Avropa. Türklər. Böyük Çöl. Murad Acı

Читать онлайн.
Название Avropa. Türklər. Böyük Çöl
Автор произведения Murad Acı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952243734 



Скачать книгу

kimlər təmsil edirdi, hakimiyyətdə kimlər idi və kimlərə Rusun adından danışıqıar aparmaq etibar edilirdi.

      “İlk rus adamlarının ‒ varyaqların və onların drujinaçılarının adları skandinav mənşəli idi”, ‒ deyə məşhur rus tarixçisi V.O.Klyuçevski (1841–1911) qeyd edirdi. Təbii ki, belə də olmalı idi, axı onlar varyaq idi! Özü də isveç dilində danışırdılar. Adıçəkilən müqavilədə rus və yunanların “satın alınmış kölə” olmadıqlarını sübut edən bir neçə maraqlı sətir var. Başqa cür desək, ruslar və yunanlar özlərini kölə tacirləri kimi təqdim edirdilər.

      Lakin müqavilənin bu maddəsi slavyanlara aid deyildi. Slavyanlar ruslar üçün “canlı satlıq məhsul”, hərbi qənimət, gəlir mənbəyi rolunu oynayırdılar. Bizans imperatoru Qırmızı xalatlı VII Konstantin və digər müəlliflər yazırdılar ki, onları (slavyanları) ruslar qul bazarlarında satırdılar. Avropada “slavyan” və “qul” sözləri sinonim təşkil edirdi. Bu, indiki Avropa dillərində də qorunub-saxlanılıb: “slave”–“sleyv” (qul)… Əlbəttə, qul bazarlarına türklər, finlər, hətta varyaqların özləri, yunanlar da düşürdülər. Hər şey Taleyin əlində idi.

      911-ci il müqaviləsində slavyan dili haqqında N.M.Karamzinin mülahizələri isə heç inandırıcı deyil. O müqavilənin rus mətni dünya xalqlarının hər birinin dilində yazıla bilərdi, bircə slavyan dilindən başqa – hakimlər kölələrin dilində yazmırdılar.

      Başqa bir ehtimal daha ağlabatandır: əgər müqavilənin ikinci (itmiş) surəti mövcud olubsa, onda bu ancaq türk dilində tərtib oluna bilərdi. Bizans Skifiya ilə, yəni Böyük Çöllə yazışmalarını beş əsr boyunca türk dilində aparıb. Hakimiyyətləri dövründə varyaqlar da türk dilini öyrənə bilərdilər. Bu dil o vaxt Mərkəzi Avropada millətlərarası münasibət dili idi.

      Belaya Vejadan (Xəzər Sarkeli) dəqiq damğası olan sümük lövhə. 960-cı illər.

      Yeri gəlmişkən, bu haqda Karamzinin özü də bir neçə səhifə sonra belə yazır: “X əsrin ortalarında Rusiyada iki dildə danışırdılar… Norman əsilli knyazlarımız və əyanlarımızın öz aralarında danışdıqları və sonradan bolqarların slavyanlar üçün ümumi dil olan doğma dillərini unutduqları kimi, onların da dəyişdirdikləri dil rus dili adlanırdı”.

      Lakin Karamzini çox ehtiyatla oxumaq lazımdır, onun mətnində sadəlövh adamlara hər səhifədə tələlər qurulub. Bax gətirilən sitatda da həqiqət axıra qədər deyilməyib – əgər öz dillərinı yaddan çıxarıblarsa, onda bolqarlar kimlər idi? Bolqarların ana dili nə olmuşdu?

      Cavab yenə də Karamzinin özündədir: “Çoxları onları slavyan hesab edirdi, lakin Bolqarlar əvvəllər xüsusi bir dildə danışırdılar. Onların qədim adları tamamilə slavyan adları deyil, Türk adlarına oxşayır, adətləri də həmçinin… Bizans tarixçiləri Uqr və Bolqarları Hun adlandırırlar”. Tamamilə doğrudur, Bolqarısatanı xanlar idarə edirdilər. Nə slavyanlarda, nə də yunanlarda xan olub. Ancaq türklərdə torpağı idarə edən belə adlanırdı.

      Dairə qapandı. Söz yığını ilə Karamzin bircə kəlməni ‒ “bolqarlar qıpçaq türkləridir” ifadəsini bacarıqla gizlədirdi. Kiyev Rusunun rəsmi dili qıpçaq dili idi, varyaqların ölkəyə gəlməsi ilə qısa müddətə ikidillilik meydana gəldi: skandinav və türk dilləri… Beləliklə, hər şey öz yerini aldı, hadisələrdə məntiqilik yarandı.

      Öz zamanında rus salnaməçiliyinin bilicisi sayılan akademik A.A.Şaxmatov (1864–1920) müəyyənləşdirmişdi ki, Rusiyanın əsas salnaməsi olan “Ötən illərin dastanı” ən azı iki dəfə əsaslı surətdə dəyişdirilib. Sonrakı tədqiqatçılar dəqiqləşdirdilər ki, onun ayrı-ayrı hissələri beş dəfə dəyişdirilərək təzədən yazılıb. Nəticədə Kiyev Rusunun tarixində qara ağa, yaşıl qırmızıya çevrildi. Nestorun[22] əsərindən əsər-əlamət də qalmayıb.

      Uydurma və ehtimalları xronoloji cəhətdən müqayisə edən Şaxmatov sübuta yetirdi ki, 945-ci ilə qədər Rusiyanın əsas salnaməsində cəmi dörd epizod həqiqətəuyğundur. Qalanları sonrakı “yazıçıların” vicdanlarına buraxılır.

      Şaxmatovun fikrincə, salnamələr (digər tarixi ədəbiyyat kimi) Rusda qədimdən “mənəvi cəhətdən tərbiyə etmək əvəzinə dövlət siyasəti məqsədinə xidmət göstərirdi”, ona isə həqiqətdənsə, əfsanə, yalan daha çox arzuediləndir…

      Digər bir məşhur rus tarixçisi P.N.Milyukov ilə də razılaşmamaq mümkün deyil; o, 1898-ci ildə yazırdı: “XV əsrin sonu – XVI yüzilliyin əvvəllərində onlar (rus tarixçiləri) artıq salnaməçilərin öz dövrünün hadisələrinin birtərəfli izahı ilə kifayətlənmir, keçmiş hadisələrin təsvirinə və izahına yeni (digər məqsədlərə xidmət edən) əlavələr edirdilər. Moskvanın siyasi iddialarını, Moskva dövlətinin bütün Rusa, Kiyev mirasına, nəhayət, Bizans imperatorlarının hakimiyyətinə sahib çıxmaq hüquqlarının ədalətli olduğunu sübut etməyə çalışan bir sıra yarırəsmi əfsanələr meydana çıxdı.

      XII əsr Kiyev Rusundan olan qadın bəzəkləri: qızıl və gümüş koltlar. Buna oxşar bəzəklər dəfələrlə Böyük Çölün ərazisində tapılmışdır.

      Bax sən demə, məhz bu vaxt, XV–XVI yüzilliklərdə Rusiyada “Moskal tarixi” meydana gəlib. Elə o vaxtı Rusiyanın tarixinin yenidən yazılması indiki miqyasını aldı. Növbəti dəfə Rus tarixini yenidən təhsis edəndə akademik-muzdurlar hər şeyi şübhə altına alır, elə hey mübahisə edirdilər. Hətta inkarı mümkün olmayanı da. Hakimiyyət və informasiya üzərində olan inhisarına arxalanaraq akademik B.A.Rıbakov və onun kimi “elm adamları” insanlarda yalançı vətənpərvərlik hissi aşılayır, açıq cəhalət formalaşdırırdılar. Onlara hər şey icazə verilmişdi.

      Eyni zamanda digər alimlər də işləyirdilər, onlar elm naminə çalışırdılar. Onlar az deyil; məsələn, akademik V.L.Yanin 1994-cü ildə, senzuranın zəiflədiyi dövrdə vicdanla yazırdı: “IX–XII əsr hadisələri haqqında əsas mənbə “Ötən illərin dastanı” salnaməsidir, lakin onun daha sonrakı yüzilliklərdə redaksiya olunmuş variantı saxlanılıb. Onun XII əsrin əvvəllərində yazılmış əsası isə əfsanəvi elementlərlə doludur, sonrakı redaktələr sayəsində bu elementlər daha da artırılmışdı… Buradan da mifoloji elementlərin sayı, necə deyərlər, iki dəfə artmışdır, əfsanənin üzərinə tədqiqatçılar tərəfindən yaradılmış yeniləri əlavə olunurdu”.

      Yazıq rus tarixi… Onun başının üzərindəki səma indi hesab olunduğu qədər də aydın deyil, buludludur. Onda həyat adlanan, yazarların kitablarına düşməyən çox maraqlı səhifələri olmuşdur… V.L.Yanin dönə-dönə haqlıdır. O israr edir ki: “Tarix haqda təsəvvürləri onda kök atmış əfsanələrdən yalnız mənbəşünaslığın tənqidi metodlarından istifadə etməklə təmizləmək olar”.

      Tarixi çirkab quyusu kimi vaxtaşırı təmizləmək lazımdır.

      Özbaşınalığın əsasını Vladimir Monomax[23] qoydu. O, 1116-cı ildə Nestorun salnaməsini Peçora monastırından götürub saray monastırı Vıdubitskə gətirdi, orada mətn iqumen[24]



<p>22</p>

Nestor – XI–XII əsr rus tarixçisi və publisisti. Kiyev-Peçora lavrasının rahibi olduğu güman edilir. Bəzi tədqiqatçıların fikrincə, “Ötən illərin dastanı”nın birinci redaksiyasının müəllifidir.

<p>23</p>

Vladimir Vsevolodoviç Monomax (1053–1125) – böyük Kiyev knyazı, sərkərdə, yazıçı

<p>24</p>

İqumen – kişi monastırının başçısı