Название | Avropa. Türklər. Böyük Çöl |
---|---|
Автор произведения | Murad Acı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243734 |
Bu iki “qardaş xalqın” qarşılıqlı antipatiya hissini XIX əsrdə alman səyyahı İohann Kol çox dəqiq ifadə etmişdir: “Malorossiya[29] xalqının Velikorossiya[30] xalqına bəslədiyi ikrah hissi o qədər böyükdir ki, düzü, bunu ancaq milli nifrət kimi xarakterizə etmək olar”[31].
Yaddaşsızlıq – dəhşətli xəstəlikdir, Rusiya bu xəstəlikdən əziyyət çəkir. Özü də tək o yox. Məşhur fransız tarixçisi Mark Ferro “Dünyanın müxtəlif ölkələrində tarixi uşaqlara necə danışırlar” adlı maraqlı bir kitab yazmışdır. Aydın olur ki, özləri haqda hər şeyi uydururlar. Bu, “rəsmi” tarixin ümumi qəbul edilmiş qaydasıdır.
Mark Ferronun fikrincə, məsələn, Hindistanda tarix mahiyyətdən məhrumdur, özünün əsasına görə isə o, mifikdir. Ərəblərin tarixi “şəkillərdə çəkilmiş tarixdir”. Farslar ölkələrini dünya sivilizasiyasının mərkəzi yerinə qoyurlar. “Bir sıra məğlubiyyətlərə düçar olan Ermənistan həvəslə öz tarixini yüksəldir, ona işıqlı əzabkeş obrazı verməyə çalışır”. Demək olar ki, hər bir ölkə uşaqlara ÖZ tarixini danışır! Buna görə rus tarixçilərini çox da günahlandırmaq olmaz: onlar özləri haqqında başqalarından çox uydurmayıblar. Ola bilər ki, bir az çox.
Lakin… keçmişsiz gələcək olmur, belə ki, məhz keçmiş gələcəyə keçir: zaman bir-biri ilə əlaqəlidir. Tarix – zaman haqqında qeydlərdir və orada baş verən hadisələrdir. Qeydlərdə hadisəni təhrif etmək, hadisəni kəsməklə insanlar zamanı dəyişdirmir, hadisəni dayandırmırlar, onlar öz nəslini yaddaşsızlığa düçar edirlər; deməli, yeni nəsil gələcəyə baxmağı bacarmayacaq.
Lakin bəzən yaddaşsızlıq – yaxşıdır. O, dərmandır, düzdür, zəhərlə qarışıqdır, müsibət yaşamış xalqın ruhi yaralarını sağaldır. Sonralar, zaman keçdikcə zəhər yaddaşda toplanır və ziyan etməyə başlayır… Əlbəttə, keçmişi yada salmaq ağırdır, lakin xalq olaraq qalmaq istəyirsənsə, qonşuların arasında itib-batmaq istəmirsənsə, bu lazımdır.
Qədim türk hikməti öyrədir: “Özgəsininkinin ardınca getsən, özününkünü itirəcəksən”. Qıpçaq xanı Kurya məhz bu sözləri Böyük Çölə yürüşü rüsvayçılıqla başa çatmış və ələ keçmiş rus knyazı Svyatoslavın kəlləsindən düzəldilmiş piyalənin üzərinə yazmağı əmr etmişdi.
Xalqı yaratmaq olmaz. On kitab əsasında bir kitab tərtib etmək olar, lakin on “etnik parçadan” bir xalq yığmaq olmaz: tarixi kök və ənənələrindən məhrum olmuş kütlə xalq deyil. Bu həm Amerika xalqına, həm də istənilən “yeni” xalqa aiddir. O, ideya əsasında yaranmış birlik, ya da siyasi (dövlət) icma olacaqdır. Lakin bundan artıq heç nə ola bilməyəcək.
Dünya xalqları təkcə xarici görünüşləri, mədəniyyətləri, adət-ənənələri, vərdişləri, əxlaqları ilə fərqlənmirlər. Onlar, bioloqların da təsdiqlədiklərinə görə, genetik səviyyədə də bir-birindən fərqlənirlər. Odur ki zəncilərdən çinlilər doğulmurlar. Bu səbəbdən də bir xalqa bir mədəniyyət, digərinə isə başqa mədəniyyət xasdır. Bu səbəbdən də dünyada dörd min xalq var. İlk baxışdan hamısı bərabər olsa da, əslində, müxtəlifdirlər.
Hələ qədim dövrdən adamları xalq kimi birləşdirən əlamətlər məlumdur. Bu barədə bütöv traktatlar yazılıb. Bioloji xüsusiyyətlər insanları irqlərə, irqləri xalqlara ayırır. Hər birimizin təbiəti (və yaxud cinsi?) bizə nəsildən-nəslə, gedənlərin ardınca gələnlərə ötürülüb… Bu hər zaman və hər yerdə məlum həqiqətdir.
Kişi şalvarının ilk «modeli». Onları 2 min il bundan əvvəl qədim Altayda yun və ipəkdən tikirdilər.
Lakin təkcə Rusiyada belə deyil. Burada insanı tədqiq etmək qəbul olunmur, baxmayaraq ki bu sahədə əldə edilmiş uğurlar çox maraqlıdır. Görünür, buna siyasi ehkamlar mane olur. İsraillilər isə özlərini, öz genetik köklərini öyrənən zaman barmaqlarının ucunda, dərinin üzərindəki şəklə görə heyrətamiz kəşf etdilər. Aydın oldu ki, nəinki hər bir adam, eyni zamanda bütöv xalq da bu əlamətlərə görə fərdi xüsusiyyətə malikdir. Beləliklə, dəri üzərində şəklə görə yəhudi olub-olmamağı müəyyənləşdirməyi öyrəndilər.
Zbruç bütü (X əsr, Qərbi Ukrayna). O, Böyük Çöldə onlarca, yüzlərcə rast gəlinən qıpçaq «qadınlarının» «qardaşıdır».
Bu, irqçiliyə doğru atılmış bir addımdır? Qətiyyən yox, heç kimi irqçiliklə qorxutmaq lazım deyil. Söhbət tamam başqa şeydən gedir: biz hər şeydən əvvəl canlı məxluquq, sonra isə cəmiyyətin üzvü. Biri ilkin, digəri isə ikinci gəlir. Öz təbiətimizi, fərdi xüsusiyyətlərimizi dərk etmək biz insanlara imkan verir ki, həyatın ictimai və başqa hadisələrinin mənbəyini başa düşək. Onlardan nəinki xalqların tarixi, həm də bütün ictimai proseslər başlayır.
“Bioloji sima” hökmdarların hakimiyyətindən asılı deyil; məsələn, türklərin hətta toxumalarının zülalları və sümükləri slavyanlarınkından, vepslərinkindən və digər meşə zonasının xalqlarınkından fərqlənir. Altayın və Çölün təbiəti minilliklərlə özünəməxsus sağlamlığı, özünün dünyagörüşü, özünün ənənəsi və mədəniyyəti olan xüsusi tip insan yaratmışdır. Çox inadkar tipdir. Məhz bu elə qıpçaq xalqıdır! O, fərdidir. Onun bu fərdiliyi təkcə xalqın mədəniyyətində əks olunmur, hətta barmağının ucundakı şəkildə də görünür. Qıpçağı necə adlandırırsan adlandır (qumuq, rus, ukraynalı və s.), onun “bioloji siması” genetik cəhətdən dəyişməzdir… O hər bir şəxsi öz valideynlərinə, əcdadlarına oxşar edir. “Toxum necədirsə, tayfa da elədir”, – hələ qədimdə insanlar bunu fərqləndirə biliblər. Bu gün bu qaydanı dəyişmək istəyirlər; belə hesab edirlər ki, sivil xalqlar özlərinə qapanmalı deyillər… Çox mübahisəli mövqedir, lakin təəssüf ki, o mövcuddur.
Etnoqrafiyada da fizikadakı kimi hər şey öz qanunlarına tabedir, hətta xalqlarda olan fərqlər, onların rəftarı, bu və ya digər xörəyə, içkiyə bağlılığı da qanunlara bağlanır… Bir sözlə, xalqların həyatında təsadüflər olmur.
Məhz etnoqrafiyanın bioloji qanunlarının qəbul edilməməsi üzündən içərisində adamların etnik icmalara (istənilən iri bir şəhərdə italyan, Çin və digərlərinin məhəllələri vardır) bölündüyü və sürətlə yaradıldığı Amerika “xalqının” uğursuzluğu başlanır. Kədərli də olsa, oxşar hadisə ruslar arasında da (həmin məhəllələrə burada da rast gəlmək olar) müşahidə olunur.
İvan Qroznının dövründən Moskva Rusunda adamlar arasında öz yeni məsləkdaşlarına, həmvətənlərinə inamsızlıq, təcavüz, hörmətsizlik hökm sürməyə başlayıb; məsələn, opriçninanı[32] “ruslar” sırasına qəbul edilən türk-qıpçaqlar həyata keçirirdilər. Belə nümunələr minlərlədir. Təəssüf ki, keçmiş xəstəliyin əlamətləri indi də özünü göstərir.
28
Əlbəttə, cəmiyyəti daxildən parçalanmış Ukraynanın çıxılmaz vəziyyətdə olduğunu göstərən digər tarixi dəlillər də var. Lakin bu, ayrıca bir kitabın mövzusudur.
29
Malorossiya – Ukraynanın keçmiş adı
30
Velikorossiya – Rusiya
31
Xəlvətcə dinlənilən söhbətdən: “Sən bilirsən, moskallar “pıvo” sözünü necə tələffüz edirlər?” ‒ “Necə?” – “Pi-i-vo!” – “Nifrət edirəm”.
32