Qaçaq Kərəm. Fərman Eyvazlı

Читать онлайн.
Название Qaçaq Kərəm
Автор произведения Fərman Eyvazlı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8260-5-0



Скачать книгу

igid haqqında hələ uşaq ikən kəndimizin cavanlarından, onunla bilavasitə duz-çörək kəsən ağsaqqalların dilindən eşitmişəm. Toyda-mağarda, bayram şənliklərində onun haqqında el aşıqlarının qoşduğu sözləri, oxuduğu mahnıları dinləmiş, danışdığı hekayətlərə qulaq asmışam. 1933-cü ildə isə Qazax pedaqoji texnikumunda oxuyarkən rayonumuzda qastrol səfərində olan Tiflis artistlərinin ifasında Qaçaq Kərəm adlı bir əsərə tamaşa etmişəm və o vaxtdan qəlbimdə bu mərd, cəngavər insana böyük rəğbət oyanmışdır.

      On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir. Lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür.

      Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M.Qorki haqlı olaraq yazırdı: «Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir».

      Zaqafqaziyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; «Kərəm körpüsü», «Kərəm payası», «Kərəm bazarı»; «Kərəm çalası», «Kərəm yolu», «Kərəm payı», «Kərəm bulağı», «Kərəm meydanı» və i. a.

      El-oba içində məşhur olan bu yer adlarının bəzisi dövrümüzdə rəsmi sənədlərdə də eyni ilə belə qeydə alınmışdır.

      XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış qaçaqçılıq hərəkatı, hər şeydən əvvəl, ədalətsizlik və ictimai qanunsuzluqlara qarşı çevrilmiş xalq qəzəbinin ifadəsi idi. Yerli xan və bəylərin, çar məmurlarının, pristavların, general-qubernatorların təqiblərindən qaçan və fürsət düşən kimi onlardan hüququ tapdalanan kəndlilərin, dara düşən yoxsulların, isməti ləkələnən gəlinlərin, qüruru sındırılan dəliqanlıların intiqamını alan bu silahlı atlı dəstələri uzun müddət bütün Zaqafqaziyanı sarsıtmışdı. Onların sorağı gah Gəncəbasardan, gah Qarabağ dağlarından, gah Göyçə yaylaqlarından, gah Borçalı mahalından, gah da Arazın o tayından gəlirdi. Bu haqpərəst qaçaqlar gözlənilmədən peyda olur, haqq-ədalət divanı qurur, torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin, hampaların var-dövlətini talayıb yoxsullara paylayırdılar. Məhz buna görə də çiyni paqonlu rəislər, pristavlar, atlı kazak dəstələri, ağalar, bəylər vahimə içində yaşayırdılar. Onlar nə qədər birləşsələr, yaraqlanıb yolları kəssələr də qaçaqlara heç nə edə bilmirdilər. Çünki xalqın məhəbbətini qazanan bu cəngavərlər öz cəsarət və mərdlikləri ilə əfsanəvi varlıqlara – intiqamçılara çevrilirdilər. Buna görə də xalq onları sevir, igidliklərini qürurla tərifləyib adlarını saza-sözə salır və haqlarında dastanlar yaradırdılar. Keçən əsrdə yaşamış və adları dillər əzbəri olmuş Molla Nur, Qaçaq Adıgözəl, Qaçaq Yarəli, Qaçaq Nəbi, Dəli Alı, Qara Tanrıverdi, Qaçaq Kərəm kimi igidlər əfsanəvi qəhrəmanlara çevrilmiş intiqamçılar idilər. Bunların içərisində Qaçaq Kərəm xüsusilə fərqlənirdi.

      Qaçaq Kərəm hələ ötən əsrin sonu və XX əsrin əvvəllərində jurnalistlərin, yazıçıların diqqətini cəlb etmiş, onun haqqında hekayələr, oçerklər və pyeslər yazılmışdır. Gürcü yazıçısı Vano Mçedlişvili inqilabdan əvvəl «Qaçaq Kərəm» adlı pyes yazmış və həmin əsər 1912-ci ildə ilk dəfə Tiflisdə tamaşaya qoyulmuşdur. 1928-ci ildə həmin pyesi Hüseynbəy Mirzəcamalov azərbaycancaya tərcümə etmişdir. Bu əsər Bakıda, Naxçıvanda, Qazaxda tamaşaya qoyulmuşdur.

      Nəcəf bəy Vəzirov 1912-ci ildə «Keçmişdə qaçaqlar» pyesini yazarkən heç şübhəsiz ki, Kərəmi nəzərdə tutmuşdur və çox ehtimal ki, Dilican tərəflərdə meşəbəyi olarkən Qaçaq Kərəmlə görüşmüşdür. Denis Kozlovskinin «Qaçaq Kərəm» adlı əsəri bir daha göstərir ki, bu əfsanəvi insan uzun müddət ədəbi və ictimai fikri məşğul etmişdir. «Əfsanə və nağıllar qəhrəmanı… Ədalət mücəssəməsi… Qafqaz qaçaqları içərisində ən ədalətlisi və rəşadətlisi olan Kərəm» (M. Qorki) haqqında M.S.Ordubadi, S.Vurğun, Mehdi Hüseyn, O. Sarıvəlli, Hüseyn Arif müxtəlif illərdə hekayələr, şerlər, məqalələr yazmışlar. Aşıqlarımız isə onun haqqında rəvayətlər və kiçik dastanlar yaratmışlar. Bütün bunlar az idi: Kərəmin fəaliyyətini tam əhatə etmirdi. Belə bir qəhrəman haqqında əhatəli, epik əsərlər yazmağa çoxdan ehtiyac duyulurdu. Elə bu məqsədlə də Fərman Eyvazlı «Qaçaq Kərəm» romanını yazmışdır.

      Roman oxuyarkən başa düşürsən ki, yazıçı Kərəm haqqında olan mətbu əsərləri, arxiv materiallarını, pristavların, qubernatorların Kərəm haqqında olan gizli məktublarını, xatirələri, xalq arasında söylənilən rəvayətləri illər boyu dərindən öyrənmişdir. Qaçaq Kərəmə qohumluğu çatan yazıçının hadisələrin davamında bilavasitə iştirak edən atasından, anasından, qohum-əqrabasından və Kəsəmən kəndinin qocalarından hələ uşaq ikən eşitdiyi söhbətlər də, heç şübhəsiz, əsərin yazılmasına böyük təsir göstərmişdir.

      Roman ayrı-ayrı başlıqlar altında yazılmışdır. Maraqlı burasıdır ki, hər fəslin özünün müstəqil süjet xətti vardır və hər fəsildə Kərəmin yeni cəhətləri, xarakterinin bütövlüyü açılır.

      Kərəmin igidliyi, mərdliyi, cəngavərliyi, cəsarət və qoçaqlığı, gözlənilmədən peyda olub gözlənilmədən yoxa çıxması, harda ədalətsizlik baş versə oraya özünü yetirməsi və zalımlara divan tutması haqqında əfsanəvi nağıllar o qədər geniş yayıldı ki, canişindən tutmuş adi pristavlara qədər, hamı qorxuya düşdü, onu aradan götürmək üçün min cür hiyləyə əl atdılar. Qazax qəza rəisi İosif Qançeli, Gəncə qubernatoru Nakaşidze, polis idarələri rəisi Hüseynbəy İsrafilbəyov, Dilican pristavı David Tarxan, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Allahyarbəy, Dağıstan süvari alayının komandiri Arçil Çavçavadze, Qurbanağa kimiləri birləşərək atlı kazak dəstələri düzəltdilər, bəndləri, bərələri kəsdilər, satqınları işə saldılar, lakin Kərəmi tuta bilmədilər. «Kərəm dəhşətli bir tufana çevrildi» («Народная воля» jurnalı, 1885), çar məmurları onu ruh kimi gözə görünməz bir varlıq adlandırdılar» və nəhayət başa düşdülər ki, Kərəmi tutmaq heç cür mümkün deyil. Çünki Təbrizdən tutmuş Naxçıvana qədər bütün əhali onun tərəfindədir. (K.S. Aniçkovun general Qolovinə yazdığı məktubdan).

      Qaçaq Kərəmdə iki cəhət birləşmişdi: O, cəsur idi, heç nədən qorxmurdu. Eyni zamanda onda cəngavər mərdliyi vardı. Heç kəsə arxadan güllə atmazdı, yıxdığını boğazlamazdı. Alicənablıq, mərdanəlik, kişilik onun fitrətində idi. Hətta düşmənlər də Kərəmin mərdanəliyinə valeh olmuşdular. Bu cəhətlərinə görə xalq onu əfsanəviləşdirmişdi. M. Qorki «Qafqazda qaçaqlar» əsərində yazırdı: «Kərəm haqqında eşitdiklərim o qədər əfsanəvidir ki, o hazırda sağ olmasaydı, onun həqiqətən yaşamasına heç cür inanmazdım» («Нижегородской листок» 1985, № 309).

      Kərəmin əsl düşməni İsrafil ağadır. Onların düşmənçiliyi əsərin əvvəlində şəxsi keyfiyyət daşıyır. Ancaq fəsildən-fəslə genişlənir və axırda ictimai mahiyyət kəsb edir.

      Kərəm cəngavərdir. Onun düşməni İsrafil ağa da cəngavərdir. Onlar düşmən olsalar da azərbaycanlılara xas olan mərdlik, insanlıq, kişilik qaydaları ilə vuruşurlar, mərdanəliklə bir-birilərini məğlub etmək istəyirlər. «Zamanın iki rəngi» fəslində Sərdar başda olmaqla bütün rəislər, pristavlar, bəylər Kərəmi tutmaq üçün tədbir tökürlər. Əsas qayə də budur ki, Kərəmi xəyanətlə ələ keçirsinlər ya da namərdliklə öldürsünlər. Sərdar deyir ki, «qalaları içəridən alarlar». Onun səsinə səs verən Nakaşidze isə «qaçağı çoban-çoluq öldürər» fikrini irəli atır. «Quşu quşla tutarlar» prinsipi ilə hərəkət edən canişin istəyir ki, Kərəm ya öz qaçaq yoldaşlarının, ya da bəylərin əli ilə öldürülsün. Onlar pulla adamları satın almaq və Kərəmin üstünə göndərmək istəyirlər. Ancaq Kərəmin qatı düşməni olan İsrafil ağa onlarla razılaşmır. «Kişi düşmənini pulla öldürməz. Qanı qanla yuyarlar, pulla yox» – deyir. İsrafil ağa Kərəmə qarşı düzəldilən xəyanətdə, namərdlikdə iştirak etmir, düşməni də olsa,