Varlıq və Yoxluq Arasında. Xancan Kərimov

.

Скачать книгу
Читать онлайн

Varlıq və Yoxluq Arasında


Год выпуска 0

isbn 978-9953-8066-5-9

Автор произведения Xancan Kərimov

Жанр

Серия

Издательство Alatoran yayınları


"..Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələffüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar.." – kitabın arxa qapağından Yazar bu əsərində insanın varlıq və yoxluq arasındakı tərəddüdünün dərinliyinə enərək ortaya çıxan vəsvəsənin fəlsəfi və psixoloji prinsiplərini incələyir. Xoşbəxtlik və bədbəxtlik arasında dillemada ilişib qalan insanoğlunun bütün həyat mübarizəsinin tragediyadan qaçma olduğuna deyinir. Köçəri həyat yaşayanların hekayələrindən bəhs edən yazar nostalgiya və əskiklik hissinin niyə və necə müasir xəstəlik formasına çevrildiyindən danışır. Yalnızlıq, depressiya, işsizlik, yadlaşma, narkotik və seks distopiyasının içində boğulan müasir gəncliyin iztirablarını elmi və ədəbi nöqteyi nəzərdən ələ alan yazar hadisələrə təkamülün gözü ilə baxaraq insanın niyə genetik və coğrafi determinizmin qurbanı olduğunu aydınlaşdırmağa çalışır. Gənc protoqonistin bütün yanlış və doğru düşüncələri, ideologiyaları gün üzünə çıxarıləb vərəqlərə səpələnir. Kitabın ana mövzusu evtnaziyadır. Həkim dəstəkli intihar. Evtanaziya tamamilə leqal olsaydı və hər kəs istədiyi vaxtı həkimə gedib həyatını sonlandıra bilsəydi nələr baş verərdi? Romandakı futuristik evtanaziya kapmları məhz bu fikir üzərinə inkişaf etdirilmişdir. Evtanaziya kampına yola düşən pratoqonistimizi nələr gözləyir?