Paris Notrdam kilsəsi. Виктор Мари Гюго

Читать онлайн.
Название Paris Notrdam kilsəsi
Автор произведения Виктор Мари Гюго
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952241884 



Скачать книгу

href="#n15" type="note">15 göstərmək üçün böyük mərmər masanın qarşısındakı kiçik qübbə müəyyənləşdirildi. Qapının düz üst tərəfindəki dairəvi pəncərənin şüşəsi sınmışdı. Bütün rəqiblərin başlarını bu dairəvi dəlikdən soxacaqlarına qərar verildi. Qərara alındı ki, hər kəs öz qrimasının təsirini azaltmamaq üçün üzünü bir şeylə örtəcək və ona növbə gəlincəyə qədər kiçik məbədin içərisində gözləyəcəkdir. Məbəd dərhal rəqiblərlə doldu, bundan sonra qapını bağladılar.

      Qrimas tamaşası başlandı. Pəncərədə görünən birinci sifətin göz qapaqları çevrilmiş, ağzı yırtıcı heyvan ağzı kimi ayrılmış, alnı isə çəkmə boğazı kimi qırışdırılmışdı. Bu sifət kütlənin şən qəhqəhəsinə səbəb oldu. Birinci sifətin dalınca ikinci, üçüncü və daha başqa-başqa sifətlər göründü. Bu sifətlərin hər biri gurultulu qəhqəhələr və ayaq tappıltıları ilə qarşılandı.

      Üçbucaqdan trapesiyaya qədər, konusdan çoxbucaqlıyadək bütün həndəsi fiqurları xatırladan eybəcər sifətlər silsiləsini təsəvvür edin. Bu sifətlər müxtəlif şəkillərə düşür, gah qəzəb, gah da ehtiras ifadə edir, cürbəcür yaşda olan insanları yamsılayaraq gah yenicə doğulmuş uşağın, gah da can verən qoca qarının üz qırışlarını ifadə edir, özlərini müxtəlif mifik məxluqlara, heyvanlara bənzədirdilər. Hər şey bir-birinə qarışmışdı, it yiyəsini tanımırdı. Böyük salon həyasızlıq və çılğınlıq meydanına çevrilmişdi.

      Pəncərədən başını çıxaran həndəsi kombinasiyalardan ibarət sifətlər get-gedə coşmaqda olan camaatın xəyalında yaranan eybəcər obrazını təmin etmirdi. Elə bu an pəncərədə qəribə bir sifət göründü. Həqiqətən qeyri-adi olan bu sifət xalqı heyran edə və birincilik mükafatını qazana bilərdi. Dördbucaqlı burnu, nala bənzər ağzı, sağ gözü büsbütün iri bir ziyilin altında qaldığı halda, sapsarı qaşlarla örtülmüş xırdaca sol gözü, qala divarı qüllələrinə bənzəyən mırıq və əyri-üyrü dişləri, fil dişi kimi iki köpək dişi görünən çatlamış dodaqları, xüsusilə bu əcaib simada əks olunan heyrəti və məyusluğu təsvir etmək çətindir.

      Bütün xalq bir ağızdan bağırdı. Hamı məbədə doğru hərəkət etdi, təlxəklərin papasını böyük təntənə ilə əlləri üstündə bayıra çıxartdılar. Bu zaman xalqın heyrəti ən yüksək dərəcəyə çatdı; məlum oldu ki, bu eybəcərlik onun sifətinin həqiqi ifadəsi imiş; daha doğrusu, onun bütün vücudu eybəcərlikdən başqa bir şey deyilmiş. O, parçalanmış və biçimsiz şəkildə bitişdirilmiş divə bənzəyirdi!

      Təpəgözə bənzəyən, eni uzununa bərabər, yarıqırmızı-yarıbənövşəyi kamzol16 geyinmiş və gümüş zınqırovlarla bəzənmiş bu eybəcər vücud məbəd qapısında görünər-görünməz kütlə dərhal onu tanıdı və bir ağızdan bağırdı:

      – Bu ki zəngçalan Kvazimododur! Bravo! Bravo!

      Tələbələr bağırırdı:

      – Hamilə qadınlar, özünüzü gözləyin!

      Həqiqətən də, qadınlar dərhal üzlərini əlləri və yaylıqları ilə örtdülər.

      Qadınlardan biri:

      – Tfu, nə murdar meymundur! – dedi.

      – O nə qədər eybəcərdirsə, o qədər də kinlidir! – başqa bir qadın əlavə etdi.

      Üçüncü qadın dedi:

      – Bu, bir iblis mücəssəməsidir…

      Bütün bu səs-küyə səbəb olan Kvazimodo isə kiçik məbədin qapısı ağzında ciddi və qaşqabaqlı bir halda dayanaraq kütlənin ona tamaşa etməsinə yol verirdi.

      Kvazimodonun görünüşünə heyran olan Kopenol ona yaxınlaşdı:

      – And olsun Allaha, mən ömrümdə bu cür eybəcər görməmişəm. Sən yalnız Parisdə deyil, Romada belə papa olmağa layiqsən!

      Kopenol sözünə davam edərək:

      – Sən mənim xoşuma gəlirsən, – dedi. – Mənə on iki Tur livri17 qiymətinə başa gəlsə belə, səninlə bir yerdə əylənməkdən vaz keçməzdim. Dostum, bu barədə sənin firkin nədir?

      Kvazimodo isə susmaqda davam edirdi.

      Qadınlardan biri Kvazimodonun kar olduğunu Kopenola anlatdı.

      O, qəhqəhəylə gülərək:

      – Karmış! – dedi. – Daha yaxşı! Demək, o, əsl papadır!

      Kvazimodo qımıldanmadan, bir növ, məğrur itaətlə təlxək paltarının əyninə geyindirilməsinə icazə verdi. Bundan sonra onu bəzəkli xərəyə mindirdilər və təlxəklər məclisinə mənsub on iki nəfər onu çiyninə qaldırdı. Çirkin ayaqları altında gözəl, mütənasib və incə vücudlu adamların başlarını gördükdə bu təpəgözün eybəcər sifətində acı təbəssüm və nifrət göründü. Hay-küy salan səfillər dəstəsi, adətə görə, sonra Parisin küçələrini gəzməyə yollandı.

* * *

      Pyer Qrenquar məhkəmə salonundan çıxanda artıq küçələr zülmətə qərq olmuşdu. Bununla belə, Qrenquar qaranlıqdan heç də narazı deyildi: o, rahat düşünmək üçün kimsəsiz bir küçəyə can atırdı. Üşüyə-üşüyə gəlib Qrev meydanına çatdı. Pyesin müvəffəqiyyətsizliyi onu soyuğa qarşı daha da həssas etdiyindən Qrenquar meydanın ortasında qalanmış ocağa yaxınlaşdı, diqqətlə baxdıqda camaa- tın bura yalnız ocağa baxmaq arzusu ilə gəlmədiyini anladı.

      Ocaqla camaat arasındakı boşluqda gənc bir qız rəqs edirdi. Qrenquar skeptik bir filosof olmasına baxmayaraq, ilk dəqiqədə bu gənc qızın insanmı, pərimi, yoxsa məlaikəmi olduğunu kəsdirə bilmədi. Qızın parlaq siması onu elə heyran etmişdi ki…

      Gənc qız çox da ucaboylu deyildi, lakin belinin incəliyi onu ucaboylu göstərirdi, üzü əsmər idi, lakin işıqda əsmər üzü Roma və Əndəlis qızlarına məxsus qızılı rəngə çalırdı. Zərif, incə ayağına kiçik və gözəl başmaqlar geyinmişdi. Köhnə İran xalısı üzərində rəqs edərək fırlanırdı; rəqs edərkən parlayan siması cilvələnir, iri qara gözləri adamı şimşək kimi kor edirdi.

      Hər kəs mat-mat ona baxırdı. İncə əlləri ilə zərif və kiçik başı üzərində tutub çaldığı qavalın səsinə oynadığı zaman belini “qucaqlayan” qızılı rəngli korseti, rəqs edərkən yellənən ala-bəzək tumanı, çılpaq çiyinləri, tumanının altından görünən nazik və gözəl ayaqları, qara saçları və parlayan gözləri ilə o, ilahi xilqətə bənzəyirdi.

      – Yarəb! – Qrenquar düşündü. – Bu ki bir Səməndər quşudur, gözəl bir pəridir, bir ilahədir, Menad dağından enmiş Vakx kahinəsidir!

      Qız yerdən iki şpaqa18 götürüb iti uclarını alnına dayadı. Özü bir tərəfə fırlandığı halda, şpaqaları başqa bir tərəfə fırladırdı. Qrenquar ona tərəf atılan pullardan anladı ki, o, sadəcə, bir qaraçı qızıdır. Qrenquarın məyusluğu nə qədər böyük olsa da, bu tamaşada onun gözəlliyinə və cazibəsinə qapılmaqdan özünü saxlaya bilmədi. Ocağın qırmızı



<p>16</p>

Kamzol (fr. camisole) – kişi üst geyimi; məxmər və digər qalın parçalardan tikilən dizəcən geyim növü

<p>17</p>

Tur livri (fr. livre tournois) – Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı

<p>18</p>

Şpaqa (ital. spada) – soyuq silah növü olan uzun qılınc. Uzunluğu, əsasən, 1 m olan şpaqanın hər iki tərəfi kəsicidir.