İndi sizə təqdim olunan və 1891–1892-ci illərdə qələmə alınmış hekayələrdən ibarət ilk silsilədə Şerlok Holmsla ayrılmaz dostu doktor Vatson yenə bir-birindən maraqlı macəraların ağuşuna düşürlər. Məşhur xəfiyyə ənənəsinə sadiqdir – o ən ağlasığmaz, mürəkkəb cinayətlərin üstünü qeyri-adi üsullarla, böyük məharətlə açır. Oxucular Doylun başqa bir məşhur personajı – İren Adlerlə də məhz bu kitabda tanış olacaqlar.
İsmayıl Şıxlının «Ölən dünyam» romanı ədibin son əsəridir və yalnız müəllifin yaradıcılığında deyil, ümumilikdə müasir nəsrimizdə yeni hadisə sayılır. Əsərin adı simvolikdir: romanda yaxın tariximizdə yeni siyasi quruluşun – Sovet hakimiyyətinin ortaya çıxması ilə «köhnə dünya»nın başa çatmasına işarə edilir; bu dünyaya mühafizəkar həyat və düşüncə tərzi ilə yanaşı, mərdlik, sədaqət, dürüstlük kimi dəyərlər xasdır.
Bu romanda Siril, Anteya, Robert, Ceyn və Quzu adlı bacı-qardaşlar möcüzəvi Feniks quşu ilə tanış olur, sehrli xalçanın sahibinə çevrilirlər. Bununla da həyəcan dolu macəralar başlayır!
Zaltenə dünya şöhrəti qazandıran isə 1923-cü ildə yazdığı «Bembi» romanı olub. İndiyədək əksər dillərə tərcümə edilən və dəfələrlə ekranlaşdırılan həmin romanın baş qəhrəmanı Bembi adlı maral balasıdır. Bembinin bir-birindən maraqlı macəraları az qala doğulduğu gündən başlayır və oxucuda dərin təsir buraxır.
Balaca oğlu Davidlə dağ evində yaşayan ata ölümünün yaxınlaşdığını duyur və övladını qohumlarının yanına aparmağı qərarlaşdırır. Beləcə, Davidin həyatında yeni və maraqlı bir səhifə açılır.
Müəllif bu əsərdə Fabrisio və Kleliyanın məhəbbət macərası fonunda saray intriqalarına da toxunaraq ümumilikdə XIX əsrin fransız və italyan cəmiyyətini satirik dillə tənqid edib.
A.Düma “Qraf Monte Kristo” macəra romanının mövzusunu yaşadığı dövrdən götürmüşdür. Bundan başqa “Üç muşketyor”, “Dəmir maskalı adam”, “İyirmi ildən sonra”, “Qara zanbaq” kimi əsərləri də sevilərək oxunur.
Uşaqlar üçün nəzərdə tutulmuş bu nəşr hazırlanarkən “Yeddi dastan” kitabından (toplayanı və tərtib edəni Rüstəm Rüstəmzadə, “Azərnəşr”, 1989-cu il), eləcə də qismən Fərman Eyvazlının “Qaçaq Kərəm” romanının motivlərindən istifadə edilib.
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bu kitab «Koroğlu» dastanının sadələşdirilmiş və ixtisar edilmiş variantı olsa da, burada dastanın bütün qolları öz əksini tapmışdır.
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bu nəşr «Kitabi-Dədə Qorqud» dastanının sadələşdirilmiş mətni olsa da, kitabda dastanın bütün qolları əksini tapmışdır.