Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922. Fərhad Cabbarov

Читать онлайн.
Название Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922
Автор произведения Fərhad Cabbarov
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn

Скачать книгу

edəcəyindən narahatlığını ifadə edərək yazırdı: “… onda yəqin ki, biz Bakını əldə saxlaya bilmərik. Belə olarsa, biz Sizin reseptinizi tətbiq edəcəyik. Bununla bağlı barəsində Sizə xəbər verdiyimiz qətnaməni qəbul etmişik və mütəxəssislərdən ibarət komissiya təşkil olunub. Komissiya öz işi barədə hər gün mənə məruzə edir.”116 Şübhə yoxdur ki, “Sizin reseptiniz” dedikdə, S.Şaumyan V.Leninin neft mədənlərini yandırmaq haqqında planını nəzərdə tutur və artıq hazırlıq işlərinin getdiyi barədə məlumat verirdi.

Azərbaycan-Osmanlı qüvvələri Bakıya doğru irəlilədikcə Rusiya-Almaniya yaxınlaşması real müstəviyə keçirdi. Bunu V.Leninin İ.Stalinə ünvanladığı teleqramdan görmək mümkündür: “Bu gün, iyunun 30-unda Berlindən İoffedən [RSFSR-in Berlində səlahiyyətli nümayəndəsi – F.C.] xəbər gəlmişdir ki, Külman [Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi – F.C.] İoffe ilə ilkin danışıqlar aparmışdır. Bu danışıqlardan bəlli olduğuna görə, almanlar razıdırlar ki, türkləri Brest müqaviləsində göstərilən sərhəddə hərbi əməliyyatı dayandırmağa məcbur etsinlər, bizim üçün dürüst demarkasiya xətti müəyyənləşdirsinlər. Söz verirlər türkləri Bakıya qoymasınlar, özləri də neft istəyirlər. İoffe cavab vermişdir ki, biz Brest sülhünə ciddi əməl edəcəyik, lakin almaq xatirinə vermək prinsipinə tamamilə razıyıq. Bu xəbərə ciddi diqqət yetirin və çalışıb onu Şaumyana tez çatdırın, zira Bakını əldə saxlamaq üçün indi ən ciddi imkanlar vardır. Neftin bir qismini, əlbəttə, verərik.”117

7 iyul tarixli növbəti teleqramda V.Lenin İ.Stalinə yazırdı: “…Bakıya dair ən vacib olan budur ki, Siz daim Şaumyanla əlaqədə olasınız və Şaumyan almanların Berlində səfir İoffeyə etdikləri təklifdən xəbərdar olsun. Təklif bundan ibarətdir ki, biz almanlara neftin müəyyən hissəsini verməyə zamin durur, onlar isə türklərin Bakıya hücumunu dayandırmağa razılaşırlar. Əlbəttə, biz razılaşacağıq.”118 Rusiya üçün çox vacib idi ki, almanlar Bakını Rusiyanın bir hissəsi kimi tanısınlar, özü də bolşeviklər neftin bir hissəsini güzəştə getməkdən əlavə alman protektoratı altında olan Gürcüstanın işlərinə müdaxilə etməməyə də söz verirdilər. Ertəsi gün – iyulun 8-də İ.Stalin S.Şaumyana göndərdiyi teleqramda bildirirdi: “1. Zaqafqaziyaya dair məsələdə bizim ümumi siyasətimiz bundan ibarətdir ki, biz almanları gürcü, erməni və Azərbaycan məsələlərinin Rusiyanın daxili məsələsi kimi rəsmən tanımağa və onları bu məsələlərin həllində iştirak etməməyə məcbur etməliyik. Məhz buna görə biz Almaniyanın tanıdığı Gürcüstanın müstəqilliyini tanımırıq. 2. Ola bilsin ki, biz Gürcüstan məsələsində almanlara güzəştə getməli olacağıq, lakin belə güzəştə biz yalnız o şərtlə gedəcəyik ki, almanlar Ermənistanın və Azərbaycanın işlərinə qarışmamağa razı olsunlar. 3. Almanlar Bakının bizdə qalmasına razılıq verərək əvəzində müəyyən qədər neftin ayrılmasını xahiş edirlər. Əlbəttə ki, biz bu “xahişi” təmin edə bilərik.”119

Rusiya ilə Almaniya arasında danışıqlar və müzakirələr getdiyi bir vaxtda bolşeviklərin Bakının neft mədənlərini məhv etmək planı yenidən gündəmə gəldi. Məqalələrinin birində S.Şaumyan bu barədə yazırdı: “Bakı almanlar tərəfindən tutulduğu halda neft ehtiyatlarının onların əlinə keçməməsi üçün Lenin bütün tədbirlərin görülməsini bizdən tələb edirdi. İclasların birində mənim təklifimlə Bakı Sovetinin belə bir qətnaməsi qəbul olunmuşdur: bütün neft sənayesini məhv etmək, lakin almanlara təslim etməmək.”120

Almaniya ilə Rusiya arasında aparılan gizli danışıqlardan xəbər tutan İstanbuldakı Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin başçısı M.Rəsulzadə xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə ünvanladığı 19 iyul 1918-ci il il tarixli məktubda yazırdı: “Almanların Bakıya hücum əleyhinə olma-larının dəlili bu imiş ki, Bakıya hərbi yolla gedilərsə, bolşeviklər neft mədənlərini və neft ehtiyatlarını yandırarlar. Halbuki, neft müharibə edən müttəfiqlərə su kimi lazımdır. Buna görə də almanlar Bakı məsələsini başqa formada, sülh yolu ilə həll etmək istəyirlər… Şəxsi kanallarla bizdə məlumat var ki, neftə dair almanlarla bolşeviklər arasında xüsusi müqavilə mövcuddur. Məlumunuz olsun ki, neft məsələsi Azərbaycan-Almaniya məsələsindən çox Türkiyə-Almaniya məsələsidir. Batumi müqaviləsinə görə, neftin artıq qalan hissəsi Türkiyənindir. Görünür, türklər neft amili zəminində almanlardan istifadə etmək istəyirlər.”121

Yaranmış şəraitdə Azərbaycan Cümhuriyyəti Osmanlı dövlətinin və Almaniyanın maraqları ilə hesablaşmalı, onlarla kompromisə nail olmalı idi. M.Rəsulzadə məktublarının birində yazırdı: “Çox güman ki, biz Bakıda almanlara məlum iqtisadi güzəştlərə getməli olacağıq.”122 Xarici işlər naziri M.Hacınski İstanbulda olan M.Rəsulzadədən xahiş edirdi ki, o, Azərbaycan hökumətinin Berlinin və İstanbulun maraqlarını təmin etməyə hazır olduğunu Almaniya və Türkiyə rəsmilərinə bildirsin: “Türkiyənin, Azərbaycanın və Almaniyanın maraqlarını yaxınlaşdırmaq üçün zəmin tapın. Belə bir zəmin Bakı neftinə dair iqtisadi sazişdir. Burada güzəştə getmək olar.”123

Bu vaxt isə Azərbaycan və Osmanlı ordusunun Bakıya yürüşü davam edirdi. RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin Almaniyanın diplomatik nümayəndəsi Kurt Ritslerə Bakıya hərbi hücumla əlaqədar etiraz notası göndərmişdir.124 S.Şaumyan türklərin şəhərə yaxınlaşması haqqında daim Moskvaya teleqramlar göndərirdi. İyulun 27-də V.Leninə ünvanladığı teleqramda o, məlumat verirdi: “Cəbhədə vəziyyət gündən-günə pisləşir. Şamaxı istiqamətində bizim qoşunlar geri çəkiliblər və dəmir yolu xətti boyu yenidən formalaşırlar. Şimaldan – Pirsaat istiqamətində, cənubdan – Salyan tərəfdən sıxışdırılan qoşunlar Ələt stansiyasına qədər geri çəkiliblər, vəziyyət olduqca ciddidir.”125

Cəbhədə ağır döyüşlərin getdiyi bir vaxtda Bakının özündə mühüm hadisələr baş verdi – Rusiyanın Cənubi Qafqazdakı yeganə sovet forpostu süqut etdi. Bolşeviklərin şəhəri müdafiə etmək iqtidarında olmadığını görən Bakı Soveti 1918-ci il iyulun 25-də ingilislərin dəvət olunması haqqında qərar qəbul etdi. Bu barədə V.Leninə xəbər verən S.Şaumyan ondan əlavə qoşunların göndərilməsini xahiş edirdi: “Bakını Rusiya üçün xilas etmək vacibdir.”126

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно

116

ARPİİSSA: surət fondu, iş 110, vv. 1-2.

117

V.İ.Lenin Azərbaycan haqqında, s. 131.

118

Документы внешней политики СССР: Т.1, с. 381.

119

Ментешашвили А. Из истории взаимоотношений Грузинской Демократической Республики с советской Россией и Антантой. 1918-1921 гг. // http:sisuari.tripod.com

120

Шаумян С.Г. Избранные произведения: Т.2, с. 409.

121

Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin…, s. 125.

122

Азербайджанская Демократическая Республика (1918-1920), с. 83.

123

Азербайджанская Демократическая Республика (1918-1920), с. 83.

124

Документы внешней политики СССР: Т.1, с. 410.

125

Шаумян С.Г. Избранные произведения: Т.2, с. 368.

126

Документы внешней политики СССР: Т.1, с. 411.