Название | Gülüstan. Bustan |
---|---|
Автор произведения | Sədi Şirazi |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8125-4-1 |
Cənnəttək bir bağdır, çağlayır sular, .
Quşların səsilə dolmuşdur hər yan.
Al-əlvan lalələr bəzəmiş yeri.
Meyvələr doldurmuş bağı firavan.
Külək ağacların kölgəliyində.
Rəngbərəng fərşləri döşəmiş əlvan.
Səhər açılanda qayıtmaq arzusu qalmaq istəyinə üstün gəldi, dostumun ətəyini cürbəcür güllər və çiçəklərlə doldurub, şəhərə aparmaq istədiyini gördüm. Ona dedim:
–Özün bilirsən ki, gülün davamı, gülüstanın isə vəfası yoxdur. Atalar yaxşı demişlər: ömrü az olan şeyə könül bağlamağa dəyməz.
Dedi:
–Nə etmək lazımdır?
Dedim:
–Oxuyanlara səfa, eşidənlərə şəfa verən «Gülüstan» adlı bir kitab yazmaq lazımdır ki, heç bir xəzan yeli onun yarpaqlarına əl vura bilməsin və zamanın gərdişi onun nəşəli baharım boranlı qışa çevirə bilməsin.
Nəyinə lazımdır gül tabaq-tabaq,
Gəl, «Gülüstan»ımdan apar bir varaq.
Gül beş-altı günə saralıb solar,
Mənim Gülüstanım daim xoş olar.
Mən bu sözləri deyən kimi dostum ətəyindəki gülləri yerə töküb, ətəyimdən yapışdı və dedi:
– Kişi vədinə vəfa etməlidir.
Elə həmin gün «Ünsiyyət və söhbət qaydaları barəsində» natiqlərə fayda verən, yazıçılara sənətkarlıq öyrədən iki fəsil hazır oldu, xülasə, gülüstandan kül qurtarmamış «Gülüstan» kitabı tamam oldu.
Lakin, həqiqətdə bu kitab o zaman bitmiş hesab edilə bilər ki, o, dünyanın pənahı, allahın (yer üzərində) kölgəsi, yaradanın mərhəmət nuri, zamanın zinəti, sülhün dayağı, göylərdən kömək alan, düşmənlərə zəfər çalan, qalib dövlətin qüvvəti, millətin parlaq çırağı, dövranın camalı, islamın kamalı, Səd ibn Atabək, böyük, əzəmətli şahlar şahı, ümmətin ümidi, Ərəb və Əcəm hakimlərinin başçısı, quruların, dənizlərin sultanı, Süleyman mülkinin varisi, Müzəffərəddin Əbubəkr ibn Səd ibn Zənginin (allah, onun səadətini əbədi et, cəlalını artır, işlərinə rəvac ver) sarayında bəyənilsin və (şahzadə) öz lütfkar nəzərlərilə ona baxmış olsun.
Bəzərsə mərhəməti bu kitabı sərvərimin,
Olar bu Çin bəzəyi ya ki, nəqşi-«Ərjəngi»8
Ümidlərim bunadır ki, qəbula layiq olar,
Ki, gülüstan ola bilməz məkani-diltəngi
Ələlxüsus onun əvvəlində xoş xətlə,
Yazılsa Səd Əbubəkr Səd ibn Zəngi.
Mənim fikrim gəlini zinətdən məhrum olduğu üçün, utandığından başını yuxan qaldırıb, yaslı gözlərini xəcalətin ayağı altından ayıra bilmir. Nə qədər ki, böyük əmir, alim və ədalətli, qələbələr ilhamçısı, səltənət taxt-tacını qoruyanların başçısı, məmləkətin tədbirçilər tədbirçisi, fəqirlərin pənahı, qəriblərin istinadgahı, alimlərin hamisi, zahidlərin dostu, fars əhlinin iftixarı, din və dövlətin fəxri, islamın və müsəlmanların köməkçisi, şahların, sultanların etimadlısı Əbubəkr ibn Əbunəsr (allah onun ömrünü uzun, mənsəbini böyük, ürəyini geniş, yaxşı əməllərinin mükafatını artıq etsin. Çünki, o, dünyanın ən böyük adamlarının tərifinə layiq olmuş, xasiyyətlərin ən gözəllərini özündə toplaya bilmişdir) bu əsəri qəbul edib, onu öz mərhəməti ilə zinətləndirməyincə (bu gəlin) ariflər məclisinə çıxa bilməyəcəkdir.
Onun kölgəsində kim olsa, əlbət,
Kini dostluq olar, günahı taət.
Dərvişlərdən başqa hər bir bəndənin və xidmətçinin bir vəzifəsi vardır. Bunlardan hər kim öz işində kahıllıq etsə və səhlənkarlığa yol versə, danlanılar və məsuliyyətə cəlb olunarlar. Dərviş tayfası isə böyüklərin nemətləri müqabilində şükür edib xeyir-dua oxuyurlar. Belə bir xidməti zahirdə etməkdənsə gizlində etmək daha münasibdir, çünki, birincisi yaltaqlığa yaxındır, ikincisi qədirdanlığa, ona görə də tez müstəcab olar.
Bu fələyin qaməti şadlıq ilə oldu rast
Ta ki sənin tək oğul doğdu bu bətni-zaman.
Hikməti var xaliqin, lütf eləsə hər kəsə,
Bəndəni xas eyləyib xalqa edər hökmran.
Kim yaşadı xeyrilə, tapdı əzəl dövlətin,
Xeyir-dua saxlayar yaxşı adı cavidan.
Əhli-kəmal etsə də etməsə də vəsfini,
Məşşatə lazım deyil gül üzə heç bir zaman.
Saray xidmətindən çəkinib guşənişin olmağımın səbəbi bu misaldakı Hikmətə görədir: hind filosoflarından bir neçəsi bir yerə yığışıb Bozorcmehrin9 fəzilətindən söhbət açmış və nəhayət onun ağır-ağır danışmasından başqa bir eybini tapmamışlar; yəni o, danışarkən çox düşünür, dinləyici isə onun fikrinin sonunu intizarla gözləməli olurmuş. Bozorcmehr bunu eşidib demişdir:
– Əvvəlcə «nə deyim», haqqında fikirləşmək, sonradan «niyə dedim?» peşmançılığından yaxşıdır.
Dünya görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikir edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm.
Fikrini kamil de, gec olsa nə qəm!
Düşünüb sonra de sözü müxtəsər,
O qədər danışma, «bəsdir» desinlər.
Nitqilə üstündür heyvandan insan.
Heyvandan əskiksən boş-boş danışsan
Xüsusən böyük hökmdarın ariflər və bilikli alimlər iştirak edən hüzurunda danışmağa cəsarət göstərsəm, utanmazlıq edər və hüzuri-mübarəkə dəyərsiz mal gətirmiş olardım. Cavahirat bazarında muncuğun bir arpa qədər qiyməti olmaz. Çıraq, günəş qarşısında işıq verməz, uca minarələr Əlvənd dağı 10 yanımda alçaq görünər.
Kim xalqa iddia göstərsə əgər,
Hər yerdən başına bir zərbə dəyər.
Sədisə yazıqdır, qəlbi azadə,
Yazıqla kim dava edər dünyada?
Əvvəlcə bir düşün, sonra dilə gəl,
Divar
8
9
10