Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi

Читать онлайн.
Название Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi
Автор произведения Fərəh Pəhləvi
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-738-1



Скачать книгу

Məhəmməd Gilaninin soyundan gəlirdi. Təhsilini Tehranda, fransız rahibələrin idarə elədiyi Janna d’Ark məktəbində almışdı…

      * * *

       Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona nəsib olmadı, sonrakı il biz atamı itirdik…

      

      Fərəh Pəhləvi, 1959

      I

      Körpəliyimə aid ilk xatirələrimin şahidi xoşbəxtlikdən uçan atamın öz əlləriylə şəkillər çəkib, təriflər aldığı, hər sətrindən sevgi daşan bir dəftər olmuşdu. Atam bu dəftərə çəkimi, ilk gülüşlərimi, ilk sözlərimi, ya da söz qəbul elədiyi səsləri qeyd eləmişdi. Xoşbəxtlikdən göylərdə dolaşdığı apaydın görünür və sonra birdən-birə sevinci ən qəddar kabusa dönür; bu da beşinci səhifədə yazdıqları: “Bu cümə həyatımın ən sarsıntılı günlərindən biridi: Fərəh soyuqlayıb. Sərsəm dayəsi lazım olan diqqəti göstərməyib. Xəstəliyini öyrənəndə, Tehranın mərkəzindəydim, dərhal maşına oturub Şəmirana getdim. Körpəm uzanıb yatırdı, çox pis görünür və güclə nəfəs alırdı. Anası ağlayırdı. Axırda doktor Tofiq gəldi, qızımın bərk angina keçirdiyini söylədi. Fərəhin qızdırması yüksəyiydi. Bütün gecəni ona kompres qoyduq, səhərə qədər gözümüzü qırpmadıq”.

      Atam burda məni yataqda, alnımda böyük kompreslə təsvir eləyən şəkil çəkib; üstümdə iri sual işarəsi var. Mənə elə gəldi, öz-özündən sanki “görəsən, qızım yaşayacaqmı?” soruşurmuş. Atam sol yanımda anamı göz yaşı tökən, o biri yanımda özünü başını əllərinin arasına alıb düşünən vəziyyətdə çəkib; sarsıntısı üzündən açıqca oxunur.

      Bir neçə gün sonra vəziyyətim düzəlib. Atam: “Allaha şükürlər olsun, Fərəh yaxşılaşır, amma bizim gözlərimiz ağlamaqdan qan çanağına döndü”, – yazıb.

      1939-cu ildə (bioqrafiyasında 1938-ci il oktyabrın 14-də doğulduğu göstərilir – N.Ə.) dünyaya gəldim. Tehranın quzeyində, əsrin əvvəllərindən qalmış bağçalı bir evdə yaşayırdıq. Mən bu evdə böyümüşəm. Dayım Məhəmməd Əli Qütbi və arvadı Luiza da bizimlə yaşayırdılar. Anamla atamın və dayımla arvadının birinci mərtəbədə ayrı-ayrı böyük yataq otaqları vardı, qonaq otağı ortaq istifadə olunurdu. İranda adət olduğu kimi, qonaq və yemək otaqları birinci mərtəbədəydi, təkcə qonaqlar və ya dəvətlilər gələndə qapılar açılırdı. Atamın iş otağı da eyni mərtəbədəydi.

      Mən doğulmamışdan altı ay əvvəl dayımın oğlu olmuşdu. Qohumum Rzayla birlikdə böyüdük. Gülümsədiyim ilk uşaq üzü onunku olmuşdu. İlk addımlarımızı birlikdə atdıq və Rza mənim çox intizar çəkdiyim qardaşım oldu.

      Çox sonralar ata-anamın daha bir uşaq sahibi olmaq istədiklərini, ancaq İkinci Dünya Savaşının İrandakı dramatik nəticələri üzündən bu fikirlərindən vaz keçməyə məcbur olduqlarını öyrəndim. Ölkə 1941-ci ilin avqustundan ingilis və sovet müttəfiqlərinin işğalı altındaydı, vəziyyət dörd il ərzində heç də ümidverici görünmürdü.

      Beləcə, tək uşaq olaraq qaldım. Ata-anamın göz bəbəyiydim. Atamın məndən ötrü çox qayğı çəkdiyini, xəstələnməyimdən çox qorxduğunu danışmışdılar. O dövrdə bəzi azadlıqlar hələ İranda olmadığı üçün qabaqcadan mənə əllə toxunmağı və xüsusilə məni öpmələrini qadağan eləmişdi; amma o başqa məsələdi ki, bütün bunlar yenə də daim uşaq xəstəliklərinə tutulmağıma mane olmamışdı. Böyüdükcə get-gedə sərbəstlik əldə eləyirdim, atam da başqa uşaqlarla oynamağımı artıq çox yasaqlamırdı.

      Ailəmizdən qıraqda mənə ən yaxın olanlar evdəki adamlarıydı; böyük sevgiylə bağlı olduğum, ruhuma doğma olan və ağıl dəryası dayəm Münəvvər, aşpaz, anamın qulluqçusu, xırda-para işlərə baxan başqa iki adam. Rza və mən bütün bu adamları çox sevirdik; onlar bizi daha çox sevirdilər, həddən artıq əzizləyirdilər. Hamısı da bağçanın o biri tərəfindəki təzə bir evdə yaşayırdılar. Ata-analarımız evdən çıxar-çıxmaz dərhal onların yanına gedirdik. Bizi dizlərinin üstündə oturdar, nağıl danışardılar. Bəzən qorxulu olan bu nağıllardan dünyanın analarımızın bizə başa saldıqlarından daha artıq sirli və ürküdücü ola biləcəyini anlayırdıq.

      Personalın qaldığı bu binanın bir hissəsi anbar kimi istifadə olunurdu; lobya, noxud, düyü, şəkər, badam, yağ kimi ərzaqları aylarla burda saxlayırdıq. Bir gün anbara ərzaq götürmək üçün girəndə, siçanlarla qarşılaşan anamın var gücüylə qışqırdığını xatırlayıram. Aşpaz dərhal köməyinə qaçmışdı. Rzayla mən də fürsətdən istifadə eləyib, həyəcanla onun arxasınca qaça-qaça heç görmədiyimiz, min bir qoxuyla dolu bu anbara girmişdik.

      Ata-analarımızın nəzərində təhlükə və xəstəliklərlə dolu olan xarici aləmin uğultusu bağçanın hündür, qalın divarlarının üstündən bizə gəlib çatırdı. Əsasən, küçəyə çıxmağımız yasağıydı, amma köşkün köhnə pillələrində oturub barmaqlıqların arasından yoldan keçən adamları seyr eləyərdik. Ölkə işğal altındaydı və həyat heç də asan deyildi. Bəzən böyüklərin quzeydəki təhlükəli qonşumuz SSRİ-də, uzaqda, dağların arxasındakı savaşdan söz açdıqlarını eşidirdik. İngilis əsgərlərinin cipləri də həmişə diqqətimizi çəkərdi. Bir çox dilənçi müntəzəm olaraq, bizim evə gələrdi. Onları adlarıyla tanıyırdıq. Böyüklər də dilənçiləri düşünüb, heç bir şeyi atmazdılar. Gələndə yalnız yemək deyil, geyim, hətta uşaqları üçün oyuncaq belə verirdik.

      Yayda küçə bayırda oynamalarına icazə verilən uşaqlarla doluydu, biz də barmaqlıqların arasından onlarla çənə vurardıq. O çağlarda maşın sahibi olmaq həqiqi üstünlük sayılırdı. Adamlar əsasən faytonlarla gəzirdilər. Uşaqların ən çox sevdiyi oyunlardan biri də havayı gəzə bilmək üçün arabanın arxasından sallaşmağıydı; bu bizi məst eləyən mənzərəydi. Piyadalar “Arxada adam var” qışqırırlar, arabaçı da qamçısını havada şaqqıldadıb arxadakı qaçaq sərnişinə çəkirdi. Bizə də nəfəsimizi udub bu səhnəni izləmək qalırdı.

      Küçədə gördüklərim arasında məni heyran eləyənlər əsasən səyyar satıcılardı. Eşşək belində və ya özləri düzəltdikləri, rəngli şəkillərlə bəzədikləri arabalarda, ya da başlarının üstündə ustalıqla apardıqları böyük səbətlər içində bizə mövsüm meyvələrini gətirirdilər. Qışda mandarinlər, portağallar, fırnıda bişirdiyimiz çuğundurlar… Sonra səbirsizliklə yayı gözləyirdik; çiyələkləri, göy ərikləri, almaları dadmaq üçün. Satıcılar təzə-tər qalmaqdan ötrü turpların, təzə soğanların, nanə, tərxun və vəzərilərin üzərinə daim su səpirdilər. Nəhayət, Tehranın həmişə çox isti keçən ilk yay günlərində gilaslar, mis qoxulu almalar, qaysılar, daha sonra da qovunlar, qarpızlar gəlirdi. Və əlbəttə, dondurma satıcıları! Biz bütün bunlara heyrətlənsək də, satıcılara yaxınlaşmağımız yasağıydı. Böyüklər növbəylə ağlagələn hər cür mikrobla dolu olan bu dondurmaların