MREADZ.COM - много разных книг на любой вкус

Скачивание или чтение онлайн электронных книг.

Unudulmaz sevgi şeirləri

Коллектив авторов

Bir-birindən fərqlənən insanları eyniləşdirən yalnız bir hissdir – SEVGİ. Dünyanın bütün sevənləri öz duyğularını şeirlə ifadə etməyə çalışarlar. Yaza biləni də, bilməyəni də… Və dünyanın bir çox sevgi şeirləri var ki, heç vaxt unudulmur. Çünki sevgilərin tarixini də, ağrısını da, sevincini də özündə yaşadır. Belə unudulmaz sevgi şeirləri Azərbaycan ədəbiyyatında da çoxdur. Bu kitabda Azərbaycan poeziyasının bir sıra tanınmış nümayəndəsinin – Musa Yaqub, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüsatəmxanlı, Salamın unudulmaz sevgi şeirləri toplanıb.

Əcaib canlı

Коллектив авторов

“Cib kitabları” silsiləsindən təqdim etdiyi səkkizinci kitab “Əcaib canlı” adlanır. Bu dəfə fantastika həvəskarlarını sevindirmək istəyirik. Çünki kitabda bir çox tanınmış fantastika müəlliflərinin – Alfred Van Voqtun “Əcaib canlı”, Robert Şeklinin “Yuxunuza soxulduğuma görə məni bağışlayın”, Andrey Platonovun “Ölmüş qocanın başına gələnlər”, Nils Nilsonun “Planet satılır” kimi maraqlı hekayələri toplanıb. Onları oxuyaraq qəribə, anlaşılmaz, həyəcanlı hadisələrin burulğanına düşəcəksiniz.

Ölüm cəzası

Коллектив авторов

“Cib kitabları” seriyasından təqdim etdiyi səkkizinci kitab “Ölüm cəzası” adlanır. Detektiv həvəskarları üçün nəzərdə tutulan bu kitabda dünyanın ən məşhur detektiv yazarlarından Artur Konan Doylun, Edqar Allan Ponun, Aqata Kristinin və Corc Simenonun hekayələri bir arada təqdim edilib.

Topun kölgəsi

Коллектив авторов

“Cib kitabları” seriyasından olan altıncı toplu “Topun kölgəsi” adlanır. Kitabda çağdaş Azərbaycan nəsrinin ən tanınmış nümayəndələrinin maraqlı və populyar hekayələri toplanıb. Müxtəlif və müəyyən mənada bir-birinə zidd ədəbi nəsillərə məxsus hekayələr ilə tanış olmaq imkanınız yaranacaq.

Doğma evin astanasında

Коллектив авторов

“Cib kitabları” seriyasından olan beşinci toplu “Doğma evin astanasında” adlanır. Kitabda türk dünyasının fərqli simalarının – İmdat Avşarın, Rüqəyya Kəbirinin, Seyran Süleymanın və s. hekayələri ilə tanış ola biləcəksiniz. Bu nümunələr fərqli dövlətləri təmsil etsə də, ədəbiyyatımızın ortaq xüsusiyyətlərini anlamaqda yardımçınız olacaq.

Araya girən qadın

Коллектив авторов

“Cib kitabları” seriyasından olan dördüncü kitabda – “Araya girən qadın”da Amerika yazarlarının hekayələri toplanıb. Bu dəfə Amerika nəsrinin ən tanınmış və ən istedadlı nümayəndələri olan Cek London, Ernest Heminquey, Oktavio Pas, Uilyam Folkner, Cerom Selincer kimi yazıçıların bir-birindən fərqli üslubda yazılmış maraqlı hekayələrini oxuyacaqsınız.

Həyat işığı

Коллектив авторов

“Cib kitabları” seriyasından olan üçüncü toplu “Həyat işığı” adlanır. Kitabda rus nəsrinin ən tanınmış nümayəndələrinin maraqlı və populyar hekayələri toplanıb. Müxtəlif dövrlərdə yaşamış olsalar da, F.Dostoyevski, İ.Turgenev, L.Tolstoy, M.Qorki, M. Bulqakov, V.Pelevin kimi yazıçıların bu əsərləri ümumilikdə rus nəsri haqqında təsəvvür yaranmasına yardım edəcək.

Əjdahanı necə öldürdülər

Коллектив авторов

Avropa yazarlarının əsərlərindən ibarət olan bu topluda bir-birindən maraqlı hekayələrlə qarşılaşacaqsınız. Gi de Mopassan, Dino Bussati, Erix Mariya Remark, Bernar Kirini, Ceyms Coys, Knut Hamsun, Somerset Moem kimi adını ədəbiyyat tarixinə yazdırmış yazarların bu hekayələrində insan psixologiyasının dərinliyi, həyati ziddiyyətlər, sosial çatışmazlıqlar və s. kimi mövzulara rast gələcəksiniz.

Himətli sözlər

Коллектив авторов

Kitabda müxtəlif xalqların və dünya ədəbiyyatı klassiklərinin, görkəmli alimlərin müdrik kəlamları toplanıb. İnsan, həyat, təbiət haqqında olan bu hikmətli sözlər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Zolaqlı pijamalı oğlan

Джон Бойн

Bu romanı oxumağa başlayanda 9 yaşlı Bruno adlı uşaqla təsirli, həyəcanlı bir səyahətə çıxacaqsınız. Amma bu roman sadəcə uşaqlar üçün deyil. İnanırıq ki, hər yaş qrupundan olan oxucu bu təsirli romanı maraqla oxuyacaq. Ümid edək ki, yolunuz Bruno kimi tikanlı məftillərə gedib çıxmayacaq və tikanlı məftillərin o biri “üzünə” keçməli olmayacaqsınız.