Bomba. Абдурагим-бек Ахвердов

Читать онлайн.
Название Bomba
Автор произведения Абдурагим-бек Ахвердов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-90-7

Скачать книгу

itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən53 səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış, xata etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə, heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar, dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.

Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.

Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!

Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin, nəsihəti qurtarmamışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti54 qurtarmış çıraqtək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.

Hacının evindən nalə bülənd55 olub, məhəllə əhlinə onun vəfatını bildirdi.

Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət56 etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi. Ona görə bu şəxs nəinki öz xiş57 və əqvamının, bəlkə, cəmi şəhər əhlinin əlindən getdi.

Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:

Dövləti-cavid yaft hər ki, nigunam zist,

Kəz əqəbəş zikri-xeyr zində künəd namra58.

II

Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə59 saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində60 əyləşdi.

Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü, onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi, çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.

Əkbər Rüstəmi neçə il idi, görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan 15 yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.

Əkbər yoldaşının bu neçə ildə harada olduğunu sual elədi.

Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb, bir-iki qullab alıb dedi:

– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm, haradan sənə söyləyim. – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki: “Gərək məni hökmən Parisə göndərəsən”. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən 1000 manat pul vurub “ağanı Allah saxlasın”… birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm, yenə xata eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən, bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında61 görmüşəm, sən görəsən, Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz62 baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd63 sözlü! Sən də deyirsən, dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı64 budur.

Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:

– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə “kafeşantan” sözü dedin, o nə deməkdir?

– Kafeşantan, yəni xurma çuvalı… Xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin, Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”65 Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən, səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən, bilməzsən. “Şənidən key büvəd manəndi didən”66. Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım, gördüm min manatdan ancaq 200 frank ki, eləsin bizim pul 75 manat, cibimdə pul qalıb. Atama tel vurub 1000 manat da istədim və daldan da bir kağız yazdım ki: “Hər ay mənə 300 manat pul göndərməsən, özümü öldürəcəyəm”. Atam 1000 manatı göndərib, sonra da bir kağız yazmışdı ki: “Bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda 500 manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki: “Bəli, mənim oğlum oxuyub böyük yaranal67 olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm”. Dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!

İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan, oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən, adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətini göstərəm. Sən

53

Ruyi-səfidlik – üzüağlıq

54

Nəft – neft

55

Bülənd (olmaq) – yüksəlmək, ucalmaq

56

Rehlət – ölüm, vəfat

57

Xiş – qohum-əqrəba

58

Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: Yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.

59

Təziyə – yas

60

Məsnəd – məqam, mövqe, böyük mənsəb

61

Kafeşantan – adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana

62

Şəhbaz – qızıl quş

63

Şəhd – bal

64

Zindəgan – burada: həyat, yaşayış

65

Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.

66

Eşitmək hara, görmək hara!

67

Yaranal – keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması