Bomba. Абдурагим-бек Ахвердов

Читать онлайн.
Название Bomba
Автор произведения Абдурагим-бек Ахвердов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-90-7



Скачать книгу

molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir: “Çığırma”.

      Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla rus arvadının şlyapasının üstündən 2 dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:

      − Tez ol, Bakıya 4 bilet ver.

      Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi:

      − Dvadsat rubley çetır bilet Baku nelzya.

      Elə qandım ki, deyir: “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi, acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim, mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq.

      Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmiryol qatarının ikiminci97 klaslarının birində özümə bir yer tapdım.

      Bir balaca daxmaya 9, bəlkə də, 10 adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum.

      Bizim daxmamızda danışan yox idi. Amma dalanda iki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan98 danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim.

      Hələ, deyəsən, “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim.

      Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki: “Burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir körpə uşaq hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə, bunlar heç xəyal eyləməyirdilər ki, burada müsəlman olar. Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”.

      İstəyirdim, yenə mürgüləyəm, bir kişi, əlində fənər, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş. Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlinci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim, məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-iki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm, bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh”, “afərin, nə lətifdir” sözlərini deyir və ağzının iki yanından su axır. Yaxınlaşıb soruşdum:

      − Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya?

      Dedi:

      − Gəncəyə gedəcəklər.

      Dedim:

      − Bəs bura haradır?

      Cavab verdi:

      − Görünür, sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat 4-dür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına iki min oyun gələ bilər.

      Dedim:

      − Bəs onda siz, yəqin, mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim.

      Dedi:

      − Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al, vərəqlə.

      Dedim:

      − Axı rusca savadım yoxdur.

      Dedi:

      − Neyləyirsən savadı, məgər mənim savadım var? Budur, bu qəzetəyə məndən 2 şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, indi Allah bilsin, nə sözdür, ancaq kimdir, qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, indi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “Dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən?

      Gördüm, rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim:

      − Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı?

      Dedi:

      − Çox gözəl müsəlman “qəsdin”lər99 var: “İstanbul”, “Tehran”, “Parij”, yaxşı, əla nömrələr, əla xörəklər, çox rahat olarsınız.

      Mehmanxanaların adını bilib, çəkilib, kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər.

      Xülasə, sübh açıldı, nasilşiki oyadıb dedim:

      − Şeyləri götür, apar faytona.

      Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca. İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşikim “fayton” deyib qışqıranda bir erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub 6 şahı məndən zəhmət haqqı alıb “spasibo ”, yəni “çox razıyam”, ya “çox sağ ol” deyib papağını başından çıxarıb, yenə təzədən başına



<p>97</p>

İkinci

<p>98</p>

Rus dilindəki “пoлитиkа” sözünün təhrif olunmuş forması, “siyasət” mənasındadır.

<p>99</p>

Rus dilindəki “гoстиница” sözünün təhrif olunmuş forması, “mehmanxana”, “hotel” mənasındadır.