Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев

Читать онлайн.
Название Azərbaycan səfəvilər dövləti
Автор произведения Октай Абдулкерим оглы Эфендиев
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8052-1-4

Скачать книгу

professoru olmuş və 1615-ci ildə vəfat etmişdir86.

Minadoinin əsəri ilk dəfə 1587-ci ildə Romada çapdan çıxmışdı. 1588-ci ildə Minadoi öz əsərini 9 fəslə (ilkin nəşrdəki dörd fəsildən ibarət idi) bölüb yeni materialla tamamlayaraq, ikinci dəfə nəşr etdirdi. Venesiya nəşri Minadoinin əsərinin tam və son nəşri sayılır. Kitab Avropa oxucularının diqqətini dərhal özünə cəlb etdi. Onun əsəri tez bir zamanda ispan (1588), ingilis (1595) və latın (1601) dillərinə tərcümədə çapdan çıxdı. Onu qeyd etmək kifayətdir ki, Minadoinin əsəri 14 il ərzində yeddi dəfə nəşr olunmuşdu87. Bunu Avropalıların “əfsanəvi dərəcədə zəngin” Şərq ölkələrinə sadəcə olaraq artan marağı ilə izah etmək kifayət deyildir. O dövrdə Qərbi Avropa dövlətləri üçün real təhlükəyə çevrilmiş Osmanlı Türkiyəsinin gələcək niyyətləri qarşısında Avropa cəmiyyətini təlaş bürümüşdü.

Tədqiqatçılar üçün daha böyük əhəmiyyət kəsb edən ikinci fəsildə Minadoi islam dini, iki təriqətin – sünniliyin və şiəliyin mənşəyi, Şah İsmayılın sələfləri – Səfəvi şeyxləri, Səfəvilər dövlətinin meydana gəlməsi haqqında olduqca geniş məlumatlar verir. Daha sonra vilayət və şəhərlərin adları bir-bir sadalanmaqla Səfəvilər dövlətinin coğrafi mövqeyi təsvir edilir. Fəsildə Gürcüstan çarlığının siyasi vəziyyətinin səciyyəsi, habelə Şirvan və onun şəhərləri barədə məlumatlar vardır88. Minadoi bəzən bu və ya digər məsələ üzrə rəqəmlər verməklə Səfəvilər dövlətinin dövlət quruculuğu və hərbi təşkilat məsələlərinə də toxunur. Onun dövlət xəzinəsinin gəlirləri haqqında verdiyi məlumatlar olduqca mühümdür.

Bir sözlə, fəsildə XVI əsrin ikinci yarısında Səfəvilər dövlətinin ümumi vəziyyəti haqqında Alessandrinin yaratdığı mənzərəni xeyli tamamlayan materiallar vardır.

Digər fəsillərdə (yeddincidən başqa) I Şah Təhmasibin hakimiyyətinin son illərində Səfəvilər dövlətinin daxili vəziyyəti, ölkəni fəlakət həddinə gətirib çıxarmış saray çəkişmələri, qızılbaş feodal güruhları arasındakı mübarizə ətraflı təsvir edilir. 1586-cı ilin sonunda Həmzə Mirzənin vəfatına qədər Osmanlı – Səfəvi müharibələrindən müəllifin müfəssəl danışması böyük elmi maraq doğurur89. Minadoinin məlumatının əsas mənbələri təsvir olunan hadisələrin iştirakçıları və şahidləri ilə görüşlər və söhbətlər idi. Bu işdə ona kömək etmiş şəxslər arasında o, “Suriyadakı Venesiya senatının çox hörmətli səfirlərinin” adlarını minnətdarlıqla çəkir. Həkimlik praktikası ona yüksək vəzifəli Osmanlı əyanlarının evlərinə getməyə və lazımi məlumatlar əldə etməyə imkan verirdi. Minadoi alınan materialı sadəcə olaraq qeyd etmir, hadisələrin müxtəlif variantlarını tutuşdurmaqla, daha ağlabatan variant üzərində dayanırdı. Minadoinin əsas məlumatçısının Səfəvilərə xəyanət etmiş və Osmanlı sultanı tərəfindən Hələb hakimi təyin edilmiş qızılbaş səfiri Maqsud xan Zülqədər olduğu ehtimal edilə bilər90.

Minadoinin əsəri onun müasirlərinə yaxşı məlum idi, orada verilmiş materiallardan tarix əsərlərində geniş istifadə olunurdu. Məsələn, Oruc bəy Bayatın (iranlı Don Juan) əsərinin ikinci kitabı əsasən Minadoinin əsərinin ixtisarla qələmə alınmış variantıdır91.

Bizə məlumdur ki, Minadoinin əsəri indiyə kimi vətən tarixşünaslarının diqqətini cəlb etməmişdir. V.V.Bartoldun “Avropada və Rusiyada Şərqin öyrənilməsi tarixi” adlı kitabında da Minadoinin adı çəkilmir.

Əlbəttə, xristian aləminin nümayəndəsi kimi Minadoinin nəzərində həm türklər, həm də iranlılar (qızılbaşlar) “dinsizlər” və “barbarlar” idilər. Lakin hər halda o, bitərəf mövqedə də qalmamışdı və bu, onun əsəri ilə tanışlıq zamanı hiss olunur. Bunu da nəzərə almamaq olmaz ki, bəhs etdiyimiz dövrdə Osmanlı təhlükəsi ilə mübarizə aparan Səfəvilər dövləti Avropa dövlətlərinin təbii müttəfiqi idi.

Səfəvilər dövlətinin tarixinə dair mənbələr arasında iranlı Don Xuanın92 (Don Juamn) əsəri xüsusi yer tutur. Qızılbaş Bayat tayfasından olan azərbaycanlı Oruc bəy bu ad altında Avropada tanınmışdı. Oruc bəyin atası Sultanəli bəy Bayat tayfasının əyanlarından və Şah Məhəmməd Xudabəndənin sarayında görkəmli simalardan biri idi. Sultanəli bəy özünün feodal qoşun dəstəsi ilə qızılbaşların Təbrizdəki Osmanlı hərbi hissəsi ilə mübarizəsində iştirak etmiş və toqquşmaların birində həlak olmuşdu. Qoşuna başçılıq etmək şahzadə Həmzə Mirzəyə sədaqətlə xidmət edən Oruc bəyin əlinə keçmişdi93.

Oruc bəyin yazdığına görə, I Şah Abbas taxta çıxdıqdan sonra yeddi il yarım ərzində 50-dən artıq hərbi əməliyyat həyata keçirmişdi. Oruc bəy onların yarısında şəxsən iştirak etmişdi94.

Osmanlı Türkiyəsinə düşmən olan Avropa dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq məqsədilə I Şah Abbas Hüseynəli bəyin səfirliyini (tərkibinə katiblərdən biri kimi Oruc bəy Bayat da daxil edilmişdi) Avropaya göndərmişdi. Oruc bəy Bayat 1599-1601-ci illərdə Rusiya, Almaniya, Çexiya, İtaliya, Fransa, İspaniya və Portuqaliyaya səyahət etmişdi. O, İspaniyada xristianlığı və Don Juan adını qəbul edərək ömürlük burada qalmışdır.

Don Xuanın – Oruc bəyin əsəri ilk dəfə olaraq müəllifin sağlığında (1604-cü il) ispan dilində nəşr olunmuşdur. Oruc bəyin əsəri (Q.Le-Strencin nəşrində) üç kitaba bölünmüşdür. Birinci kitabın giriş hissəsində müəllif özünün etdiyi və onun fikrincə yalnız Marko Polonun və Magellanın səyahətləri ilə müqayisə edilə bilən səyahətindən iftixarla danışır. Sonra o, Səfəvilər dövlətinə daxil olan vilayətlərin təsvirini verir. I Şah Abbasın hakimiyyəti zamanı dövlət quruluşu haqqında məlumatlar maraqlıdır. Əyanları birinci dərəcəli, hakim mövqe tutan 32 qızılbaş tayfa və boylarının adı çəkilir. Oruc bəy qeyd edir ki, bütün ən mühüm vəzifələr, hərbi komandanlıq və dövlət hakimiyyətinin digər başlıca sahələri bu tayfaların yuxarı təbəqələrinə məxsus idi95.

Sonra müəllif İran tarixinin şərhinə keçir. Ölkənin ən qədim tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi, XVI əsrin əvvəlinə qədərki dövrdə İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri haqqında söhbət açılır.

İkinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin müəllifin öz atasından öyrəndiyi və hadisələrə şəxsi təəssüratından doğan məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab etmək olar.

I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və Azərbaycanın

86

John R. Walsh. Giovanni Tommaso Minadoi's History of the Turco – Persian Wars of the Reign of Murad III. Труды XXV Международного конгресса востоковедов, т. II, М., 1963, стр.448-454.

87

Nəşrlər və tərcümələr haqqında bax: J.R.Walch, pp.451-452.

88

Burada və sonra qeydlər Abraham Hartvellin ingilis nəşri üzrə verilir: The History of the Warres betweene the Turks and the Persians transl. into Engl, by Abraham Hartwell. London, 1595, pp.38-81 (bundan sonra – Minadoi).

89

Əsərin məzmunu və mənbəşünaslıq dəyəri üçün bax: О.А.Əфендиев. Минадои и его “История войн между турками и персами”. Изв. АН Азерб. ССР, (серия истории, философии и права), 1967, №1, стр.59-66.

90

J.R.Walsh, р.453.

91

Bu barədə aşağıda danışılacaqdır.

92

Biz əsərin Q. Le-Strencin ingiliscə nəşrindən istifadə etmişik. Don Juan of Persia a Shi'ah Catholic, 1560-1604, transl. and ed edit. With introduction by G. Le Strange, London 1926 (bundan sonra – Oruc bəy.)

93

Oruc bəy, səh.191-193, 198-199, 203-205.

94

Yenə orada, səh.223.

95

Yenə orada, səh.45-46.