Название | Bomba |
---|---|
Автор произведения | Абдурагим-бек Ахвердов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-90-7 |
Dükanların qabağında Şah Abbas vaxtından qalma böyük-böyük çinarlar var, hər çinarın üstündə 200 qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm, çox adam bir yerə cəm olub, ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir, bunları araşdıra bilməyir. Faytonçuya dedim:
− Dayanma, tez ol, sür.
Faytonçu soruşdu:
− Bəs haraya düşəcəksən?
Dedim:
− Sür müsəlman qəsdinlərinin birinə.
Beş dəqiqədən sonra faytonçu Zərrabi102 küçəsinə çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.
Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur103. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar, mövlud oxuyurlar. Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.
Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri-elmlər çox oxuyan məktəblər haramdır, xilafi-şərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər…”
Oradan çıxdım meydana. Gördüm, bir hambal car çağırır ki, üç gündür, Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin 6-cı qapısının açarını ona bağışlayacaqdır. Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar104 hamısı yığılıb bir qaraçı arvadın başına, talelərinə növbətlə baxdırırlar. Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm, dükanın dalında bir yaxşıca uşaq oturubdur.
Dedim:
− Ağa, bu kimdir?
Dedi:
− Elə-belə, sənin nə işin var, balam?!
Qərəz, getdim kluba. Gördüm, bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Bu barədə ətraflı məlumat üçün TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr etdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” kitabını oxuya bilərsiniz.
2
Xudanəkərdə – Allah eləməsin! Uzaq olsun!
3
Məriz – burada: xəstə
4
Abru – abır, həya, şərəf
5
Şevro – keçi dərisindən hazırlanan yumşaq, zərif dəri növü
6
Xəmidə – əyri, əyilmiş
7
Pür – dolu, çoxlu
8
Kəsrət – çoxluq
9
Nəsim – xəfif külək, yel, meh
10
Mövclənmək – dalğalanmaq, ləpələnmək
11
Ərər – ardıc ağacı
12
Övza – vəziyyətlər
13
Əqdəm – daha əvvəl, lap qabaq
14
Müsəlləh – silahlı, silahlanmış
15
Binəva – yazıq
16
Çərçi – keçmişdə gəzərək xırda alver edən adam, gəzərgi alverçi
17
Qaziyülhacat – hər kəsin ehtiyaclarını yerinə yetirən, yəni Allah
18
Pərəstar – kömək
19
Müntəzir – gözləyən; ümid bəsləyən
20
İmdi – indi
21
İrəşt – atın başına bağlanan nazik ip
22
Bəni – burada: nəsil, tayfa, sülalə
23
Xüləfa – xəlifələr
24
Əshab – burada: müsahiblər, həmsöhbətlər
25
Təng etmək – dar etmək
26
Mübin
100
Lapçınçı – uzunboğaz ayaqqabı növü tikən
101
Səngə – səngək çörək çeşidi, səngəkçi – səngək bişirib satan
102
Zərrab – metal pula sikkə vuran. Görünür, bu küçədə zərrablar varmış.
103
Məhəmməd peyğəmbərin təvəllüd günü
104
Əllaf – taxıl, un, yaxud yem, ot və s. alverçisi