Theodor W. Adorno nun şah əsəri sayılan “Minima Moralia” 1951-ci ildə nəşr olunub. Müəllif bu kitabında, demək olar ki, onu maraqlandıran bütün mövzuları – fəlsəfi məsələləri, gündəlik həyat, siyasət, ədəbiyyat və musiqi, faşizm, irqçilik, hakimiyyət, fəhlə hərəkatının tarixi və başqa problemləri – diqqət mərkəzinə gətirmiş və öz baxış süzgəcindən keçirmişdir. Kitab qısa fraqmentlər şəklində yazılıb. Kitabın iç yarımbaşlığı Zədələnmiş Yaşam Haqqında Düşüncələr adlanır. Bu yarımbaşlıq həm Adorno nun şəxsi tarixini açıqlamaq həm də o tarixlərdən etibarən formalaşmağa başlamış olan ictimai həyatı ortaya qoymaq baxımından olduqca mənalıdır. Modern həyat yadlaşma nəticəsində zədələnmişdir və başqa yandan Adornonun Nasist iqtidarı zamanı sürgündə, yəni fərdi anlamda da ayrıca olaraq zədələnmiş bir həyatı vardır. Fraqmentlər, həm bu ümumi həm də özəl tarixi izləyərək oxuna bilər. Adorno nun öz sözüylə desək, bu kitab çoxdan unudulmuş olan düzgün yaşamaq qaydaları haqqındadır. Bu baxımdan kitab yeri gələndə ümidli axtarışları dilə gətirir və yeri gələndə də bədbin və kədərli bir çıxılmazlığı nəzərə çarpdırır. Bir çox başqa arqument və təklifin olmasıyla birlikdə, Adorno nun bütün tənqidlərini və dəyərləndirməsini kitabdakı bu sözlərilə ortaya qoymaq mümkündür: Yanlış yaşam doğru yaşanmaz Minima Moralia, eksiztensializm və psixoanaliz kimi bir sıra düşüncə sistemi ilə yanaşı olaraq; Kant, Nietzsche, Heidegger kimi bir çox mütəfəkkirlə aparılan tənqidi dialoqun məhsuludur. Kitabda şəxsi məsələlərdən ümumi tarixə və mövzuyla bağlı bütün sistemlərə uzanan bir açıqlama üslubundan istifadə edilir və buradan çıxan nəticələr fəlsəfi yöndə inkişaf etdirilir. Bundan əvvəl Alatoran Yayınlarında Theodor W. Adorno nun “Avtoritar Şəxsiyyətin Necəliyi” (2016) əsəri çap olunmuşdur.