Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Bu romanda da böyük satira ustası uşaqların gözü ilə böyüklərin necə göründüyünü oxucuya çatdırır. Bu romanda uşaqlar valideynlərini, müəllimlərini və böyüklərini tənqid edir. Roman iki turk uşağın, Əhməd və Zeynəbin məktublaşmasindan ibarətdir. Əvvəllər İstanbulda eyni sinifdə oxumuş bu iki uşağın yolları, Zeynəbin atasının işi ucbatından ayrılmalı olur . Zeynəbgil atasının Ankarada yeni girdiyi işinə gorə Ankaraya köçməli olurlar. Ancaq ayrılarkən bir-birinə söz verirlər ki, tez-tez məktublaşacaq, xəbərləşəcək, biri-birlərinə məktəbdə baş verənləri danışacaqlar. Elə də edir bu iki vəfalı dost. Həqiqətən də biri-birlərinə mütəmadi olaraq məktublar yazaraq məktəbdə baş verənləri danışırlar.
Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən İncə Məmməd romanı Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilkromanı «„İncə Məmməd“»-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir. Anadolu xalqının savadsızlığı, cəhaləti, kənd həyatının səfaləti və kənd ağalarının bölgələrə hakim olmasına üsyan xarakterli romandır. Dəyirmanoluq kəndinin sakinlərinə kənddən qırağa çıxmağa icazə yoxdur. Onlar buranın öz qayda qanunları ilə yaşamaq məcburiyyətindədirlər. Abdi ağa kənddə qanunları müəyyənləşdirir. Xaricdən heç kim kəndə gələ bilməz. Kəndin uşaqlarından İncə Məmməd günlərdir Abdi ağanın tarlasında işləyir, amma Abdi ağa onun anasını və özünü döyməyə davam edir. Məmməd artıq bu vəziyyətdən bezir və Kəsmə kəndində yaşayan Süleyman adlı kəndliyə sığınır. Məmməd güclə də olsa kənddən qaça bilmişdir. Məmməd qışı Kəsmə kəndində keçirir və burada çobanlıq edir. Anası və kəndi üçün darixsa da geri qyimamaqda qərarlıdır. Bir gün onun kəndindən biri onu görür və bu xəbəri anası – Dönəyə çatdırır. Xəbər ağızdan-ağıza yayılır və sonda Abdi ağanın qulağına gedib çatır. Abdi ağa Məmmədi Süleymanın evindən alıb kəndə qaytarır. O yay Məmməd Abdi ağanın tarlasında işləyir və Abdi ağa ona cəza olaraq ancaq məhsulun dörddə birini verir. Məmməd və anası qışı böyük çətinliklə keçirirlər. Bir neçə il sonra Məmməd və dostu Mustafa ilk dəfə qəsəbəyə gedirlər və yolda cəsur Böyük Əhmədlə qarşılaşırlar. Qəsəbədəki həyat Məmmədə böyük təsir göstərir. Ağaların olmadığı bu həyat onu cəzb edir. Məmməd sevgilisi Hatçenin Abdi ağanın qohumu ilə evləndiyi öyrənəndə növbəti gecə Hatçeni qaçırıb kənddən uzaqlaşırlar. Onları tapmaq üçün Abdi ağan, adamları və qohumu yola düşürlər. Aralarında döyüş baş verir. İncə Məmməd Abdi ağanın qohumunu öldürür, onun özünün isə yaralayır. Hatçe isə onların əlinə keçir. Məmmədin sığınacağı olmadığı üçün Dəli Durdu adlı şəxsin qrupuna qoşulur, amma onun etdiyi haqsızlıqlardan sonra ondan nifrət edir. Bu zaman Abdi ağa Hatçeni cəzalandırmaq üçün jandarmaya qohumunun Hatçe tərəfindən öldürüldüyü bildirir və Hatçe həbsxanaya salınır. Sonda Məmməd dostları Rəcəb Çavuş və Cabbar ilə Dəli Durdunun qrupundan ayrılır. Bir gecə kəndinə gələndə anasının öldüyünü və Hatçenin başına gələnləri öyrənir. Abdi ağanı təqib etməyə başlayır. Abdi ağa Məmmədi öldürmək üçün plan qurur. Məmməd isə Hatçeni və dostunu həbsxanadan qaçırır, kəndliləri Abdi ağaya qarşı gəlmələri üçün ürəkləndirir. O qış kəndlilərdən heç biri Abdi ağa üçün işləmirlər. Abdi ağa Ankaraya teleqraf çəkib Məmmədin yerini deyir. Jandarmalar Məmmədi sıxışdırırlar və atışma başlayır. Bu zaman Hatçe doğum edir. Buna görə təslim olur, amma Hatçeni vururlar. Aylardır onu qovalayan Asim Çavuş ona bir şans verir və əsgərləri ilə geri çəkilir. Yeni doğulan uşağını Hatçenin dostu İraz alıb Qaziantepdəki bir kəndə aparır. Məmməd kəndə gəlib Abdi ağanı öldürür. Bütün kənd bayram keçirir. Məmməd isə dağlara gedir və ondan bir daha xəbər çıxmır.
Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır. Nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir.
Yazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin Buqələmun romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və meşşan həyatı sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərən söhbət açılır. Romanda ər-arvad münasibətlərinin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilabı usta bir qələmlə təsvir olunmuşdur. Maraqlı üslubu ilə seçilən əsərdə yalnız, insana təsir edən hadisələrin gedişatı yox, böyüksarsıntı keçirən bir ailəyə lazım olan önəmli elmi-psixoloji məsələlər də yer almışdır.
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....