Minima Moralia. Теодор В. Адорно

Читать онлайн.
Название Minima Moralia
Автор произведения Теодор В. Адорно
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8077- 9-2



Скачать книгу

barbarlığın güclənməsi ilə üz-üzə qalanda “obyektiv meyillənmə” adına barbarlığı müdafiə etmək həddinə qədər gələ bilməkdə və öz düşmənlərini xilaskar kimi görməkdədirlər – bu düşmən anti-tezis olduğu üçün özü istəməsə də, bu hekayənin yaxşı sonluqla qurtarmasına mistik bir formada xidmət edəcəkdir! Bundan əlavə, yalan hesab edilən ruha qarşı materiyanın vurğulanması da daha əvvəllər özünütənqid xəlbirindən keçirilmiş siyasi iqtisadla qəribə, şübhəli bir əqrəbalığın yaranmasına səbəb olur. Bu mafiya ilə polis arasındakı yaxınlığı xatırladan bir əqrəbalıqdır. Utopiya fikri kənara tolazlandıqdan və nəzəri-iqtisadi vəhdət əsas şərt hesab olunduq-dan sonra hamımız xeyli praqmatikləşdik. Bu qərəzin detallarına ən saf Marksist bir fikirdə də rast gələ bilərik: günümüzdə kapitalist fikirlə ciddi tənqidi iddianın, despotik materializmlə despotik olmayanın bir-birlərini xatırlatdıqları görünməkdədir və bu o həddə çatıb ki, obyektlə subyekti bir-birindən fərqləndirmək tamam müşkülə çevrilib. Mədəniyyətin həqiqətən də universal yalana çevrilməyə başladığı günümüzün şərtlərində bu ikisini bir-biriylə eyniləşdirmə cəhdi də uğursuz alınmaqda və hər növ müxalif düşüncəni zəiflətməkdən başqa bir amala qulluq etməməkdədir. Maddi reallığın təkcə mübadilə dəyərləri aləmindən, mədəniyyətin isə bu aləmin hakimiyyətini inkar edən hər şeydən ibarət olduğu söylənirsə əgər, onda mövcudiyyət mövcud olduğu əsnaca belə bir inkarın illuziyadan o yana keçməyəcəyini də demək lazımdır. Müstəqil və ədalətli mübadilənin özü də bir növ yalan olduğu üçün onu inkar etmək həqiqət adına danışmaq deməkdir. Materialist aləmin yalanının qarşılığında onu inkar edən yalan bir növ tamamlayıcıya çevrilir. Mədəniyyətin indiyə qədər bacara bilməməsi o demək deyil ki, bu bacara bilməmək ənənəsi davam etdirilməlidir. Bu, qurunun oduna yaşı da yandırmaqdır. Eyni taleyi bölüşən insanlar özlərinin maddi maraqları mövzusunu yola vermək, yaxud bu mövzunu maddi maraqların səviyyəsinə endirmək əvəzinə, öz münasibətləri haqqında düşünərək şəxsiləşdirməli və mövzunu beləcə xətm etməlidirlər.

      23

      Plurale tantum (1) – Cəmiyyət əgər çağdaş bir fikirdə deyildiyi kimi müxtəlif “fırıldaqlardan” ibarətdirsə, onu ən yaxşı təmsil edən model də kollektivin ziddi olan şeydir; Fərd monada kimi. Hər fərdin tamamilə şəxsi maraqlarının izini axtarmaqla saxta bir cəmiyyətdə kollektivin təbiətinin necəliyini tapa bilərik. Fərqli instinktlərin həqiqət prinsiplərinə cavab verən bir eqonun rəhbərliyi altında təşkilatlanmasını da mənəviləşdirilmiş quldur dəstəsi kimi yozmaq mümkündür. Rəhbəriylə, üzvləriylə, mərasimləriylə, sədaqət andlarıyla, xəyanətiylə, maraq toqquşmalarıyla, intriqalarıyla və bütün girdi-çıxdısı ilə bir quldur dəstəsinin mənəviləşdirilmiş forması. Bunu başa düşmək üçün fərdin ehtirasla qarşı çıxdığı qəzəb anlarını, əsəb partlamalarını xəyal etmək kifayətdir. Qəzəbli insan həmişə öz eqosunun quldur başçısı kimi çıxış edir. Şüuraltına baltanı endirməmək əmrini verib. Gözləri içindəki dəstənin adına danışmaq ehtirası ilə alovlanmaqdadır. Şəxs öz təcavüzkarlığını nə qədər çox mənimsəyərsə, cəmiyyətin despotik prinsiplərini o dərəcədə yaxşı təmsil edər. Bəlkə də bu prinsip elə bu mənada düzdür: Ən şəxsi olan ən ümumi olandır.

      24

      Tough baby (1) – Müəyyən bir kişilik jesti var ki, istər özümüzdə, istəsə də başqalarında gördüyümüz an şübhələnməyi-miz lazımdır. Müstəqilliyinin, hakimiyyət gücünə inamının ifadəsidir – bütün kişilərin gizli həmgünahkarlığı. Əvvəllər bu jestə qorxulu bir hörmətlə “ağanın kaprizi” deyilirdi. Günümüzdə isə bu jest demokratikləşib və adi bank işçisi belə bu jesti film qəhrəmanlarından öyrənməkdədir. Ən əsas model gecə gec vaxtda özünün subay mənzilinə qayıdan və gizli işıqlandırmanı qoşaraq dərhal özünə viski-soda hazırlayan, smokinqli yaraşıqlı kişidir. Ədabaz dodaqların tələffüz etməkdən çəkindiyini mineral suyun diqqətlə qeyd edilmiş köpüklənmə səsi deyir bizə. Siqaret dumanı, dəri və təraş kremi qoxumayan hər şeyi, xüsusən də, qadınları xor görməkdədir. Onlar isə elə bu səbəbdən bu modeli dəhşətli dərəcədə cazibədar sayırlar. Onun üçün insan münasibətlərinin ideal forması kişi klubudu. Kişi klubu nəzakətli vicdansızlığın arenasıdır. Bu cür şəxslərin, daha doğrusu modellərin – çünki real həyatda bu cür tiplər çox nadirdir və insanlar həmişə öz mədəniyyətlərindən daha yaxşıdırlar – həzlərində, əyləncələrində gizli bir despotizm, vəhşilik sezilməkdədir. Bu zorbalıq başqalarını hədəfə götürən təhlükəyə bənzəyir, yəni kreslosuna yayxanmış şəxsin uzun müddətdir ehtiyac duymadığı şəxslərə qarşı yönəltidiyi təhlükəyə. Bu təhlükə əvvəllər özünə qarşı yönləndirdiyi təhlükədir. Əgər hər həzzin köhnə bir əzabı özündə qoruduğu və davam etdirdiyi doğrudursa, burda da əzab ona dözməyin qüruru formasında, yavaş-yavaş, tamam metamorfoza məruz qalmamış qəlib olaraq həzz kimi aliləşdirilmişdir. Şərabdan fərqli olaraq hər viski qurtumu, hər siqar nəfəsi orqanizmin bu qədər sərt şeylərə öyrəşmək və onları dəf etmək üçün məcbur qaldığı diksintini xatırlatmaqdadır. Həzz olaraq gözə çarpan da bunlardan başqa şey deyil. Deməli, sərt kişi, həqiqətən də fimlərdə təqdim edildiyi kimidir: mazoxist. Sadizmin kökündə yalan dayanır və şəxs ancaq yalan danışaraq həqiqi sadistə, despotluğun agentinə çevrilə bilər. Ancaq bu yalan özü də özünü əkscinsliliyin təsdiqlənəsi tək forması kimi təqdim edilmiş, içdə saxlanılmış homoseksualizmdən başqa bir şey deyil. Oksfordda iki növ tələbə fərqlənir: sərt kişilər və intellektuallar. İntellektuallar da sırf bu ziddiyyət səbəbiylə avtomatik olaraq qadınyanalıqla damğalanırlar. Bilməliyik ki, hakim təbəqə diktatorluğa tərəf istiqamətlənəndə bu iki ucda qütbləşmə meydan gəlir. Bu bölünmə bütünləşmənin sirrini də özündə daşıyır. Nəticədə, əsl qadınyana olanlar sərt kişilərdir, qadınyana olduqlarını qəbul etməmək üçün anauşağı qurbanlara ehtiyac duyurlar. Totalitarlıq və homoseksuallıq birlikdə addımlamaqdadır. Subyekt çökərkən öz cinsindən olmayan hər şeyi də inkar etməkdədir. Güclü kişi və onun əksi ağıllı uşaq obrazı despotizmin patriarxal prinsiplərini ən saf formada tətbiq edən bir cəmiyyətdə tamam qaynayıb qarışır. İstisnasız hər şeyi, məsələn, subyektləri belə özlərinin obyektlərinə çevirməklə bu prinsip bütünlüklə təsdiqlənir və qadınyanalıqdan zərrəcə fərqlənmir.

      25

      Zehnimizdə onlara yer yoxdur – Qaçqınların köhnə həyatlarının silindiyini bilirik. Əvvəllər həbs əmriydi, bu gün isə ölkədən ölkəyə daşına bilməyənn zehni yaşantıdır. Maddiləşməmiş olanın, nomeklaturlaşmayanın yaşamı da sona çatmaqdadır. Bununla belə maddiləşmə bununla da kifayətlənməyib öz ziddinə, bilavasitə feilləşməyən yaşama da yayılmaqdadır. Təkcə fikir və nostalgiya kimi yaşayan şeylərə. Bunlar üçün xüsusi termin də icad ediblər. “Curriculum vitae”. Cinsiyyət, yaş, iş – hamısı soruşulur. Yaşam, onun qətli davam etsin deyə, həmrəy statistiklərin qələbə maşınına bağlanıb süründürülməkdədir. Keçmiş belə bu gündən – onu xatırlamaqla növbəti unuduluşa təslim edəcək bu gündən – özünü qoruya bilməməkdədir.

      26

      English