Avropa. Türklər. Böyük Çöl. Murad Acı

Читать онлайн.
Название Avropa. Türklər. Böyük Çöl
Автор произведения Murad Acı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952243734 



Скачать книгу

Polotsk knyazlığında da, uzaq Kiyevdə də göründülər.

      Kiyev knyazları Ruotsidən – Skandinaviyadan əvvəllər aldıqları dəstəkdən məhrum oldular. Bundan da qonşular faydalandılar, zəif Novqorod knyazı Kiyevə hücum etdi və onu asanlıqla ələ keçirdi. Kiyev artıq yox idi! Çökməkdə olan şəhər müqavimətsiz təslim oldu. Hər şey limandakı körpüdə baş verən kiçik döyüşdə həll edilmişdi, şəhərin yeni sahibi məhz orada müəyyənləşdi.

      Salnamədən gələn, “vəhşi kimi” yaşayan slavyanlar haqqında olan ifadə maraq doğurur. Görünür, “katsap”, türk dilində “saqqallı keçi” ifadəsi məhz o vaxt, Kiyevin “yeni” və “köhnə” sakinləri arasında tez-tez baş verən toqquşmalar zamanı dilə daxil olmuşdur. “Vəhşi həyat tərzi” və onlardan gələn qoxuya görə slavyanları belə adlandırırdılar. Cavabında isə “xoxol” sözü eşidilirdi, guya söyüş kimi səslənirdi, lakin bu sözün həqiqi mənasını slavyanlar, əlbəttə ki, bilmirdilər.

      Zaman və hadisələr dayanmadan slavyanların xeyrinə işləyirdi, tale onların üzünə gülürdü, baxımsız qalmış ölkədə onların qızıl dövrü gəlib çatmışdı! Ətrafda vəziyyət nə qədər çətin idisə, onlar üçün bir o qədər əlverişli idi. Xüsusilə Kiyevdə hakimiyyətə novqorodluların adamı, qanına görə varyaq, ruhuna görə slavyan olan Vladimir gələndən sonra. Meşədən gələnlər rusların yaratdığı, sonra onlar üçün tərk etdikləri ictimai boşluğu tezliklə doldurdular. Varyaqlar Rusu slavyanlara qoyub getdilər. “Sadəcə, elə-belə” qoyub getdilər. Daha doğrusu, əvvəlki itaətkarlıqları və köləlikləri müqabilində onlara təhvil verdilər.

      Lakin Kiyev Rusunun əhalisində xalq birliyi hiss olunurdumu? Orada, rus alimlərinin inandırmağa cəhd etdikləri kimi, rus xalqı formalaşa bilərdimi?

      Reallıq bunun əksini göstərir: XII əsrdə Kiyev dövləti ayrı-ayrı knyazlıqlara bölündü. Hansılara, necə və niyə? Bu başqa məsələdir. Lakin fakt faktlığında qalır – dövlət parçalandı və buxarlandı! O, bir neçə on il güclə müqavimət göstərərək əzablı ölümə düçar oldu.

      Novqorodun tozağacı qabığı üzərindəki yazıları bunu inandırıcı şəkildə sübut edir. Akademik V.L.Yanin yazır ki, bu fərmanlar “əvvəllər sanki mübahisəsiz qəbul edilən bir sıra problemlərin həllinə yenidən baxmağa imkan verdi”.

      Həqiqətən, qədim Rus dövlətinin yaranma mexanizminə indiki baxış köklü surətdə dəyişilməlidir. Ümumiyyətlə, bu, iki müxtəlif mədəniyyətin, türk və slavyan mədəniyyətlərinin birləşdirilməsi cəhdi idi. Kiyev və Novqorod mədəniyyətləri bir çox əlamətlərinə görə bir-birindən fərqlənirdi; məsələn, novqorodluların dili, Yaninin “Cənubi Baltik slavyanları” adlandırdığı venedlərin dialekti idi. Yerli kiyevlilərin dili tamamilə başqa idi.

      XII əsrdə tozağacı qabığı üzərində yazılmış slavyan yazıları. Yazı run ilə mü qa yisədə tamam başqadır.

      Gördüyümüz kimi, slavyanlara miras kimi qalmış Kiyev Rusu onların siyasətinin məhsulu deyildir. Ona görə də o, daimi ola bilməzdi: kometa kimi səmada parıldadı və sönüb yoxa çıxdı.

      Rus çox sürətlə söndü, o, sadəcə olaraq parçalanmadı, düşmənçilik edən knyazlıqlara bölündü: hakimiyyətdəkilər və xalq qarşılıqlı öhdəliklər olmadan birgə yaşaya bilməzlər. Hakimiyyəti ələ keçirmək böyük əziyyətdir. Lakin onu əldə saxlamaq yüz dəfə artıq ağır zəhmət tələb edir.

      Belə olmuşdur… Lakin nəyə görəsə ənənəvi Rusiya tarixində olan məntiqsizlik heç kəsi narahat etmir; məsələn, niyə ukraynalılar novqorodlulardan, voloqdalılardan, vyatiçilərdən fərqlənirlər? Təkcə xarici görünüşləri ilə fərqlənmirlər. Elə götürək geyimlərini, mətbəxlərini, mahnılarını, tikililərini və s. Hər şeydə fərq var!

      Burada təəccüblü heç nə yoxdur, çünki Rus və Ukrayna heç də bir ölkə demək deyil. Onların arasında münasibət çox qısa, XIII əsrin ortalarına qədər, cəmi yetmiş[26] il olmuş, sonra isə tamamilə kəsilmişdir. 1620-ci ildə onu bərpa etmişlər. Ancaq necə?

      Ukraynanın Rusiyaya yenidən birləşməsi haqda sənədlər onu göstərir ki, “birləşən” tamamilə müxtəlif xalqlar idi, onar heç bir-birini başa düşmür, tərcüməçi tolmaçların köməyi ilə ünsiyyət qururdular. Belə ki, V.Buturlinin başçılığı ilə Ukraynaya gələn ilk Moskva səfirliyinin tərkibində iki tərcüməçi – türk Bilal Baytsa və Stepan Konçinski var idi. Onlar “yadelli-çerkasların” (Rusda kazakları belə adlandırırdılar) və “litvinlərin” (yəni qərbi ukraynalıların) yanına gedirdilər. Birincilər türkcə, ikincilər isə “rus” slavyanlarının o qədər də başa düşmədiyi slavyan dilinin dialektlərinin birində danışırdılar.

      İki xalqın “birləşməsi” çətin, demək olar ki, açıq qarşıdurma şəraitində başlandı. Bu “birləşmənin” mahiyyətini isə II Yekaterina öz göstərişlərindən birində belə izah edirdi: “Yumşaq üsullarla elə vəziyyətə gətirib çıxarmaq lazımdır ki, onlar ruslaşsınlar və meşədəki canavarlar kimi baxmasınlar…” Bu, Ukraynanın müstəmləkələşdirilməsi deyilsə, bəs nədir?

      Getman hakimiyyətini ruslar ləğv etdilər “…ki, əsrlərboyu getman adı yox olsun, heç bir şəxs bir daha bu səviyyəyə qaldırılmasın”. Ukrayna kilsəsini də başsız qoydular, çünki ruslar ona da şübhə ilə baxırdılar, belə ki, Rus kilsəsinin rəhbərləri xoxolları öz dindaşları hesab etmirdilər. Lakin kilsə xadimlərini qovmadılar, onları dini rütbələrindən məhrum etmədilər, öz yanlarında kilsə vəzifələrinə təyin etdilər (Matskeviç və başqalarını).

      “Əbədi ittifaqa” çar II Aleksandr son qoydu: onun 30 may

      1876-cı ildə verdiyi fərmana görə, ukrayna dilində danışmaq, kitab buraxmaq, onu məktəbdə tədris etmək, hətta bu dildə mahnı oxumaq da qadağan olunurdu… Beləliklə, ukrayna dili ildən-ilə daha başadüşülən, ruslar üçün qulağa yatımlı olurdu.

      Əgər ukraynalılar, həqiqətən də, başqa yox, məhz slavyan kökənlidirlərsə, onda niyə digər “rus” slavyanları, məsələn, novqorodlular türklər kimi başlarına papaq qoymurlar, türklər kimi çəkmə, şalvar, yanyaxa köynək geymirlər? Niyə onlar türklər kimi həzin mahnılar oxumur, türklər kimi qızğın və təsirli rəqs etmirlər? Niyə novqorodlu üçün at sadəcə yabı, nəqliyyat vasitəsidir, amma qıpçaq üçün (qoy ukraynalı, rus və ya başqa cür adlansın) at onun ruhunun, bədəninin davamıdır, onun ikinci “mən”idir?

      Suallar minlərlədir, lakin onlar hamısı tarixin qərəzli surətdə saxtalaşdırılması haqqındadır.

      Yalan o qədər ayaq tutub ki, indi heç kəs həqiqətin və cəfəngiyyatın harada olduğunu fərqləndirə bilmir. Baxmayaraq ki hər şey göz qabağındadır, Ukraynada qıpçaq mədəniyyəti qorunub-saxlanılmışdır!

      Moskva Rusu ilə Ukrayna arasında XVII əsrdə meydana gələn münasibətlər elə ilk gündən ikimənalı xarakter aldı. Bu, günümüzə qədər davam edir: bir şey danışılır, digər hərəkət edilir. Moskva və onun yüksək dairələri həmişə “kozak torpağının” əhalisinə öz düşmənləri kimi baxmışdır; V.N.Tatişşevin sözlərinə görə, onlardan “Rusiya dövlətinə dəfələrlə qiyamlar



<p>26</p>

Rəsmi Rusiya elmi iddia edir ki, məhz bu yetmiş ildə rus xalqı formalaşıb (?!). Qəribədir və ağlasığmazdır.