Bu kitab arzuları anındaca həyata keçirən möcüzəvi daşın – amuletin itən parçasını axtaran uşaqların keçmişə və gələcəyə qeyri-adi səyahətlərindən bəhs edir.
Oxuculara təqdim edilən bu nəşr belə nümunələrdən biri – Qaçaq Nəbi haqqında xalq yaradıcılığının məhsulu olan və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən işıq üzü görən eyniadlı dastan əsasında («Azərbaycan folkloru külliyyatı». XXVI cild. Dastanlar. XVI kitab. Bakı – 2011) çapa hazırlanıb.
Varlı almaz tacirinin qızı olan Saranı hər kəs «şahzadə» deyə çağırır. Lakin günlərin bir günü qızcığazın atası sərvətini itirir, beləcə, Saraya münasibət də dəyişir. Qızcığaz isə içindəki «şahzadə»ni qorumaq üçün mübarizəyə başlayır…
Bu kitabı quracağı dövlətin təməlini dustaq saxlanılarkən atan, Əmir Teymurun öz varislərinə onunla münasibətdə xüsusilə diqqətli və ehtiyatlı olmağı vəsiyyət etdiyi Qara Yusiflə bağlı gizlinlərə işıq tutur.
Bir xanım vaxtilə ona göndərilən əsrarəngiz mirvarilər və illər öncə itkin düşən atası haqqında Şerlok Holmsa danışır. Bununla da Holms və dostu doktor Vatson ağlasığmaz hadisələrin ağuşuna düşürlər.
Londondakı Antil məktəbinin müsabiqədə yüksək yerləri tutan 9 tələbəsi mükafat olaraq Qərbi Hindistandakı müxtəlif adalara gəmi ilə səyahət imkanı qazanır. Onlar müəllimlərindən birinin – Horatsi Pattersonun müşayiəti ilə yola düşürlər. Lakin elə ilk günlərdən maraqlı hadisələr başlayır, gənc səyyahlar isə onları qarşıda daha təhlükəli, həyəcanlı macəraların gözlədiyindən xəbərsizdirlər.
Tanınmış tarixçi Əkbər Nəcəfin (1975) qələmə aldığı bu kitabda siz Ağa Məhəmməd şahın həyat yolu barədə yeni və maraqlı faktlarla tanış olacaq, onun şəxsiyyəti barədə diqqətçəkən mülahizələr oxuyacaqsınız.
A.Taşağılın sizə təqdim olunan bu kitabı türk tarixinin nəhəng siyasi və hərbi xadimlərindən olan Tonyukukun dövrü, həyatı və şəxsiyyəti barədə yeni bilgilərlə zəngindir.
"Mavi Delfinlər adası" romanı özünəxas təhkiyə üslubu, son dərcə dinamik və maraqlı süjet xətti, təsirli məzmunu ilə yaddaqalan əsərlərdəndir.