsinə xələl gətirəcəyindən narahat idilər. Bunu Z.Dosserin Moskvaya göndərdiyi teleqram təsdqiləyir: “…iyunun 2-də Stalinin milliləşdirmənin təsdiq olunması haqqında teleqramından sonra dekretlə neft və qazma müəssisələrinin bütün əmlakına qadağa qoyulmuşdur. Administrasiya Bakı Xalq Təsərrüfatı Şurasına tabedir… Mühəndislər işləməyə razıdırlar, lakin onlar arasında boykot əhval-ruhiyyəsi həddindən artıq güclüdür. Milliləşdirmə məsələsində hər cür yubanma, tərəddüd əleyhdarların müqaviməti gücləndirmək ümidlərini artıracaq, asanlıqla texniklərin tətilinə səbəb ola biləcək və çox ağır nəticələrə gətirib çıxaracaq. Qəbul olunmuş kursun dəyişdirilməsi mümkün deyil. Dərhal milliləşdirmə haqqında dekret qəbul etməyi, teleqrafla Bakıya xəbər verməyi xahiş edirik…”80

Mokvanın milliləşdirmə ilə bağlı tərəddüdləri S.Şaumyanı çox qəzəbləndirdi. V.Leninə yazdığı məktubda Bakı XKS-in 1 iyun tarixli dekretini əsaslandıran S.Şaumyan deyirdi: “Cari hesabları, nefti, materialları və s. ələ keçirmək lazım idi.” Moskvadan gələn teleqramlara toxunan S.Şaumyan yazırdı: “Bunlar bizi hiddətləndirdilər, çünki belə məsələ ilə zarafat etmək olmaz. Qərarları qəbul etmək, onları ictimailəşdirmək və sonra da “müvəqqəti” dayandırmaq. Biz bu məsələdə milliləşdirmə əleyhdarlarının hərəkətlərini gördük və buna görə etiraz etdik… Belə tərəddüdlərə son qoymağı təkidlə xahiş edirəm. Mən başa düşürəm, ola bilsin ki, Rusiyada bu milliləşdirmə sizə baha başa gəldi və Rusiyadan gələnlər milliləşdirmə bayrağı

73

Косторниченко В.Н. К вопросу о национализации…, с. 93.

74

Шаумян Ст. Статьи и речи. 1917-1918 гг. Баку, 1929, с. 124.

75

Шаумян С. Бакинская коммуна, с. 24.

76

Косторниченко В.Н. К вопросу о национализации…, с. 94.

77

Azərbaycan tarixi arxiv sənədlərində: I cild, s. 141.

78

ARPİİSSA: f. 276, siy. 3, iş 32, v. 122.

79

ARDA: f. 11, siy. 1, iş 295, v. 38.

80

ARDA: f. 11, siy. 1, iş 228, v. 83.