Название | Mumi atanın xatirələri |
---|---|
Автор произведения | Туве Янссон |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Mən əminəm ki, irəlidə məni böyük işlər gözləyir, amma mumi-trolun da həyatı çox qısadır. Buna görə də mən gedirəm, əlvida! Mənim üçün kədərlənməyin, şöhrət qazanıb qayıdacağam!
P.S Qidalarınızdan bir qutu balqabaq püresi aldım.
Sağlıqla qalın!
Hər kəsdən fərqli olan, Mumi-trol.
Qərar artıq verilmişdir! Qarşıda məni hansı hadisələrin gözləyəcəyini bilmədən səyahətə çıxdım. Hələ çox gənc mumi-trol idim, kədərlə çəmənliklərdə gəzir, vəhşi çuxurların səssizliyində ah çəkdim və gecənin dəhşətli səslərinə qulaq asdım, bu yalnızlığımı daha da artırdı.
Bədbəxt uşaqlıq xatirələri Mumi-ataya o qədər təsir etdi ki, hekayəsində bu nöqtəyə çatanda, ara verməyə qərar verdi. O qələmini yerə qoyub, pəncərəyə yaxınlaşdı. Mumi-Vadisində, tamamilə, sakitlik idi. O, öz-özünə gülümsədi və ayaqlarını pəncərədən sallayıb nərdivanı tutdu.
– Salam, ata, – Mumi-trol qonşu pəncərədən onu salamladı, – Nə edirsən?
– Gimnastika, oğlum, – Mumi-ata cavab verdi. – Çox faydalıdır! Bir addım aşağı, iki yuxarı, bir addım aşağı, iki yuxarı! Əzələləri möhkəmlədir!
– Ehtiyatlı ol, yıxılma! – Mumi-trol dedi, – Xatirələrin necədir?
– Yaxşıdır, – Mumi-ata dedi və titrəyən ayaqlarını pəncərənin üstünə atdı. – Hal-hazırda qaçmışam. Hemuliha ağlayır. Çox dramatik olacaq.
– Bizim üçün nə zaman oxuyacaqsan? – Mumi-trol soruşdu.
– Tezliklə. Gəmiyə çatan kimi. Öz yazdıqlarımı oxumaq çox əyləncəlidir!
– Əlbəttə, – Mumi-trol əsnəyərək dedi, – Gecən xeyirə qalsın.
– Gecən xeyirə qalsın, – ata dedi və qələmin qapağını açdı. – Deməli belə, harada qalmışdım?… Aha, qaçdım, sonra da səhər… Yox, bu daha sonra idi. Qaçış gecəsinin təsvirinə rəng qatmaq lazımdır.
Bütün gecə tanımadığım, darıxdırıcı yerlərdə gəzdim. İndi geriyə baxanda, özümə çox üzülürəm! Mən durmağa, ətrafa baxmağa cəsarət etmədim. Qaranlıqda nələrin gizləndiyini bilmək olmaz! “Ah, bu Hemulilər olmayan dünya” – deyə oxumağa çalışdım, lakin səsim elə titrəyirdi ki, daha da qorxunc olmağa başladı.
O gecə duman var idi. Hemulihanın yulaf əzməsi kimi qalın, çöl sahələrini, kolları və daşları formasız örtərək canavarlara çevirmişdi – onlar üzərimə gəlir, əllərini mənə uzadırdılar… Bədbəxt mən! O an hətta Hemulihanın şübhəli kompaniyası belə mənə təsəlli olardı. Lakin geri dönmək, – heç vaxt! Xüsusilə də, belə gözəl vida məktubundan sonra! Nəhayət, duman çəkildi.
Üfüqdə inanılmaz bir şey baş verdi. Duman Hemulihanın papağının örtüyü kimi çəhrayı oldu və bir anda, bütün dünya dostcasına olub çəhrayıya boyandı! Mən hərəkətsiz dayanıb, gecənin keçib getməsini izləyirdim, və indi səhər məni gözləyirdi, yalnız mənə aid olan, mənim sabahım! Əziz oxucular, siz təsəvvür edin ki, nifrət etdiyim o möhürləyici mumu necə sevinclə qoparıb kənara atdım! Və sonra – soyuq bir səhərin şəfəqləri altında – yenicə qovuşmuş azadlığının şərəfinə mumi-rəqsini etməyə başladım.
İndi, bir daha yuyunmayacağam! Saat beşi göstərdiyi üçün şam yeməyini etməyə məcbur olmayacağam! Padişah istisna olmaqla quyruğunuzla kimsəyə salam vermək məcburiyyəti də olmayacaq!
Günəş səmaya ucalıb hörümçək torlarına və yaş yarpaqlara öz şəfəqini yaydı və yavaş-yavaş gözdən itən dumanın arasından yolu gördüm. Bu, yol məni, kimsənin həyatına bənzəməyəcək bir dünyaya çıxaracaq.
Balqabaq püresini yeyib bankanı kənara atdım, bununla da yeganə mülkümdən qurtuldum. Məni heç bir iş gözləmirdi və köhnə vərdişlərə görə də nəsə edə bilməzdim, çünki ətrafdakı hər şey yeni idi. Heç vaxt özümü bu qədər yaxşı hiss etməmişdim.
Bu heyrətamiz əhval-ruhiyyə axşama qədər məni tərk etmədi. Azadlığa və özümə o qədər alüdə olmuşdum ki, yaxınlaşan gecənin qorxusu belə yox idi məndə. Ən vacib sözlərdən ibarət (indi, təəssüf ki, unutmuşam) bir mahnı oxuyaraq gecənin qollarına addımladım.
Külək əsərək tanımadığım xoş bir qoxu yaydı ətrafa. O zaman meşənin belə qoxduğunu, yosun, fern və digər iri ağacların ətirlərinin olduğunu bilmirdim. Gəzməkdən yorulub oturdum və soyuqdan donmuş ayaqlarımı qucaqlayıb qarnıma sıxdım. Kim bilir, bəlkə də balaca hemulilər üçün sığınacaq açmağa dəyməz. Yeri gəlmişkən, onlar nadir hallarda tapılırlar. Və sadəcə, bir macəraçı olmaq, məşhur olmaqdan daha yaxşı deyilmi? Sonda, məşhur macəraçı olmaq qərarı verdim. Və yuxuya getməzdən əvvəl düşündüm: sabah!
Oyandığımda üzərimdə yeni, yaşıl və parlaq bir dünya var idi. Çox təəccübləndim və buna görə məni başa düşmək çətin deyildi – axı bütün həyatım boyu bir dənə də olsun ağac görməmişdim. Fikirlərimi toplamaq üçün bir müddət başımın üstündə dayandım. Sonra düzəlib qışqırdım:
– Sabahınız xeyir! Bu gözəl yer kimindir belə? Ümid edirəm, burada hemulilər yoxdur?
– Bizim vaxtımız yoxdur! Biz oynayırıq! – quşlar cavab olaraq qışqırdılar.
Daha sonra mən meşəyə getdim. Yosunlar isti və çox yumşaq idi, lakin fernlərin altında dərin kölgələr gizlənirdi. Baxdığınız hər yerdə sürünən və uçan canlılar görmək olardı, amma təbii ki, ciddi söhbətlər etmək üçün onlar daha çox kiçik idilər. Nəhayət, tək tənha oturan yaşlı bir kirpi ilə tanış oldum.
– Sabahınız xeyir! – onu salamladım, – mən xüsusi ulduzların altında dünyaya gələn tənha gəzərəm.
– Belə de, – kirpi çox maraq göstərmədən mızıldandı. – Mən isə işləyirəm. Qatıq üçün qab hazırlayıram.
– Əla! – mən dedim və anladım ki, acmışam. – Bəs bu gözəl yerin sahibi kimdir?
– Heç kim! Hər kəs! – kirpi çiyinlərini çəkərək dedi.
– Bəs mən? – deyə soruşdum.
– Hə, əlbəttə.
– Buranın hemulilərin heç birinə aid olmadığına əminsiniz? – narahatlıqla soruşdum.
– Kimə? – kirpi soruşdu.
Vay, bu şanslı qadın ömrü boyu hemuli ilə rastlaşmayıb!
– Hemulinin dəhşətli ayaqları var və onlarda yumor hissi olmur. – deyə izah etdim, – Burunları görkəmlidir, bir qədər də yastıdır, saçları isə anlaşılmaz formadadır. Hemuli zövq xatirinə heç nə etmir, ancaq lazım olanı edir və hər zaman başqalarına nə etməli olduqlarını öyrədir və…
– Oh, dəhşət! – kirpi qışqırdı və ağacın arxasında gizləndi.
Bura heç kimin deyil, eyni zamanda da ümumidir, buna görə