Название | Hekayələr |
---|---|
Автор произведения | Проспер Мериме |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241723 |
Serjant çox mənalı tərzdə çiyinlərini çəkdi.
– Bəs leytenant hanı?
Serjant təmkinlə:
– Dünən gələn müsyö buradadır, – dedi.
Polkovnik acı-acı gülümsəyib mənə müraciət elədi:
– Hə, müsyö, komandanlığı qəbul edin. Siz başçı təyin olunursunuz. İstehkamın ağzının müdafiəsini təcili möhkəmləndirin, yoxsa düşmən güc gələr. General K. sizə kömək göndərəcəkdir.
Ondan soruşdum:
– Polkovnik, siz ağır yaralanmısınız?
O, son dəfə dedi:
– Ölürəm, əzizim, amma eyib etməz, istehkamı ki aldıq!
ETRÜSK VAZASI
Bu gen dünyada Oqüst Sən-Kler hələ heç vaxt sevilməmişdi. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Sən-Kler yalnız özünün bəyəndiyi adamlara xoş gəlməyə can atırdı. Ürəyincə olanlarla dostluq edir, xoşuna gəlməyənlərdən isə bacardıqca uzaq gəzirdi. Burası da vardı ki, Sən-Kler etinasız və dalğın adam idi. Bir gecə Parisdəki “İtaliya teatrı”nda tamaşaya baxandan sonra markiza A. ondan: “Hə, madmuazel Zontaq8 necə oxudu?” – deyə soruşduqda, o gülümsəyərək tamam başqa bir şey haqda düşünmüş və “Bəli, markiza” demişdi. Sən-Klerin bu qəribə cavabını onun tərəfindən utancaqlıq kimi qələmə vermək düzgün olmazdı, çünki o, lap mötəbər cənabla, adlı-sanlı əsilzadə ilə, son dəbdə geyinmiş bir xanımla, hətta özü səviyyəsində olan başqa bir adamla da elə belə danışardı. Markiza Sən-Klerin son dərəcə təkəbbürlü və ədabaz olduğunu özlüyündə yəqin etdi.
Bir bazar ertəsi günü madam B. onu nahara dəvət etdi. Madam onunla çox söhbət elədi və Sən-Kler vidalaşarkən bildirdi ki, heç vaxt belə füsunkar qadına rast gəlməmişdir. Madam B. adətən, bir müddət ərzində başqalarının təcrübəsindən öyrənər, sonra öz evində təşkil etdiyi ziyafətlərdə topladığı təcrübədən ağılla istifadə edərdi. Sən-Kler madam B. ilə həmin həftənin cümə axşamı günü yenidən görüşdü. Budəfəki görüşdə Sən-Kler bir az sıxıldı. Başqa bir dəfə isə madam B. ilə görüşdükdən sonra Sən-Kler onun salonunda bir daha görünməmək qərarına gəldi. Bundan sonra madam B. hər yerdə ağzına gələni deyirdi ki, Sən-Kler son dərəcə ədəbsizdir və üstəlik, danışığının yerini də bilmir.
Sən-Kler incə və sevən qəlblə dünyaya gəlmişdi; ancaq gənclik yaşlarında – təəssüratların ömürlük yadda qaldığı bir dövrdə onun həddindən artıq çılğınlığı yoldaşları tərəfindən gülüş hədəfinə çevrilmişdi. Sən-Kler məğrur və şöhrətpərəst idi. Bununla belə o, uşaq kimi başqalarının təsiri altına tez düşürdü. Elə həmin vaxtdan etibarən özündə ən zəif cəhət hesab etdiyi nə vardısa, məharətlə hamıdan gizlətməyə başladı. O, məqsədinə nail oldu, ancaq bu qələbə ona baha başa gəldi, çünki hamının qarşısında qəlbinin ən incə hisslərini də gizli saxladı. Burası da vardı ki, Sən-Kler bu hissləri nə qədər gizli saxlayırdısa, bir o qədər daxilən əzab çəkir və duyğuları onun qəlbində daha da coşurdu. Sən-Kler camaat içərisində etinasız və laqeyd adam kimi tanındı. Təklikdə qalanda isə narahat düşüncələri ona elə əzab-əziyyət verirdi ki, o, öz dərdini heç kimlə bölüşə bilmirdi.
Həqiqətən də əsl dost tapmaq çətindir. Nəinki çətindir, daha doğrusu, mümkün deyil. Görəsən, dünyada elə iki adam varmı ki, onların bir-birindən gizli sirri olmasın? Sən-Kler dostluğa ömründə inanmırdı, bunu hamı hiss edir və görürdü. O, özünü cavanlar arasında soyuq və təmkinli aparar, onlardan heç vaxt heç nə soruşmazdı. Sən-Klerin bütün fikirləri və hərəkətlərinin çoxu yaxın dostları üçün müəmma olaraq qalırdı. Fransızlar, ümumiyyətlə, özləri haqda danışmağı sevirlər. Məhz buna görə də Sən-Kler başqalarının səmimi etiraflarını istər-istəməz dəfələrlə dinləməli olmuşdu. Dostları – söhbət burada həftədə iki dəfə görüşdüyü adamlardan gedir – Sən-Klerin inamsızlığından narazılıq edir, şikayətlənirdilər. Doğrudan da, birisi təklifsiz-filansız öz sirrini bizə açıb danışırsa və biz ona öz sirlərimizi etibar etmiriksə, təbii ki, onun qəlbinə toxunmuş oluruq. Deməli, belə çıxır ki, naqqallıq da, boşboğazlıq da qarşılıqlı olmalıdır.
Yaraşıqlı eskadra komandiri, Alfons de Temin bir gün söhbət əsnasında bildirdi:
– Onun pencəyi həmişə aşağıdan yuxarıya qədər düyməli olur. Bu lənətə gəlmiş Sən-Klerə bir damcı da etibar edə bilmərəm.
Jül Lamber:
– Mənə elə gəlir ki, o, yezuitdir9, – dedi. – Tanışlardan kimsə mənə and içərək bildirdi ki, onu iki dəfə Sən-Sülpis kilsəsindən çıxan görmüşdür. Onun nə düşündüyündən, nə fikirlə yaşadığından heç fələk də baş açmaz. Onun olduğu yerdə mən özümü sərbəst hiss etmirəm.
Onlar ayrıldılar. Alfons de Temin “İtaliya bulvarı”nda başını aşağı dikib heç kimə baxmadan gedən Sən-Klerə rast gəldi. Onu saxlayıb qoluna girdi və Sülh küçəsinə qədər gedə-gedə kobud və qısqanc əri olan madam N. ilə keçirdiyi məhəbbət macəralarını təfsilatı ilə danışdı.
Jül Lamber həmin gecə bütün pullarını kartda uduzdu. O, rəqs etməyə başladı. Rəqs edərkən elə həmin gecə son qəpiyinə qədər uduzmuş başqa bir qanıqara cənaba təsadüfən toxundu. Hər iki tərəf bir neçə təhqiredici söz işlətdi. Nəticədə duelin yeri, vaxtı təyin edildi. Jül Sən-Klerdən onun sekundantı10 olmağı xahiş etdi və buna görə ondan borc pul aldı, ancaq sonralar da qaytarmadı.
Bütün bunlarla yanaşı Sən-Kler tez ünsiyyət yaradan adam idi. Onun nöqsanları yalnız özünə baha başa gəlirdi. İltifatlı, çox vaxt isə xeyirxah idi, nadir hallarda bikef görünərdi. O, çox səyahət etmiş və çox oxumuşdu. Səyahətləri, oxuduğu kitablar haqda yalnız onu məcbur edəndə danışardı. Onu da deyək ki, o, boylu-buxunlu, yaraşıqlı idi. Sifətinin alicənab və ağıllı ifadəsi var idi. Həmişə təmkinli görünərdi, eyni zamanda təbəssümü çox xoş idi.
Onun gözəl bir keyfiyyətini unutdum: Sən-Kler bütün qadınlara qarşı diqqətli olmağı ilə seçilirdi və kişilərdən çox qadınların söhbətini xoşlayırdı. Sevirdimi? Bunu demək çətin idi. Hər halda, əgər zahirən bu qədər soyuq olan adam məhəbbətin nə demək olduğunu duyurdusa, hamı bilirdi ki, onun sevgi hədəfi yalnız gözəl qrafinya Matilda de Kursi ola bilər. Bu, cavan, dul bir qadın idi. Sən-Kleri tez-tez onun yanına gedib-gələn görərdilər. Onların bir-birinə yaxınlaşmasını aşağıdakı fərziyyələrlə əsaslandırırdılar: Sən-Klerin qrafinya ilə son dərəcə nəzakətli rəftarı və eyni rəftarın qrafinya tərəfindən Sən-Klerə göstərilməsi; qadının adını camaat içində çox nadir hallarda çəkməsi; məcbur qalıb ondan danışmalı olanda belə, onu zərrə qədər tərifləməməsi. Bundan başqa, Sən-Kler qrafinya ilə tanış olmamışdan əvvəl musiqinin vurğunu idi, qrafinya isə daha çox rəssamlığı sevirdi. Onlar görüşüb tanış olandan
8
9
10