Radetski Marşı. Йозеф Рот

.

Скачать книгу
Читать онлайн

Radetski Marşı


Год выпуска 0

isbn 978-9953-8066-3-8

Автор произведения Йозеф Рот

Жанр

Серия

Издательство Alatoran yayınları


“Radetski marşı” Avstriya-Macarıstan imperiyasının çöküşündən, nəsillər arasında uçurumun yaranmasından, dəyərlər sisteminin dəyişməsindən, bir çox insanların baş verən dəyişiklərə hazır olmamasından, dəyişikləri, zamanın şərtlərini faciə kimi qəbul etməsindən bəhs edir. Olduqca kədərli bir əsərdir. Xüsusən bir yerdə, həkim Maks Demantdan bəhs edən hissədə əsər bəndənizi göyə qaldırıb yerə çırpdı və bir neçə dəqiqə tərpənməyə rəsmən halım olmadı. Boğazım göynədi, gözlərim doldu. Bir təhər ayağa qalxıb əl-üzümü soyuq suyla yudum. Boynuma, sinəmə də soyuq su vurdum. Bir az toxtadım. Düşündüm ki, bütün bunlar klassik dildə desəm, əsəb zəifliyinin təzahürüdür. İki gündən sonra “Radetski marşı” əsərində həkim Maks Demantan bəhs edən hissəni bir də oxudum. Yenə hər şey təkrarlandı. Yenə həmin hissə bəndənizi göyə qaldırıb yerə çırpdı. Yenə də bir neçə dəqiqə tərpənməyə halım olmadı. Yenə boğazım göynədi və gözlərim doldu. Amma bu dəfə müqavimət göstərməyi mənasız hesab etdim və uşaqlıqda olduğu kimi göz yaşlarımdan ləzzət ala-ala bir neçə dəqiqə ağladım. “Radetski marşı” əsərindən, həkim Maks Demantdan bəhs edən hissədən bir neçə cümləni tirajlamaq istərdim. Deməli, alay həkimi Maks Demant axmaq, olduqca axmaq bir hadisəyə görə sabahı gün duelə çıxmalıdır. İki dost həkim Maks Demant və leytenant Karl Cozef sonuncu dəfə söhbət edirlər. Həkim Maks Demant deyir: “Bu ölüm çox mənasızdır. Eynilə həyatım qədər mənasızdır. Babalarımız bizə miras olaraq çox güc qoyub getməyib. Yaşamaq üçün gücümüz çox azdır, mənasızcasına ölməyə isə ancaq çatır…Yorğunam, illərdən bəri yorğunam. Sabah bir qəhraman kimi öləcəm, qəhrəman olaraq adlandırılan şəxslər kimi. Mənim, babalarımın, soy-kökümün həyat tərzinə, babamın istəyinə tamam zidd bir şəkildə. Babamın oxuduğu köhnə, böyük kitablarda bir cümlə yazılmışdı: “Kim ki əlini özü kimilərə qarşı qaldırır, o bir qatildir”. Sabah bir nəfər mənə tapança tuşlayacaq, mən də ona. Mən qatil olacam. Amma mən uzağı görə bilmirəm, nişan almayacağam. Kiçik bir qisas… Eynəyimi çıxarınca heç bir şey görmürəm, heç bir şey… Şnapsı çox gec kəşf etdim. Təəssüf. İnanmayacaqsan, amma əvvəllər heç içmədiyim üçün çox peşmanam.