Varlıq və Yoxluq Arasında. Xancan Kərimov

Читать онлайн.
Название Varlıq və Yoxluq Arasında
Автор произведения Xancan Kərimov
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-5-9



Скачать книгу

atıb paketi yerdən götürdü. Sərxoşluğun tam bu anlarında yandırılan siqareti çox sevirdi. Ona görə siqaretdən alınan ən böyük həzz tam da bu an idi. Bir sarma götürüb dodaqlarının arasına qoydu. İki əlini birləşdirib bükərək sarmanı yandırdı. Uzunca sordu. Dərindən nəfəs alıb tüstünü ciyərlərinə çəkdi və kiçik anın həzzini yaşadı. Aldığı tüstünü burnundan çölə buraxdı. Romdan bir qurtum daha aldı. Əli ilə alnını və gözlərini ovuşdurdu. Bir neçə saniyəlik sükut içində dayandı. Ən son nə etdiyini, nə düşündüyünü xatırlamağa çalışdı. Başını silkələdi, gözlərini bir neçə dəfə yumub açdı. Divana doğru geri atdı özünü. Aşağı çökdü və uzun müddətdir yalnız yaşadığı birotaq mənzilinin pəncərəsindən çölə daldı gözləri. Səma tünd maviyə boyanmışdı, melanxoliyanın rəngi bəzəyirdi buludları. Tutqun buludların arxasında mavi şeytanlar gizlənmişdi və uzaqlarda bir yerlərdən kədər və qəmin musiqisi mavi notalı blues eşidilirdi.

      İlk intihar edən insana getdi fikirləri yenə. Görəsən necə intihar etmişdi deyə sual verdi darıxan iç səsi ona. Fikir ona maraqlı gəldi. Axı o dövrdə daha da çətin idi intihar. Dövr deyəndə ki, hansı dövr? Lap əvvəllərə getsək hələ meşədə yaşayan yeni-yeni şüur inkişafı başlayan insanlara, o dövrdə axı hələ ağrısız intihar üsullarından heç biri yox idi. Özünü öldürməyə qərar vermiş biri olsaydı elə bir dövrdə, o nə edərdi deyə düşündü bir anlıq. İlk olaraq suda boğulmaq gəldi ağlına. Yüksək bir təpədə, dağın üstündəki meşə ilə dənizin birləşdiyi nöqtədəki uçurumdan düz aşağı tullanmışdı bəlkə

      də ilk qəhrəmanımız. Yoxsa bəlkə də elə birbaşa ürəyinə sancmışdı daşdan düzəlmə nizəsini? Necə olmuşdu axı? Xəyalgücü ona istədiyi formada kömək etmirdi cavabı tapmaq üçün. Hansı üsul seçilmişdi. Özünü vəhşi heyvanların qabağınamı atmışdı bezgin? “Yox əşi” deyə cavab verdi iç səsi. Sonra birdən, o dövrdə bəlkə də intihar olmamışdı deyə düşündü. Çox ehtiyac da yox idi bəlkə də. Çünki hələ ki insan həyatındakı ağrıların sayı artmamışdı və sadəcə qida üçün yaşayırdılar. Sonra birdən o dövrdə yaşama həsrəti yarandı içində. İndi ki kimi saysız-hesabsız seçim ehtimalınının olmadığı, problem ehtimalının daha az olduğu, gözləntilərin sadəcə günlük qidadan ibarət olduğu dövrlər. “Axmaqca səslənir” deyə düşündü, “O dövrlərdə yaşamağın daha asan olduğunu düşünmək, bəlkə də bir yanılmadan ibarətdir”. Amma, “yəqin ki” dedi, ilk intihar irəliləyən vaxtlarda, ilk sivilizasiya vaxtlarında olmuşdu. Qəbilə savaşlarını düşündü. İnsanların ilk qruplar, tayfalar halında yaşadığı vaxtları və aralarındakı kiçik savaşları, xırda münaqişələri düşündü. “Aha” dedi iç səsi. Böyük ehtimal, ilk intihar da o vaxtlarda olmuş olmalıydı. İlk savaş alətləri ilə. Qanlı bir inihar olmuş olmalıydı. İlk insanın şanssızlığını düşündü buna görə də. İntiharları belə asan deyildi, indiki kimi işi qısa müddətə həll edəcək vasitələr yox idi.

      Qeyri-iradi olaraq rom butulkasını dodaqlarına yaxınlaşdırdı. Bir qurtum aldı. İlk intihar etmiş insan indi onun yanında olsaydı ona əlindəki bu spirtli içkini verərdi deyə düşündü. İlk bir-iki təcrübədəki baş gicəllənmələrindən sonra onun da xoşuna gələrdi yəqin deyə özü-özünü təsdiqlədi. Həyat, yəqin ki şərabın kəşfindən əvvəl və sonra olaraq ikiyə bölünürdü, yola verilmə ehtimalı daha çətin və daha asan olmaq üzrə. İçki və onun kimi digər maddələr olmasaydı bəlkə intihar sayıları daha çox olardı. İnsanlar ani ruh düşkünlüklərini, psixoloji sarsıntılarını sovuşdura bilməz və ölümə daha çox can atardılar. Bunu düşündü və sonra bütün insanlığın şərəfinə, bütün şərab sevərlərin şərəfinə içkisini başına çəkdi. İçində bir damcı belə olsun qalıb qalmadığından əmin olmaq üçün butulkanı yenidən yuxarı qaldırdı, dilini çıxardı, butulkanı əydi və içindəki damcının butulkanın dibindən yavaş-yavaş irəliləməyə başlayıb sonra sürətlənib şüşə qabın ağzında yenidən yavaşlayıb sanki sallanırmışcasına dayanıb, dilin üstünə tullanmağını izlədi. Boş butulkanı yerə tulladı.

      Sərxoş idi və sərxoş olduğu qədər xoşbəxt idi.

      Tutulduğu nostalgiya xəstəliyindən canını heç olmasa bir saatlıq qurtara bilmişdi. Düşünməmiş və xatırlamamışdı. Keçmiş həsrəti zillətindən bir anlıq belə olsa azad olmuşdu.

      Hər insan xatirələr bütünüdür. Hər bədən və beyin, xatirələr bütünüdür. Beyin, iformasiyalar şəbəkəsidir və hər informasiya bir xatirədir. Hər xatirə bir təcrübədir. Bir uşağı yetişkindən ayıran tək fərq sahib olduqları xatirələrin miqdarıdır. Yerimək, iməkləyən bir uşağın sahib olmadığı bir xatirə və təcrübədir. İməkləmək, əllər və dizlər üzərində hərəkət etmə aktının yaddaşda saxlanılmış xatirəsidir.

      Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələfüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar. Məsələn “İsti yay günü dəniz sahili gülüşlərlə A’nın arxasınca qaçdığı o gün” bir xatirəydi. Xoşbəxt bir anın kompleks neyron şəbəkəsi tərəfindən saxlanılan xatirəsi. Şirinmiş kimi görünən amma zaman-zaman incidici xatirə. Çünki keçmişdi və keçmişdə qalmışdı. Əgər yenidən yaşaya bilmirsənsə bəzən ən şirin xatirələrin belə öz cəhənnəminə çevrilə bilər. Toxuna bilmədiyin keçmişin və qucaqlaya bilmədiyin xatirələrin. İllər, yəni zaman və məsafələr nostalgiya xəstəliyinin ən böyük iki faktorudur. Ya keçmiş üçün darıxırsan ya da indi ancaq uzaqlarda olan yerlər və kimsələr üçün. Məsafələr insanı diri-diri öldürməyə qadir idilər. Həkimlər deyir ki nostalgiya insanın xoş xatirələrini xatırlayıb pis anlarda özünü yaxşı hiss etməsi üçün gözəl bir vasitədir və təkamüli olaraq belə formalaşıb. Ancaq ağın içindəki qara özünü göstərirdi. Keçmiş üçün susama və şiddətli arzunu unudurdular. Bəlkə də yaşlıların yaşadığı yaddaş pozğunluqları ya Altsaymer xəstəliyi tanrının onlara bir lütfüdür. Zira 80 illik xatirələrin qucağında insan həsrətdən məhv ola bilər.

      Keçmişindən kadrlar xatırladığı anlarda beyninin başqa bir şeyləri düşünməsi üçün əlindən gələni edirdi. Çünki təkrar, xatirəni möhkəmləndirirdi. Bir xatirəni ya informasiyanı hər dəfə yenidən xatırladığımızda o xatirənin saxlanıldığı neyron şəbəkəsinə hər dəfə impulslar ötürülür və hər ötürülən impuls əvvəlkindən daha da güclü iz buraxırdı və beləcə neyronlararası əlqəni – yəni yaddaşı möhkəmləndirirdi. Ona görə də istər pis istər yaxşı bir xatirəsini heç vaxt xatırlamamağa çalışırdı artıq. Qətiyyən. Hələ vizual olaraq heç canlandırmırdı gözündə çünki daha gülcü impulslar neyron şəbəkəsini daha da gücləndirirdi. Əksinə onları unutmağa çalışırdı. Gurultulu bir musiqi bəlkə, bəlkə qışqırmaq, bəlkə bədəninin limitini zorlayaraq qaçmaq ya da divarlara endiririlən yumruq zərbələriydi onun həmin xatırlama anlarından qaçma metodları. Qaranlıqa tək qalmış uşağın qorxmamaq üçün fit çalması ya zümzümə etməsi kimi belə anlarda özü üçün