Radetski Marşı. Йозеф Рот

Читать онлайн.
Название Radetski Marşı
Автор произведения Йозеф Рот
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-3-8



Скачать книгу

halda "Böyük ağ döşlər" sözlərini əlavə etdi.

      –Ver, – Karl Cozef dedi. İcazə kağızını götürdü, əliylə düzəldib imzaladı. – Get Katerinanın yanına.

      Onufrij dabanlarını yenə bir-birinə vurdu. Karl Cozef "gedə bilərsən!" əmrini verdi.

      İşığı söndürdü. Qaranlıqda əliylə paltosunu axtardı. Dəhlizə çıxdı. Aşağıda qapını bağlayarkən şeypurçular yatmaq vaxtını bildirən musiqinin son notlarına keçməkdə idilər. Göy üzündə ulduzlar işıldayırdı. Qapının önündəki növbətçi salam verdi. Qapı Karl Cozefin arxasınca bağlandı. Küçə ay işığının gümüşü rəngiylə parlayırdı. Şəhərin sarı işıqları göydən düşmüş ulduzlar kimi uzaqlardan salam verirdi. Addımları payız gecəsinin yenicə donmuş torpağında sərt səslər çıxarırdı.

      Arxasında Onufrijin çəkmələrinin səsini eşitdi. Leytenant xidmətçi əsgərin ona çatmaması üçün sürətini artırdı. Lakin Onufrij də addımlarını sürətləndirmişdi. Bu şəkildə arxa-arxaya kimsəsiz, sərt, əks-səda verən yolla gedirdilər. Göründüyü kimi, Onufrij leytenanta çatacağına sevinəcəkdi. Karl Cozef dayanıb gözlədi. Onufrij ay işığında gözlə görüləcək bir şəkildə çiyinlərini qabartdı, boyu uzanırmış kimi idi, sanki ağasıyla qarşı-qarşıya gələcəyi an üçün güc toplayırmış kimi başını ulduzlara doğru qaldırdı. Qollarını ayaqlarıyla birlikdə eyni ritmdə hərəkət etdirirdi; əlləriylə havanı itələyirmiş kimi bir halı vardı. Karl Cozefdən üç addım aralıda dayandı, bir daha sinəsini qabartdı, topuqlarını qorxunc bir şappıltı səsi çıxardaraq bir-birinə vurdu, beş barmağını da bir-birinə yapışdıraraq salam verdi. Karl Cozef çarəsizlik içində gülümsədi. Düşündü ki, mənim yerimdə kim olsa, indi gözəl bir söz deyərdi. Onufrijin arxasınca gəlməsi çox təsirli idi. Əslində ona hələ heç diqqətlə baxmamışdı. Adını yadında saxlaya bilmədiyi müddətcə çöhrəsini gözdən keçirmək içindən gəlməmişdi. Sanki hər gün fərqli bir əsgərlə həmsöhbət olurmuş kimi hiss etmişdi.

      Başqaları xidmətçi əsgərlərindən sanki qızlardan, paltarlardan, ən çox sevdikləri yeməklərdən, atlardan bəhs edirmiş kimi təcrübə sahibi olaraq həvəslə danışardılar. Xidmətçi əsgərlərdən söz düşüncə, Karl Cozefin yadına əvvəllər babasına da xidmət etmiş yaşlı Jak gəlirdi. Dünyada yaşlı Jakdan başqa bir xidmətçi yox idi! İndi isə ay işığının işıqlandırdığı yolda qarşısında böyük bir güclə şişirdiyi döş qəfəsi, parlayan düymələri, ayna kimi cilalı çəkmələri, leytenant ilə bir yerdə olmaqdan irəli gələn sevincini var gücüylə gizləməyə çalışdığı geniş üzüylə Onufrij dayanmaqda idi. Karl Cozef “Rahat” dedi.

      Daha mehriban bir şey demək istəyərdi. Babası olsa Jaka daha mehriban bir söz deyərdi. Onufrij sağ ayağını şaqqıldadaraq sol ayağının önünə atdı. Sinə qəfəsi hələ də şişirilmiş bir vəziyyətdə idi, əmrin hər hansı bir təsiri olmamışdı. Karl Cozef bir az kədərli, bir az da səbirsizcə rahat olmasını tapşırdı.

      – Rahat olduğumu hörmətlə bildirirəm, – deyə Onufrij cavab verdi.

      – O qız buradan uzaqdamı yaşayır? – deyə Karl Cozef soruşdu.

      – Uzaq deyil, bir saatlıq marş məsafəsidi, hörmətlə bildirirəm, cənab leytenant.

      Xeyr, olmurdu. Karl Cozef deməyə bir söz tapa bilmədi. Heç vərdiş etmədiyi halda şəfqətli bir söz tapmağa çalışdı, amma xidmətçi əsgərlərlə necə davranılacağını bilmirdi. Kiminlə necə davranılacağını bilirdi ki? Böyük bir çarəsizlik içində idi, yoldaşlarıyla birlikdə ikən də deməyə bir söz tapa bilmirdi. Üzünü başqa tərəfə çevirdikdə, onların yanına yaxınlaşarkən niyə hər kəs pıçıldayaraq danışırdı? Atın üstündə niyə elə əyri otururdu? Fikir vermə, o özünü tanıyırdı. Özünü güzgüdə görürmüş kimi görürdü, kimsənin sözünə ehtiyacı yox idi. Yoldaşları arxasınca danışırdılar. Verdikləri cavabları ancaq ona açıqlandıqdan sonra anlayır, o zaman belə bunlara gülə bilmirdi; əslində o zaman heç gülə bilmirdi. Buna baxmayaraq polkovnik Kovacs onu sevirdi. Heç şübhəsiz, mükəmməl bir yaxşı hal sənədi vardı. Babasının kölgəsində yaşayırdı. Bəli, bax əsl həqiqət bu idi. Solferino qəhrəmanının nəvəsi idi, yeganə nəvəsi. Babasının qaranlıq, sirli baxışını üzərində hiss edirdi. Solferino qəhrəmanının nəvəsi idi!

      Karl Cozef və xidmətçi əsgər Onufrij ay işığının altında süd kimi parlayan yolda bir neçə dəqiqə boyunca belə susqun bir şəkildə üzbəüz dayandılar. Ay işığı və səssizlik dəqiqələri daha da uzatdı; Onufrij tərpənmir, ayın gümüşü işığında bir heykəl kimi dayanırdı. Karl Cozef birdən-birə dönərək getməyə başladı. Onufrij düz üç addımlıq məsafəylə arxasınca gəlirdi. Karl Cozef ağır çəkmələrin yerə dəyərkən çıxardığı nizamlı səslə mahmızların metal şaqqıltısını eşidirdi. Bu, sədaqətin səsi idi. Çəkmənin hər yerə toxunuşu hərbi sədaqətin qısa və özünəxas bir vədi idi. Karl Cozef arxaya dönməkdən qorxur, dümdüz yolda birdən-birə gözlənilməyən, yad bir yol ayrıcı, Onufrijin inadkar vəzifə eşqindən bir qaçış imkanının yaranmasına ümid edirdi. Əmr əsgəri onu eyni ritmlə izləyir, leytenant addımını arxasındakı çəkmələrə uyğunlaşdırmağa çalışırdı. Addımını diqqətsizliklə dəyişdirsə, Onufriji məyus etməkdən çəkinirdi. Çəkmələrin etibarlı addımı Onufrijin sədaqətinin ifadəsi idi; hər addım Karl Cozefi duyğulandırırdı. Sanki bacarıqsız bir uşaq kobud hərəkətlərlə ağasının ürəyini açmağa çalışırmış, çəkməli və mahmızlı bir yırtıcı çarəsizliklə şəfqətini ifadə etmək istəyirmiş kimi idi.

      Nəhayət, şəhərin başladığı yerə çatdılar. Karl Cozefin ağlına vida üçün uyğun olan gözəl bir söz gəlmişdi. Arxaya döndü, ona “Yaxşı əyləncələr, Onufrij" deyərək sürətlə yan küçəyə buruldu. Xidmətçi əsgərin təşəkkürü yalnız uzaqdan gələn bir əks-səda kimi çatdı.

      Dolambac yolla getməyə məcbur oldu; on dəqiqə sonra kazinoya çatdı. Kazino Am Alten Rinqdəki ən yaxşı binalardan birinin birinci mərtəbəsində idi. Hər axşam olduğu kimi bütün pəncərələrdən meydana və gəzintiyə çıxanların üstünə işıq seli yağırdı. Saat irəliləmişdi, xanımlarıyla birlikdə gəzintiyə çıxan bəylərin arasından ustalıqla keçmək lazım idi. Tünd paltarlı mülki vətəndaşların arasında əlvan paltarda meydana çıxmaq, maraqlanan, hiyləgər, şəhvətli baxışların hədəfi olmaq; axırda isə bir tanrı kimi kazinonun işıqlı giriş qapısında gözdən itmək leytenanta hər gün təsvirolunmaz bir əziyyət verirdi. Tələsməsinə baxmayaraq, gəzintiyə çıxanların arasından keçməsi iki dəqiqə davam etdi, iki iyrənc dəqiqə. Pillələri iki-iki çıxdı. Kim-səylə qarşılaşmasa yaxşı olardı. Pilləkənlərdəki qarşılaşmalardan qaçmaq lazım idi, bu pis əlamət sayılardı. Dəhlizdən istilik, işıq və səslər gəlirdi. İçəri girdi, bəziləriylə salamlaşdı. Gözləriylə polkovnik Kovacsı həmişəki küncündə axtardı. Polkovnik hər axşam domino oynayardı, hər axşam fərqli bir cənabla. Bəlkə də kart kağızlarına qarşı olan şişirdilmiş qorxusundan dominonu böyük bir ehtirasla oynayırdı. Əlinə indiyə qədər heç kart kağızı almadığını deyərdi. "Kağız" sözünü müəyyən bir kinlə tələffüz edər; bunu deyərkən sanki qüsursuz xarakteri onlarda gizlənibmiş kimi əllərinə baxardı. Bəzən də əlavə edərdi: "Cənablar, sizə