Bu kitabdan istifadə edənlər, Qurani-Kərimdə olan hər bir sözün ayrılıqdakı mənasını öyrənə bilər. Qurani-Kərimdəki sözlər, əlbəttə, çox zəngin mənalar ehtiva edir. Ancaq burada, Qurandakı kəlmələrin yer aldığı ayələrə ən uyğun mənası hansıdırsa, tərcümədə onun verilməsi məqsəd qoyulub. Beləliklə, bu nəşri oxuyanlar Qurandakı sözlərin mənalarını əzbərləyərək, başqa tərcümələrə baxmadan da ayələri başa düşə bilər. Bunun üçün, əlbəttə, ərəb dilini müəyyən bir səviyyədə bilmək lazımdır.
Qurani-Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi həm Ərəbcə, həm də Azərbaycan dilinə mənaca tərcümə.
Üçlüyün ölümündən artıq beş il keçib. Çöküşdən sonra baş qaldıran qazza üsyanı, Elion tərəfindən basdırılsa da, Draqzin və Zeldan gizlənə bilmişdi. İndi isə, hər kəsi gündən-günə daha dərin qorxuya salan bir həqiqət var idi. Əsrlərdir tanınan ən qəddar düşmən, az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi. Elionun yaratdığı yeni dəstəyə daxil olan Eçso, dəstə üzvləri ilə birgə Draqzini öldürmə tapşırığı alır. Lakin yola çıxmazdan əvvəl, təxmin belə etmədiyi həqiqətləri öyrənir. Elionun illərdir onu hər kəsdən qorumağının, hətta onun özündən gizli saxladığı bir səbəbi var idi. Hansı ki, Draqzin də bilirdi bunu. İlk görüşlərində “Etibar etdiklərinin əsl üzünü görən zaman, səni gözləyəcəm,” demişdi qaranlıq şahzadə.
İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır… Bir vaxtlar özlərinə tanrı deyən uzun ömrlü canlıları düşünün… İki böyük ordunun bir gecəlik qanlı döyüşünü… Günəşin kölgəsində gizlənən düşməni, gecənin qaranlığında görünən qanlı ölümü düşünün… Və bütün bunların ardında öz növbəsini gözləyən Qaranlıq Hökümdarı gözləyin… Hadisələr tarixə, tarix miflərə, miflər kitablara dönüşdü… heç kimin inanmadığı kitablara…
İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır… Bir vaxtlar özlərinə tanrı deyən uzun ömrlü canlıları düşünün… İki böyük ordunun bir gecəlik qanlı döyüşünü… Günəşin kölgəsində gizlənən düşməni, gecənin qaranlığında görünən qanlı ölümü düşünün… Və bütün bunların ardında öz növbəsini gözləyən Qaranlıq Hökümdarı gözləyin… Hadisələr tarixə, tarix miflərə, miflər kitablara dönüşdü… heç kimin inanmadığı kitablara…
"Məsihin qanı" müəllifin ilk kitabıdır. 2015-ci ildə çap olunub. Müxtəlif ovqatlarda yazılmış on bir hekayədən ibarətdir. Bəzi hekayələrdə kədərli, bəzilərində isə gülməli hadisələr qələmə alınıb. Müəllif müxtəlif illərdə keçirilmiş dörd hekayə müsabiqəsinin qalibi olub və iki müsabiqədə mükafatçılar sırasında yer alıb.
Həyatı daim keşməkeşli keçib. Dəfələrlə ölümün bir addımlığından qayıdıb. Ən müəmmalı işlərin öhdəsindən layiqincə gəlib. Həmişə özünü peşəkar prokuror sayıb. Cinayətlərin üstünü açmaq onun üçün iki vur iki imiş. Ta ki, "soyuq cəhənnəm" lə tanış olana qədər. "Soyuq cəhənnəm" heç bir həyat əlamətinin sezilmədiyi, arzuların, xəyalların puç olduğu, neçə-neçə talelərin yarımçıq qaldığı, cəmisi 70-80 nəfər sakini olan bir yerdir. Həmin insanları heç vaxt heç kim ziyarət etmir, hər birinin ölüm tarixi var, hər birinin qəbri onlar bura məcburi yerləşdirildiyi gün qazılıb. Buranın sakinləri xoşbəxtliyin, sevincin nə olduğunu bilmir, onların vücudunu yalnız bir hiss bürüyüb: ağrı. Bu sakinlər cəmiyyətdən təcrid olunublar, hər biri "edam" gününü gözləyir. Və bir gün sakinlərdən birinin intiharı ilə başlayan ölüm hadisəsinin ardınca silsilə qətllər törədilir. "Soyuq cəhənnəm" də baş vermiş bu intiharın orada yaşanılan ağrılarla bir əlaqəsi varmı? Qatil hər addımında meydan oxuyur. Qürurlu prokuror Loğman Əliyev bu çətin cinayət hadisəsinin üstünü aça biləcəkmi? Axtarış zamanı daha böyük çətinliklə qarşılaşan prokuror qanuna tabe olacaq, yoxsa vicdanının səsinə qulaq verəcək?
Qırğız yazıçısı Talib İbrahimov 1940-cı ilin 27 dekabrında Bişkek şəhərində anadan olub. Qırğızıstan Dövlət universitetini və Moskvadakı Ali Ssenari kurslarını bitirib. Əsasən kino sahəsində fəaliyyət göstərib. Ssenariləri əsasında bir neçə film ekranlaşdırılıb. Həmçinin özü də bir neçə filmə quruluş verib. Yazıçılığa yaşlı vaxtında, təqaüdə çıxandan sonra başlayıb. 2006-cı ildə rusdilli yazıçılar arasında keçirilən “Русская Премия” mükafatının laureatı olub (“Qoca və mələk” povestlər toplusuna görə). 2016-cı ilin 25 mayında vəfat edib.
«Beton evdən yazılar»da Sara Oğuz şəxsiyyətə pərəstiş olunan bir dövrün ziyalı və sənət adamlarını necə manqurdlaşdırıb köləyə çevirməsini, istedadların bu təsirlərdən koralıb dəyərsizləşdiyini özünü danışıq və davranışları ilə ifşa edən obrazların yardımı ilə açıb göstərir.
Adam yaşlandıqca uşağa dönür. Yadıma uşaq vaxtı oynadığımız oyunlar düşmüşdü. Hələ “a-be” bilməyən balacalar ev eşik tikir, bir-birinə qonaq gedir, xörək bişirib pay çəkir, yalandan yeyib doyur, səhəri axşam eləyirdilər. Şeytan balalalar hətta ailə qurur, ərə gedir, çağaları da olur, bələyib qucaqlarına alırdılar. Bu sayaq oyunların indi də oynandığını mən Yasamalda, bir obanın yerləşəcəyi beşmərtəbə binadan çıxıb işə gedəndə, işdən qayıdanda yenə görürəm. Qonşu qızcığazlar, cıqqılı nənələr, körpə analar evin qabağındakı bağçada, ağac kölgəsində, kolların arasında evcik qurur, bu evlərin açıq divarından içərisi görünür, bəzəkli taxçalar, süfrə, qundaq seçilir… Orada ,evlərindəcə görüb-götürdüklərini yamsılayır, iyirmi il bundan sonrakı yaşayışı çəkib gətirir, öz istədikləri təki qurub quraşdırırlar. Başqa oyunlar da var. Böyüklərin oyunu daha çəlpəşik-dolaşıq olur. Oyun uşaqlardan ötürü böyüklərin itaətindən qopmaq, böyüklərdən ötürü uşaq olub qayğıdan qurtulmaq. Dünyanın işi oyundur, deyiblər. Bəlkə varlığın yüz cür oyununa qarşı insan da təqlidə uyur, gülüb- əylənir. Ola bilsin, oyun aləmi anlamağın, dünyanın başa düşməyin ayrıca üsuludur. Daş dövrü mağaralarda çal-çalpaz qoyulmuş, yan-yana düzülmüş sümüklər tapılır. Bunlar ilk insanların ovladığı heyvanlar, yedikləri qidanın qalığıdır. Onlar da bu sayaq, əti yeyib sümüklə oynayırmışlar. Bir körpə uşaq oyunlarını xatırlarkən, yadıma bir vaqeə düşdü. Bu, yuxutək bir işdi, büsbütün yadımdan çıxdı. Sonralar bir də xatırladım ,bu dəfə qırx silsilə oyun parça-parça göz qabağında canlandı. Bunu mən nə görmüş, nə eşitmişdim. Haradan, necə gəlib yadıma düşmüşdü, indi də baş aça bilmirəm. Amma ürəyimə damdı ki, onu otuzuncu illərdə oynamışdılar. Hər yerdə olduğu təki bizim ellərdə də maraqlı oyunlar var. SSRİ Pedaqoji Elmlər Akademiyasında milli oyunları öyrənən bölmə yaradılmışdı. Ölkəmizdəki bütün xalqların oyunlarını toplayır, araşdırır, nəşrə hazırlayırlar. İstəkli oxucu! Bu yazıda yazılanlar zarafatdır, oyundur. Əgər onu oxuyanda sizə bir oyunca zövq verə bilsəm, sevinərəm. Bəzi səhnələr qəribə görünə bilər. əslində sürətlərin davranışı, onların düşdüyü gülməli hallar qədim xalq oyunlarımızdan, qaravəllilərdən, zamanın ruhundan doğur…