Азербайджанские сказки – произведения устного творчества азербайджанского народа. Они разнообразны по содержанию и богаты по форме. В азербайджанских сказках нашло отображение прошлое азербайджанского народа, его духовно-моральные и общественно-философские воззрения. Лейтмотив ряда волшебных сказок составляют борьба против местных и иноземных угнетателей.
Bu kitabda Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb.
Bu kitab Fərhad Zeynalovun və Samət Əlizadənin sadələşdirdiyi variant əsasında hazırlanmışdır. Yenidən sadələşdirilmiş bu variantda çətin anlaşılan sözlər çıxarılmış, ixtisarlar aparılmışdır.
Kitabda Azərbaycan folklorundan atalar sözləri, yanıltmac, tapmaca və oyun nümunələri verilib. Bu kitab əsasən I-IV sinif uşaqları üçün nəzərdə tutulub.
“Koroğlu” Azərbaycan xalqının qəhrəmanlıq eposudur. Koroğlu – əfsanəvi xalq qəhrəmanının, mehtər oğlu Rövşənin ikinci adıdır. O, sadə adamların bəy, xan, paşa zülmündən azad olması üçün igidliklə vuruşur. Zülm, istismar, feodal əsarəti əleyhinə ölüm-dirim mübarizəsində özünə arxadaşlar tapır. Koroğlu hərəkatına rəğbət bəsləyən müxtəlif xalqların oğulları onun başına toplaşırlar.
Kitabda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən hazırlanmış metodik vəsaitdə verilən tövsiyyələr nəzərə alınıb.
Kitabda “Kitabi-Dədə Qorqud” dastanındakı 12 boyun uşaqlar üçün işlənmiş versiyaları toplanıb. Əsasən 5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan bu kitabda xalqımızın ən qədim yazılı abidələrindən olan “Kitabi-Dədə Qorqud”dakı bir sıra anlaşılmayan söz və söz birləşmələri anlaşıqlı sözlərlə əvəzlənib, hadisələr qeyd olu-nan uşaqların anlayış səviyyəsinə uyğun işlənilib. Bu yaşda olan uşaqların hadisələri rahat anlaması üçün xarakter və səhnələr mətnə uyğunlaşdırılıb.