Название | Kataloniyanı Xatırlarkən |
---|---|
Автор произведения | Джордж Оруэлл |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Həm haqqında danışdığım, həm də sonrakı dövrlərdə Kataloniya könüllüləri mütəşəkkillik baxımından müharibənin başlanğıc mərhələsindəkindən fərqlənmirdilər. Frankist qiyamının ilk günləriundə bütün həmkarlar ittifaqı təşkilatları və partiyalar könüllü dəstələrini yaratmışdılar. Həmin dəstələrin hər biri əslində öz partiyasına mərkəzi hökumətdən heç də az bağlı olmayan siyasi təşkilat idi. 1937-ci ilin əvvəllərində “qeyri-siyasi” qurum kimi təsəvvür olunan Xalq ordusu qurulanda nəzəri baxımdan bütün partiyaların siyasi qüvvələri onun sıralarında birləşdilər. Lakin bu dəyişikliklər uzun müddət yalnız kağız üzərində qaldı. Yeni Xalq ordusunun birləşmələri Araqon cəbhəsinə yalnız iyun ayında gəldilər. Həmin vaxta qədər isə yerlərdəki xalq könüllüləri hərəkatı heç bir dəyişikliyi yaxın buraxmadan fəaliyyətini davam etdirmişdi. Yeni sistemin əsl mahiyyəti özünü əsgər və zabitlərin sosial bərabərliyində göstərirdi. Generaldan tutmuş sıraviyə qədər hamı eyni maaş alırdı, eyni yeməyi yeyir, eyni paltarı geyinirdi. Tam bərabərlik hissi bütün qarşılıqlı münasibətlərin əsasında dayanırdı. Siz çəkimədən generalın çiynini şasppıldada, yaxud diviziya komandirindən siqaret istəyə bilərdiniz və bir kimsə də bunda nə isə qəribə bir şey görmürdü. İstənilən halda, nəzəri baxımdan hər könüllər dəstəsi aşağıların yuxarılara tabeçiliyi əsasında formalaşan ierarxik şəkildə deyil, tam sərbəst və demokratik prinsiplə qurulmuşdu. Əmrlərin yerinə yetirilməsi ilə bağlı sanki gizli bir razılaşma vardı. Lakin əmr rəisin tabeçiliyində olan şəxsə hökmü, göstərişi kimi deyil, yoldaşın yoldağa xahişi kimi başa düşülürdü. Zabitlər və kiçik komandirlər vardı, amma sözün həqiqi mənasında hərbi rütbələr, paqonlar, ayaqlarını biri-birinə vurub təzim etmə, əli papağın günlüyünə aparıb salamlama yox idi. Könüllü dəstələrin timsalında sinifsiz cəmiyyətin müvəqqəti fəaliyyət modelini yaratmaq istyəyirdilər. Əlbəttə, ideal bərabərlik mümkün olan şey deyildi. Digər tərəfdən, əvvəllər heç vaxt oxşar vəziyyətlə üzləşməmişdim. Ona görə də müharibə şəraitində hamının bərabər olması fikrini heç cür ağlıma gətirə bilmirdim.
Etiraf edim ki, ilk dəfə cəbhədəki vəziyyəti görəndə məni dəhşət bürüdü. Belə ordu müharibədə necə qalib gələ bilərdi? Həmin vaxt hamı bu sualı verirdi. Əslində isə sual yersiz idi. Mövcud şəraitidə könüllülər dəstəsinin indikindən daha yaxşı olması sadəcə mümkün deyildi. Mexanikləşdirilmiş müasir ordu boş yerdə yaranmır. Hökumət dayanıb günün birində nizami ordu formalaşmasını gözləsəydi, Franko heç bir müqavimətlə üzləşmədən sürətlə irəliləyə bilərdi. Sonradan könüllü dəstələri söyüb qaralamaq dəbə çevrildi. Əsas qüsurlarını isə silah və təlim çatışmazlığı ilə deyil, bəhs etdiyim bərabərlik sistemi ilə əlaqələndirməyə başladılar. Əslində isə könüllü dəstələrdəki başıpozuqluq zabitlərin əsgərləri “yoldaş” deyə çağırmalarına görə deyil, bütünlüklə kütləyə xas olan intizamsızlıqla bağlı idi. Demokratik “nizam-intizam” təcrübədə gözlənildiyindən daha möhkəmdir. Fəhlə ordusunda intizamın əsasında sinfi sədaqət hissi dayandığından hər şey könüllülük yolu ilə həyata keçirilir. Burjua ordusunda isə intizam qorxu üzərində bərqərar olur. (Könüllülər dəstəsini əvəz edən Xalq ordusu bu baxımdan silahlı qüvvələrin iki modeli arasında orta mövqe tuturdu). Könüllülər adi ordu üçün səciyyəvi olan kobud münasibət və təhqirlə heç zaman barışmazdılar. Doğrudur, ənənəvi hərbi tənbehlər var idi. Lakin yalnız cox ciddi intizam pozuntuları zamanı tətbiq edilirdi. Əgər döyüşçü əmri yerinə yetirməkdən boyun qaçırırdısa, onu dərhal cəzalandırmırdılar. Əvvəlcə sinfi duyğusunu, yoldaşlıq hissini hərəkətə gətirməyə çalışırdılar. Könüllülərlə ünsiyyət təcrübəsinə malik olmayanlar dərhal “bundan heç bir şey çıxmayacağını” deyirdilər. Real həyatda isə həmişə mütləq “bir şey çıxırdı”. Günlər keçdikcə hətta dəlisovluqda ad qazanmış dəstələrdə də intizam tədricən möhkəmlənirdi. Yanvarda mən yeni könüllülər dəstəsini ortabab əsgərə çevirənə qədər, necə deyərlər, saç-saqqal ağartmalı oldum. May ayında qısa müddətdə leytenantın əvəzinə ingilislərdən və ispanlardan ibarət otuz nəfərlik dəstəyə komandirlik edirdim. Biz artıq bir neçə ay idi ki, cəbhə xəttində idik. Bəlkə buna görə də əmrlərin icrası, yaxud təhlükəli tapşırıq üçün könüllü tapılması elə ciddi çətinlik doğurmurdu. İnqilabi “nizam-intizamın” əsasında sinfi şüurluluq dayanır. Əsgər verilən əmrin nə üçün yerinə yetirilməli olduğunu başa düşür. Təbii ki, bu şüurluluğu tərbiyə etmək üçün də vaxt lazımdır. Kazarmanın həyətində ardı-arası kəsilməyən təlimlər vasitəsi ilə insanı mexaniki canlıya çevirməkdən ötrü də zaman tələb olunur. Könüllülərü məsxərəyə qoyub ələ salan jurnalistlər arxada Xalq ordusunun hissələri hazirlanana qədər cəbhə xəttini məhz onların qoruyub-saxladıqlarını nədənsə unudurlar. Könüllü dəstələr alnız “inqilabi” nizam-intizama sayəsində cəbhədə qalırdı. Mübaliğəsiz demək olar ki, 1937-ci ilin iyununa qədər onları səngərlərdə saxlayan sadəcə sinfi şüur idi. Tək-tük fərariləri güllələmək olardı. Ara-sıra belə hallar baş verirdi. Amma eyni anda minlərlə könüllü cəbhə xəttini tərk etmək qərarına gəlsəydi, onların qarşısını heç bir qüvvə ala bilməzdi. Belə şəraitdə arxasında xüsusi cəza dəstələri dayanmayan nizami ordu mütləq qaçıb dağılardı. Könüllülər isə cəbhəni saxlamışdılar. Üstəlik, hesablarına diqqətəlayiq qələbələr yazmışdılar. Fərarilik hallarına demək olar ki, yol verilməmişdi. P.O.U.M.-da keçirdiyim dörd, yaxud beş ay ərzində mən fərarilərlə bağlı yalnız dörd təsadüf haqqında eşitmişdim. Sonradan döyüş səngərini qoyub qaçan dörd nəfərdən ikisinin casus olduğu aşkara çıxmışdı. İlk vaxtlar könüllülər dəstəsində hökm sürən xaos, özbaşınalıq, əmrin icrası üçün döyüşçünü beş-altı dəqiqə dilə tutmaq zərurəti məni əsəbiləşdirib hövcələdən çıxarırdı. Çünki hələ