Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü. Агабаба Самед оглы Рзаев

Читать онлайн.
Название Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü
Автор произведения Агабаба Самед оглы Рзаев
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8125-9-6



Скачать книгу

Qahiriyyədə, Bədriyyədə və Ərdəbil hakimi əmir Zeynəddinin məscidində dərs demişdir. Bu alim bu məsciddə uzun müddət dərs dediyindən sonralar həmin məscid Kəmaliyyə mədrəsəsi adı ilə şöhrət tapmışdır. O, Quranın tədrisinə dair olan "Kəşf-ül-Müşkülat" və "İzah-əl-Məzelat", nücum haqqında olan "Müfrədat-e əlfaz-e qanun", "Uyun əl-məntiq" və “Əsrar-e Soltaniyyə" kitablarının müəllifidir. Bəzilərinə görə bu adim simiya (Ağ cadugərlik, ovsunçuluq. A. R.) elmini də bilirmiş. Xəzrəci öz tarixində Qazi Cəlaləddinin sözünə istinadən belə nəql eləyir: Mən İbn Yunisin yanında olanda Mosul hakimi Bədrəda,in Lulu bir nəfəri göndərmişdi ki, bəs Firəng hökmdarı Abrover (?) tərəfindən adam gəlib, onun nücum və başqa elmlərə dair sualları var, gərək Kəmaləddin onlara cavab versin. O, peyğam[3] göndərir ki, Firəng Hökmdarının nümayəndəsini qəbul etməyə hazırlaşacaqdır. Yaxşı paltar geyinməli, layiqli məclis qurmalıdır. Çünki bilirdi ki, onun paltarı da köhnə idi, mədrəsədə döşəməyə münasib fərş də yox idi. Şeyx müsbət cavab verəndən bir qədər sonra Firəng padşahının nümayəndəsi gəlir. Fəqihlərdən bir necə nəfəri pişvaza çıxır. Elçi Şeyxin hüzuruna daxil olanda görür ki, yerə əla fərşlər döşənib. Şeyxin də qulluğunda qulamlar və nökərlər əmrə müntəzir dayanıblar.

      Padşahın nümayəndəsi məsələləri şərh etdi, Şeyx də onların hamısına cavab verdi. Elçi gedəndən sonra gördük ki, xalça-palazdan və nökər-naibdən əsər-əlamət də yoxdur. Təəccüb bizi bürümüşdü. Şeyxdən bunun sirrini soruşduq. O, cavabında ancaq güldü və bizə aydın bir cavab vermədi.

      Şafei fəqihlərindən olan Təqiəddin Osman bin Əbdürrəhman ki, ibn əs-Səlah ləqəbi ilə məşhur idi, Kəmaləddindən ona məntiq elminin sirlərindən xüsusi dərs deməyi xahiş edir. O, bir müddət Şeyxin yanına gəlib gedir. Şeyx Kəmaləddin ona məntiqi öyrədirsə də o, bunu qavraya bilmirdi. Kəmaləddin ona deyir: Ey Fəqih, məsləhət belədir ki, bu elmi öyrənməkdən sərf-nəzər edəsən. Səbəbini soruşanda Şeyx deyir: Ona görə ki, adamlar səni yaxşı insan kimi tanıyırlar. Məntiq elmini öyrənmək istəyənlərə isə adamlar fəsad (puç) işlər dalınca gedən kimi baxırlar. Belə olduqda sən bu fəndən faydalanana qədər adamların sənin haqqındakı yaxşı fikirlərini heç eləyərsən. O, bununla razılaşır və məntiq elmini öyrənməkdən əl çəkir. Bəziləri onu əqidəsinə görə müttəhim edirdilər. Ona görə ki, zehni elmləri daha yaxşı bilir, onlara üstünlük verirdi. Musiqidən də dərs deyirdi. Şəmsəddin bin Muyəddin Ərzinin sözünə əsaslanan Səlahəddin Səfədi yazır ki, Xacə Tusi İbn Yunisin şagirdi olmuşdur. Bu alim səfər ayının beşində pəncşənbə günü 551-ci ildə anadan olmuş və Şaban ayının on dördündə 639-cu ildə vəfat etmişdir. Salim bin Bədran. Muinəddin Salim bin Bədran. Muinəddin Salim bin Bədran bin Əli əl-Misri əl-Mazəni fiqhi "Səraer" (akkultik, mistik elmlərin sirri. A. R.) kitablarının müəllifi Şeyx Fəqih Məhəmməd İbn İdris Əcəli Hillidən öyrənmiş və İbn Zöhrə hillidən rəvayət etmək icazəsi almışdır. Əllameye Hilli və Şəhid Rai kimi məşhur şiə fəqihləri öz kitablarında ondan bəhs etmişlər. Xacə Nəsirəddin "Cəvahir əl-Fəraiz” kitabının "Nəsib zil-qərabəteyn və-l-qərabat" (“Qohumluq və qohumluqlar payı”) fəslində buyurur ki, Şeyximiz İmam əs-Səid Mouinəddin Salim bin Bədran əl-Mötəzili “Bit-təhrir" adlı kitabında belə zikr etmişdir; Əllameye hilli “Fəraiz" (“Fərziyələr") kitabında şiəliyin müxtəlif məsələlərindən bəhs edərkən altıncı məsələnin şərhindən sonra Mouinəddin əl-Misridən bəhs edir, Qütbəddin Ravındidən danışır, Tusi adı ilə məşhur olan alimdən söz açır. "Rovzat əl-Zənnət müəllifi yazır; “Bəzi əshabələrin icazələrindən göründüyü kimi Salim bin Bədranın “əl-Ənvar əl-Məziə əl-Kaşefət-liləhdaf ər-risalə əş-şəmsiyyə" adlı kitabı olmuşdur; həmçinin bu böyük alimin fəraiz[4] haqqında başqa bir kitabını da görmüşəm. O, bu əsərdə Qazi Neman Misrinin kitabından gen-bol istifadə etmişdir.

      Şeyx Bürhanəddin Məhəmməd bin Əli əl-Həmədani əl-Qəzvini, hədislərin görkəmli şərhçisi kimi tanınmış bu alicənab insan və məşhur alim Reydə yaşamışdır. O, “Fihrist" kitabının müəllifi Şeyx Müğtəbəddin ƏbülHəsən Əli bin Abdulla bin əl-Həsəndən və Seyid Fəzlullah Ravəndidən hədislər əxz[5] etmiş, həmçinin Sədəddin Mahmud Hümsidən rəvayət söyləmək icazəsinə malik olmuşdur. Əllameye Hilli, Mühna bin Sənanın icazəsində bu görkəmli şəxsiyyətin adını öz rəvayəti şeyxlərinin adları arasında yad etmişdir.

      Qütbəddin Əbu-l-haris İbrahim bin Əli Məhəmməd əs-Səlmi əl-Misri əl-Usuli öz əsrinin görkəmli alimlərindən olmuşdur. Onun əsli Məğriblidir. Bir muddət Misirdə yaşamışdır, sonra Xorasana gəlmiş, Xarəzmdə və Heratda imam Fəxrədain Razidən dərs almışdır. İmam Fəxrəddin onun qabiliyyəti və zəkasından iftixarla bəhs etmişdir. Təbabət və hikmət sahəsində çoxlu əsərləri olmuşdur. İbn Sinanın «Qanun» unu başdan-başa şərh etmiş, həmin kitaba yazdığı şərhlərində Məsihinin və İbn Xütibin tibbə dair kitablarını İbn Sinanın “Tibb kitabı"ndan üstün tutmuşdur. "Əl-vafi bil-vəfəyat" müəllifi də Qütb MisriMəsihi və ibn Xətibi (Tibbə dair kitablarına görə) İbn Sinadan üstün (əfzəl) tutmuşdur.

      618-ci ildə tatar qoşunları Nişabur şəhərinin sakinlərini küyləvi şəkildə qırarkən Qütbəddin də onların arasında qətlə yetirilmişdir.

      Xacə Əbu-s-Səadət İsfəhani. Şeyx Əbu-s-Səadət Əsəd bin Əbdul Qahir (ya: Əbdül Qadir) bin Əsəd əl-İsfəhani. "Rəşh əl-vəla fi şərh dua sənəmi-ye Qureyş", "Eksir əs-Sadeqin" və başqa əsərlərin müəllifidir. O, Şeyx Meysəm Bəhraninin, Seyid Rzaəddin bin Tavusun və Xacə Nəsirəddin Tusinin müəllimi olmuşdur.

      Seyid Rzaəmin "Fəllah əs-sail" kitabında yazır: "Bağdadın Şərq hissəsində Abbasi xəlifəsi əl-Müstənsirin ona bağışladığı mənzilində 635-ci ildə ustaddan icazəyə nail oldum".

      Fəridəddin Damad Nişaburi. Fəridəddin Əbu Məhəmməd Həsən bin Məhəmməd bin Heydər Fərivmədi Həkim Nişaburi. İmam Fəxr Razinin şagirdlərindən olmuşdur. Bütün müəlliflərin rəvayətlərində nəql olunduğu kimi icazəli ustad idi. Yaradılışın təsdiqi haqqında əsəri vardı ki, hörmətli alim cənab Müdərris Rəzəvi “Xacə Nəsirəddin Tusinin həyatı və yaradıcılığı" əsərində onu eynilə çap etmişdir. Bu alim tədqiqat və mütaliəni sevmiş, guşənişin olmuşdur.

      Seyid Sədrəddin Əli bin Nasir Hüseyni Sərəxsi Muqim Nişabur. Sədrəddin Sərəxsi İmam Fəxr Razi ilə müasir olan görkəmli alimlərdən idi. Bu iki görkəmli şəxsiyyət məktublaşıblar. İbn əl-Xətibin Sərəxsiyə məktubundan Sədrəddinin yüksək məqam sahib olduğu məlum olur.

      Əbu-l-Abbas-Laukəri. "Dürrət-ül-Əxbar" da deyilir ki, Xorasanda hikmət elminin bünövrəsini qoyan o olmuşdur. Hikmət elmini bütün dərinliyi və əzəməti ilə bilirdi. Qocalanda gözləri zəifləmişdi. Mərvin məşhur ailələrindən birinin başçısı idi. “Bəyan əl-həqq bizəman əs-sədq" onun əsəridir. Ömrünün sonunda o, kor olur. Daha mütailə edə bilmədiyinə görə ölüm arzulayırdı. Sual-cavab şəklində yazılmış "Əsrar əl-hikmət" adlı qəsidəsi vardır. Orada qiyas (analogiya A. R.) haqqında belə deyilir:

      Sən qiyasi



<p>3</p>

Sifariş, xəbər (farsca).

<p>4</p>

İslam dini hüququnun bir sahəsi.

<p>5</p>

Alıb, mənimsəmə mənasında.