olan təcridçilik öz daxili qaydaları etibarilə qapılarını çölə möhkəm bağlamış qrupların və nəhayətində, böyük sərmayənin inhisarçı hakimiyyətinə rəvac verir. Yaşadığı eşq və şəfqəti yeni gələn birisinə qapdırmaq qorxusu içində yaşayan bir aşiqdən daha təsirli bir şey yoxdur. Ən dəyərli mülkü olan, çünki əslində mülk kimi sahiblənilə bilməyən sevgini yeni birinə, sırf yeni olduğu üçün buraxmaq məcburiyyətində qalacaqdır və rəqibinə bu zəfəri bəxş edən də özünün daha köhnə olmasından başqa bir şey deyildir. Bu təsirli duyğu – əgər bu yoxdursa, hər növ səmimilik və qorunma yoxa çıxar – bir dəfə başlayanda geri qayıdılması mümkünsüz kimi görsənən bir yolun başlanğıc nöqtəsidir: balaca oğlan uşağının özündən balaca qardaşına üz verməməsi və yatılı məktəb tələbəsinin “femine” dostunu xorultuyla başlayıb Ari irqindən olmayan insanları Sosial Demokrat Avstraliyanın kənarında saxlayan köç qanunlarına və Faşist idarəçiliyin də irqi azlıqları hər növ istilik və qorunma duyğuları ilə birgə yox etməklərinə qədər uzanan bir yol. Nitşe bütün yaxşı şeylərin bir vaxtlar pis şeylər olduğunu bilirdi. Ancaq ən yaxşı, ən mülayim şeylər də, bircə dəfə öz ağırlıqları ilə yol almağa başladıqdan sonra ağlasığmaz yırtıcılıqla nəticələnmə meylindədirlər.