Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü. Агабаба Самед оглы Рзаев

Читать онлайн.
Название Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü
Автор произведения Агабаба Самед оглы Рзаев
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8125-9-6



Скачать книгу

Həsən ibn Həsən Heydər Fəritumdi Nəsirəddinə məntiq və tibb elmlərindən təlim verərdi. Damad haqqında Əşkuri öz "Məhbub ül-gülub" əsərində yazırdı ki, "Fəridəddin Damad Sədrəddin Sərəxsinin şagirdi, Sədrəddin isə Əfzələddin Gilaninin şagirdi, o da Bəhmənyarın şagirdi Əbül Abbas Laukərinin şagirdi idi. Bəhmənyar isə Əbu Əli Sinanın şagirdi olmuşdur".

      Nəsirəddin haqqındakı yazılardan belə bir nəticəyə gəlmək olar ki, onun Nişapurda sürən təhsil müddəti çox səmərəli keçmişdir. Nəsirəddinin Nişapur ustadlarından məşhur alim Əl-Əttar, Əl-Arif ləqəbləri ilə tanınmış Şeyx Ətqarın da – Fəridəddin Səid bin Yusif bin Əlinin də gələcək alimin yetişməsində böyük əməyi olmuşdur.

      Nəsirəddin Nişapurdan Quma yollanır. Bu qədim şəhərdə ona zəmanəsinin görkəmli alimi Əbu-s-Səadət İsfahani təlim verir (mənbələr yazırlar ki, Qumda Nəsirəddinlə bərabər Seyid Əli bin Tavus Hüseyni və Şeyx Meysəm bin Əli bin Meysəm Böhrani də dərs alırdılar). Nəsirəddinin ustadları arasında Səlahəddin Səfədi özünün “Əl-vafi bilvəfəyat” əsərində Nəsirəddinin müxtəlif vaxtlarda təhsil aldığı aşağıdakı görkəmli alimlərin adını çəkir: tibb və fəlsəfə üzrə, təhsilini Misirdə, Xorasanda, Heratda və Xorəzmdə almış, monqol işğalı zamanı həlak olan Qutbəddin Misri (Nəsirəddin İbn Sinanın “Kitab əl-Qanun" adlı tibb əsəri ilə ilk dəfə Qutbəddin Misrinin yanında tanış olmuşdu); müsəlman hüquqi üzrə Əbdul Həsən ibn Bədraki Şeyx Muinəddin; riyaziyyat, astronomiya və musiqişünaslıq üzrə Mosulda "Kamiliyyə" məktəbinin ustadlarından olan "26 elmin bilicisi" Kəmaləddin Mövsüm-Əbdül Fəttah Musa ibn Əbilfəzl Yunis ibn Məhəmməd; hədislər üzrə Qəzvinli alim Şeyx Bürhanəmin Məhəmməd Əbülhəsən Ali.

      Nəsirəddinin ustadları arasında Şeyx Bürhanəmin Həmədaninin və Muinəddin Salim ibn Bədəran Mazani Misrinin də adları çəkilir. Mənbələr göstərir ki, Nəsirəddin Məzani Misrinin yanında müsəlman hüququ üzrə təhsilini başa vurduqdan sonra 1223-cü ildə ustadı ona fərqlənmə şəhadətnaməsi vermiş və bu şəhadətnamə “Bahar əl-anvar" kitabında qeydə alınmışdır.

      Nəsirəddinin bir alim kimi yetişməsində, təkmilləşməsində və dünya şöhrəti qazanmasında çox böyük ustadlar (bura Nəsirəddinin təlim almadığı, lakin əsərlərindən bəhrələndiyi alimlər də daxildir) haqqında bizə məlum olan məlumatları qısa şəkildə aşağıda veririk.

      Vəcihəddin Məhəmməd bin əl-Həsən əl-Tusi:

      Bəzi alimlər onu Fəxrəddin ləqəbi ilə yad ediblər. Lakin İbn əl-Füvati “Məçmə əl-adab" da onun ləqəbini Vəcihəddin kimi göstərmişdir. Bu böyük şəxsiyyət Seyid Fəzlullah bin Əli Əbidullahın şagirdlərindəndir və ondan nəql etmək icazəsinə malikdir. Onun həmçinin Qütbəddin Əbülhüseyn Səid bin hibbətullah bin əl-Həsən ər-Ravəndidən də rəvayət icazəsi vardı.

      Ziyaəddin Əbi-r-Rza Fəzlullah bin Əli Abdullah bin Kaşani: öz dövrünün böyük şəxsiyyətlərindən və alimlərindən biri olmuşdur. Onun nəsibinə düşən şeyxlərin sayı iyirmidən artıqdır. Onlardan Dai Həsəni övladları olan Seyid Murtaza və Seyid Müctəbanın, həmçinin Seyid Zülfüqar Mərvəzinin, Şeyx Əbi-s-Səadət Müstəcəzinin, Seyid Əbu-l-Bərəkat Hüseyni Məşhədinin adlarını çəkmək olar. Şiələrin böyük şəxsiyyətlərindən olan Şeyx Raşid bin İbrahim Böhraninin, Xacə Nəsirəddinin atası Məhəmməd bin əl-Həsən ət-Tusinin, Bürhanəddin Məhəmməd Qəzvininin, Məhəmməd bin Şəhraşub Mazandaraninin və Şeyx Abdullah bin Cəfər Duryəstinin Seyid Fəzlullah Ravəndidən nəql etmək icazəsi vardı. “Zəvə, əş-şəhab", "Əl-Ərbəeyn fi-l-Həvadis", "Nəzm əl-əruz lil-qəlb əl-məruz vəl-müvcəz-əl-kafi fi elm əl-əruz" kimi əsərlər bu müəllifin qələminə məxsusdur.

      Seyid Murtaza Elm əl-hədi: Zülməcideyn Əbulqasim Əli bin Musa bin Məhəmməd bin Musa bin İbrağim bin əl-İmam Musa əl-Kazim, əleyhəssəlam, görkəmli və tanınmış alim olmuşdur. Dərin savada, yüksək elm, irşad və təlimə malik olduğu üçün ona Elm əl-Hədi ləqəbi verilmişdir. Fiqh, Kəlam və ədəb elmlərində yüksək məqama çatmış, Bağdad alimlərinə başçılıq etmişdir. Elm əl-hədi 355-ci ildə anadan olmuş, "Nəhcülbəlağə" müəllifi olan qardaşı Seyid Rza ilə birlikdə Şeyx Mufiddən dərs almışdır.

      Elm Əl-hədi bütün elm sahələrində mahir idi və onlardan dərs deyirdi. Onun “İmamiyyə"sini IV əsrdə ən geniş yayılmış imamiyyə hesab edirdilər. Onun 80 min cild kitabı olan kitabxanası vardı, öz qələmindən çıxan əsərlərinin sayı 80 çildə yaxın idi, özü də 80 il ömür sürmüşdü. Buna görə də ona Əbu-s-Səmanin ("səksən atası") deyirdilər.

      İmamətə dair “Dürər və Cürər" ("Dürrlər və seçilmişlər"), "Müsail-e Nasiriyyat” və "əş-Şafi", üsula dair" “Əl-Müxtəsər" və Peyğəmbərlərin ismətinə dair "Ət-Tənziyyə" kimi kitabların müəllifi həmin böyük alimdir. "Riyaz əl-üləma" müəllifi yazır ki, Xacə Tusi dərs zamanı hər dəfə Seyid Murtazanın adını çəkəndə "Səlavat Allah əleyhi", – deyərdi. Sonra dərsdə iştirak edən qazilərə və müdərris[1] lərə üzünü tutub buyurardı: Murtazanın şərəfinə səlavət çəkməməkmi olar?

      Əbul Ülə Məərri Elm əl-Hədinin atasının şərəfinə qəsidə həsr etmiş, Rza və Seyid Murtazanı mədh etmişdir. Bu böyük şəxsiyyət 436-cı ilin Rəbiül- əvvəl ayında vəfat etmişdir.

      Kəmaləddin bin Yunis Mausili: Əbülfətx Musa bin Əbi-l-Fəzl Yunis bin Məhəmməd bin Müne bin Malik bin Məhəmməd. Ləqəbi Kəmaləddindir. Öz dövründə Şafei məzhəbinin başçısı olmuşdur. Fiqhi öz atasından öyrənmişdir. Sonra 571-ci ildə Bağdada səfər edərək Nizamiyyə mədrəsində Şeyx Rəzi Şirazinin yanında üsul elmini oxumuş, Əbi-l-Bərəkat Əbdürrəhman bin Məhəmməd Ənbaridən isə ədəbiyyatı öyrənmişdir. O, sonra Mosula qayıtmış, atası öləndən sonra müəllimlik etmişdir. Onun islam aləmindəki şöhrəti müxtəlif yerlərdən çoxlu tələbəni çəkib onun yanına gətirərdi, onlar da müxtəlif elmləri bu böyük alimdən öyrənərdilər. İbn Xəllikan "Vəfat əl-əyan" da yazır: "626-ci ildə Mosulda bu alimlə görüşdüm. Atası ilə tanış olduğuma görə onunla bir neçə dəfə görüşüb söhbət etdik. Lakin təcili Şama qayıtmağa məcbur olduğumdan qala bilmədim və onun dərsində iştirak etmədim. Fəqih[2] lər deyirdilər ki, Kəmaləddin iyirmi altı fənnin ustadıdır. Tələbələrin hamısı ixtisasından asılı olmayaraq bütün elmlər barəsində ona müraciət edirdilər. Hətta Əhlizimmə (Qeyri müsəlmanlar, – əsasən müsəlmanların himayəsi altında olan yəhudilər və xristianlar. A. R.) – də Tövrat və İncili ondan öyrənirdilər. Hənəfi məzhəbli tələbələr öz fiqhlərini ondan soruşardılar. Xilaf üsul-e fiqh, təfsir, ərəb ədəbiyyatı, tarix və görkəmli şəxsiyyətlərin həyatı kimi fənlərdə, xüsusilə riyaziyyatda müasirlərini qabaqlamışdı. İrşad Əmidi Mosula gəlir, Mosulda çoxlu alimlərin olduğuna baxmayaraq Kəmaləddindən başqa heç kəs onun elmi formulalarını aça bilmir; o, isə bunları iki gündə nəinki həll edir hətta onları başqalarına da izah eləyir. Şeyx Əsirəddin Müfəzzəl Əbhəri 626-cı ildə Mosuldan Ərbilə gəlir. Mən Darülhəd-qüsdə Xilaf elmini ondan öyrənirdim. Bağdad Fəqihlərindən biri onun yanına gəlir, söhbət əsnasında Kəmaləddindən



<p>1</p>

Müəllim.

<p>2</p>

Alim.