Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi “Xəmsə” ilə bərabər ömrü boyu lirik şeirlər yazmış və iyirmi min beytlik bir divan tərtib etmişdir. Nizaminin əldə olan lirik irsi klassik Şərq şeirinin üç əsas şəklini – qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir. Hal-hazırda əldə olmayan bu divandan yalnız altı qəsidə, yüz iyirmi qəzəl, otuz rübai məlumdur. Yüksək sənətkarlıqla yaradılan və məzmun zənginliyi, ideya dərinliyi ilə diqqəti cəlb edən bu şeirlərə nikbin ruh hakimdir. Lirikalarında xalq mövqeyindən çıxış edən şair dövrünün kəşməkəşli hadisələrinə ayıq münasibət bəsləyir, gah qəzəbini və heyrətini, gah xəbərdarlıq və şikayətlərini, gah qorxu və inamını əks etdirir, ədalətin, düzlüyün, dostluğun, əməksevərliyin bərqərar olmasına çalışır. Gah müəllim olub ağıllı nəsihətlər verir, gah ittihamçıya çevrilib haqsızlığa, zülmə, acgözlüyə, riyakarlığa ölüm hökmü oxuyur.
"Şəbəkə" xalq sənəti və qəribə şahzadə Kərim haqqında hekayətdir. Hekayət Şəki xanlarının sarayından bəhs edir. «Azərbaycanda başqa qədim abidə olmasaydı belə, bütün dünyaya yalnız Şəki xanlarının sarayını göstərmək bəs edərdi». Nazim Hikmət
Maksim Qorkinin «Uşaqlıq» əsəri bütün bu xoş hadiəsələrdən uzaq, çətin keçən bir uşaqlıq dövrünü əks etdirən avtobioqrafik əsərdir. Yazarın öz həyatı haqqında yazdığı 3 əsərdən biri olan «Uşaqlıq» kitabında atasının ölümündən sonra başlayan çətin günləri, ailəsi ilə, nənə babası ilə yaşadığı hadisələr öz əksini tapmışdır.
Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. Əsərin qəhrəmanı İda ürəkdən bağlandığı Edvardın “məhəbbət toru”na düşərək başına gələn dəhşətlə mübarizə aparmalı olur. Ailəsinin təzyiqləri altında yaşayan İda bu mübarizədə məğlub olur və ölümü seçir. Əsərdə Drayzer təkcə qəhrəmanlarının daxili aləmini, daxili faciəsini göstərməklə kifayətlənmir, həm də bu faciələri törədən səbəblərin izahını verir.