Название | Kataloniyanı Xatırlarkən |
---|---|
Автор произведения | Джордж Оруэлл |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Əlimizin altında heç bir hərbi avadanlığın olmadığını da dediklərimə əlavə etməliyəm. Həmin günlərdə könüllülərin nə qədər pis təchiz edildiklərini təsəvvürə gətirmək üçün yaddaşı çox da gücə salmaq lazım deyildi. Məsələn, samballı bir ingilis məktəbinin hərbi kabinetində bizdə olduğundan daha çox müasir silah tapılardı. O qədər pis silahlanmışdıq ki, bu barədə ayrıca söhbət açmağa dəyər.
Cəbhənin bizim qoruduğumuz hissəsində bütün artilleriya cəmisi dörd minaatandan ibarət idi. Onların da hərəsinə orta hesabla on beş mərmi düşürdü. Minaatanlar çox qiymətli silah sayıldığından onlardan hər təsadüfdə istifadəni ümumiyyətlə rəva görmürdülər, Alkuberredə, hərbi anbarda saxlayırdılar. Təxminən hər əlli döyüşçüyə bir pulemyot düşürdü. Hamısı köhnə markalı idi. Onlardan isə yalnız üç yüz-dörd yüz metr məsafəyə sərrast atəş aşmaq olurdu. Qalan silahımız tüfəng idi. Bu tüfənglərin çoxunun əsl yeri ordu yox, zibil qalaqları olmalı idi. Bizə üç markadan olan tüfəng verilmişdi. Birincisi uzun mauzer idi. İstifadə müddəti iyirmi il əvvəl bitmişdi. Nişangah qurğusunun faydası sınmış spidometrin xeyrindən çox deyildi. Əksəriyyətinin lüləsi pas atmışdı. Sadəcə, hər on tüfəngdən biri işə yararlı sayıla bilərdi. İxtiyarımızdakı ikinci tüfəng markası qısa mauzer, yaxud süvari karabini idi. Bu silah yüngüllüyü və səngər şəraiti baxımından ölçülərinin çox da böyük olmaması ilə döyüşçülər arasında populyarlıq qazanmışdı. Bəzən muşketon da adlandırılan həmin karabinlər nisbətən təzə idilər, görünüşləri daha abırlı təsir bağışlayırdı. Silah kimi isə heç bir şeyə yaramırdılar. Çünki köhnə hissələrdən yığılırdı. Çaxmaqların heç biri tüfəngə uyğun gəlmirdi. İlk beş atəşdən sonra lülələr şişirdi. Nəhayət, senturionumuzda bir neçə ədəd vinçester də vardı. Onlardan atmaq rahat idi. Amma güllələrin hara uçduğunu bir allah bilirdi. Digər tərəfdən, güllə darağı olmadığından hər yeni atəşdən sonra tüfəngi doldurmaq lazım gəlirdi. Sursat çatışmadığından hər yeni döyüşçüyə yalnız əlli patron verilirdi. Onların keyfiyyəti barəsində danışmağa dəyməzdi. İspaniya istehsalı olan patronlar artıq bir dəfə istifadə edilmiş gilizlərə doldurulurdu. Ona görə aradan bir müddət keçəndən sonra ən yaxşı tüfəngin lüləsi də yeyilib sıradan çıxırdı. Meksika patronları daha keyfiyyətli idilər. Biz onları pulemyot üçün saxlayırdıq. Alman istehsalı olan yaxşı sursat isə nadir hallarda ələ düşürdü. Belə sursatı bir qayda olaraq hərbi əsirlərdən, ya da fərarilərdən qənimət kimi qoparırdıq. Gözlənilməz vəziyyətlərlər üçün cibimdə həmişə alman, yaxud Meksika patronları ilə doldurulmuş güllə darağını hazır saxlayırdım. Amma belə vəziyyət yarananda da tüfəngimdən çox az hallarda atəş açırdım. Çünki lülənin yeyiləcəyindən və tam yararsız vəziyyətə düşəcəyindən qorxurdum.
Dəbilqə və süngümüz yox idi. Pistolet və revolverləri də yox kimi saymaq olardı. Hər adama bir qumbara düşürdü. Biz F.A.İ.9 qumbarası adlı dəhşətli bir şeydən istifadə edirdik. Onu müharibənin ilk günlərində anarxistlər hazırlamışdılar. Mills qumbarasının prinsipləri əsasında düzəldilmişdi. Lakin mili şpilka yox, qaytan saxlayırdı. Siz qaytanı çəkirdiniz və əl bombasından mümkün qədər tez xilas olmağa çalışırdınız. Onlara “bitərəf” bomba deyirdik. Çünki o, eyni həvəslə atanın özünü də, hədəfi də öldürürdü. Başqa, quruluşca daha bəsit, lakin həm də daha təhlükəsiz (təbii ki, istifadə edən üçün) qumbaralar da vardı. Yalnız martın sonlarında ilk dəfə adına və təyinatına uyğun həqiqi qumbara görə bildim.
Yalnız silah deyil, müharibə üçün zəruri olan digər şeylər də çatışmırdı. Məsələn, nə xətirəmiz, nə sxemlərimiz vardı. İspaniyanın tam topoqrafik xəritəsi haqda isə danışmağa dəyməzdi. Ərazi ilə bağlı dəqiq məlumatlar yalnız köhnə hərbi xəritələrdə əks olunmuşdu. Hamısı da faşistlərin əlində idi. Bizim nə ölçü cihazlarımız, nə periskopumuz, bir neçə şəxsi binoklu çıxmaq şərti ilə nə səhra binokllarımız, nə siqnal raketlərimiz, nə tikanlı məftilləri kəsmək üçün istehkamçı qayçılarımız, nə xırda təmir üçün alətlərimiz vardı. Hətta tüfəngləri təmizləmək üçün şompol, yaxud bir parça mahud da ərşə çəkilmişdi. İspanlar görünür, heç vaxt silahı sürtüb cilalamaq haqda eşitməmişdilər. İlk dəfə bunu əyani şəkildə könüllülərə göstərəndə xeyli təəccübləndilər. Adətən, tüfəngi təmizləmək lazım gələndə onlar serjantın yanına gedirdilər. Serjandakı uzun və əyri şompol isə lülənin içini təmizləməkdənsə cızıb sıradan çıxarırdı. Aydın məsələdir ki, tüfəng yağı da yox idi. Zeytun yağı ilə silirdilər. Amma bundan ötrü ilk növbədə həmin zeytun yağının özünü tapmaq lazım idi. Müxtəlif vaxtlarda tüfəngimi vazelinlə, əl kremi, hətta donuz piyi ilə təmizlədiyim yadıma gəlir. Nəhayət, lampa və elektrik fanarı da tapılmırdı. Məncə, bütün ərazimizdə bir ədəd də olsun elektrik fanarı yox idi. Barselona həndəvərində isə belə fanarları çətinliklə də olsa, tapmaq olurdu.
Vaxt keçirdi. Təpələrin arasında gurultu salan nizamsız atəşlər altında günü-gündən daha da artan şübhə ilə qatıldığımız səfeh müharibəyə bir az canlılıq, bəlkə də ölüm gətirəcək hadisənin baş verməsni gözləyirdim. Biz əslində düşmənlə deyil, sətəlcəmlə mübarizə aparırdıq. Əgər səngərlər arasındakı məsafə beş yüz metrdən çoxdursa, o zaman güllə payını yalnız axmaq təsadüf nəticəsində ala bilərsən. Yaddaşım məni aldatmırsa, İspaniyada gördüyüm ilk beş yaralı sadəcə özləri özlərini vuranlar olmuşdu. Bunu qəsdən etdikləri iddiasında deyiləm. Hadisə ya təsadüf, ya da ehtiyatsızlıq üzündən baş vermişdi Çünki əslsl təhlükə mənbəyi düşmən atəşi deyil, istifadə müddəti keçmiş tüfənglərimniz idi. Onlardan bəzilərinin qundağı zərblə yerə dəyəndə atəş açmaq kimi yaramaz xəstəlikləri vardı. Bu yolla döyüşçülərimizdən biri əlini yaralamışdı. Bir dəfə axşam üstü, hələ şər qovuşmamış qarovulda dayanan əsgər təxminən iyirmi metrlik məsafədən mənə atəş açdı. Xoşbəxtlikdən güllə aralı keçdi. İspanların sərrast ata bilməmələri dəfələrlə həyatımı qurtarmışdı. Başqa bir gün isə komandiri qabaqcadan niyyətim haqqında xəbərdar edib dumanlı havada kəşfiyyata getmişdim. Geri qayıdanda təsadüfən ayağım kola ilişdi. Qorxuya düşmüş qarovul nəfəri yəqin , faşistlərin hücuma keçdiyini düşünüb var səsi ilə qışqırdı. Komandirin səs gələn tərəfə fasiləsiz yaylım atəşi açmaq əmrini eşitdim. Dərhal üzü
9
F.A.İ. – Federasion Anarquista İberica (İsp) – İbariya Anarxistlər Federsiyası