Fransua Rable yeni dövr Avropa romanının banisidir. Fransız İntibahının əsas problemləri, fransız humanizminin mahiyyəti Rable yaradıcılığında öz əksini tapmışdır. Onun “Qarqantua və Pantaqruel” romanı orta əsr Avropa ədəbiyyatının populyar janrlarına – cəngavərlik romanlarına, kralların və sərkərdələrin bioqrafiyalarına, dini sxolastikaya, hüquqşünasların bəlağətli nitqlərinə parodiyadır. Əsərin əsas personajı olan Panurqu kələkbazlıq romanlarının qəhrəmanlarından biri hesab etmək olar. Romanın süjeti, obraz və ifadələri xalq deyimlərindən, folklor düşüncəsindən qaynaqlanır. “Qarqantua və Pantaqruel”in poetikası üçün xalq romanlarından, mifoloji təfəkkür tipindən İntibah realizminə keçid səciyyəvidir. Süjeti ölüm və gülüş, ölüm və yemək, ölüm və içki motivlərinin üzərində qurulan bu fəlsəfi əsərin mahiyyəti kef-damaq içində, müdrik və şən yaşam tərzindən ibarətdir. Roman çoxplanlılığı ilə fərqli janrları və üslubları ehtiva edən qeyri-adi struktura malikdir ki, bu da onun oxucu kütləsini artırır.

Sabir Azərinin müstəqillik illərində qələmə aldığı “Tələbə məhbusun etirafları” adlı bioqrafik-sənədli romanı onu sıxan, narahat edən mətləblər haqqında etiraflarından ibarətdir. Bu əsər roman – etiraf adlandırıla bilər. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz” başlığı ilə təqdim etmişdir. Romanda müəyyən hissələrə verilmiş başlıqlar da müəllifin öz həyat xronologiyasına uyğundur: “Onda mənim də bəxtəvər günlərim idi”, “Arzularım payıza düşdü”, “Sənə pənah gətirirəm, doğma kəndim!”, “Xoş gördük, doğma universitet!”, “İlk təyinatım və rəsmi iş yerim”, ““Ulduz”da keçən ömrüm” və s. Əsər ümumilikdə on beş hissədən ibarətdir. Bu başlıqlar da əsərin obyektinin yazıçının məhz öz həyatının olmasını və hadisələrin mərkəzində özünün dayanmasını əks etdirir. “Tələbə məhbusun etirafları” romanında Sabir Azərinin öz obrazından başqa həmçinin ümumi şəkildə mətnin daxilində “gizlənən” Vətən və Söz obrazları da nəzərə çarpır. Yazıçı təsvir etdiyi hadisələr vasitəsilə həm də öz şəxsiyyətini şərh etmişdir. Belə ki, əsərin qələmə alınmasında həyat hadisələrinə seçici münasibətin əsas prinsipləri yazıçının özünü düşündürən məsələləri əks etdirmişdir. Bu isə oxucuya müəlifin öz psixoloji portretini və şəxsiyyətini açıqlaya bilir. Romanda müstəqilliyimizin əldə olunması, qanlı yanvar hadisələri, XX əsrin sonunda xalqımızın yaşadığı ən mühüm tarixi hadisələr “Azadlıq yanğısı və meydan hərəkatı” adlı sonuncu hissədə təsvir olunmuşdur. Bu hissədə müstəqilliyimizin, azadlığımızın yeni qazanıldığı dönəmlərdə xalqımızın böyük itkilərlə üzləşməsindən, kommunist rejiminin xalqımıza vurduğu son zərbələrdən, ermənilərin dövlətimizə qarşı xəyanətkar mövqeyindən bəhs edilmişdir.
“Zaman çatı” hekayəsində Umay adlı bir kənd qızının sevgisi təsvir olunub. Umay qonşunun oğlunu-Gündüzü sevir. Amma bu sevgidən heç kəsin, hətta, Gündüzün belə xəbəri yoxdu. O, başqa biriinə nişanlıdır. Hekayə Gündüzün toyuna hazırlıq işlləriniin təsviri ilə başlayır. Umay bu toyqabağı hazırlıqları öz otağının pəncərəsindən izləyir, bütün bunlar ona o qədər kədərli görünür ki… Sabah onun Gündüzü başqasının olacaq. O, bunu düşündükcə əzab çəkir, ölmək istəyir. Amma qəfildən hadisələr dəyişir. Gündüzün nişanlısı qonşu kənddən olan başqa bir oğlana qaçır. Hekayənin bu yerində Umay oxucuların (dinləyicilərin) təxmin etmədiyi addımı atır…
“Zümrüd quşu” sadə təbiətli, kişi xasiyyətli azərbaycanlı qadının həyat yolundan, taleyindən bəhs edir. Zümrüd quşu sözün əsl mənasında adsız el sənətkarıdır. O, ehtiram və hörmət etdiyi insanların şəklini qızıl ilmələr vasitəsilə rəngli xalılarda əks etdirir və əbədiləşdirir. Puşkinin surətini xalıya köçürür. Ümumiyyətlə, Zümrüd quşu demək olar ki, bütün əsər boyu təsvir və tərənnüm edilir. Zümrüd quşunun Puşkin ilə, Abbasqulu Ağa Bakıxanov ilə, Nina Çavçavadze ilə söhbətləri, ən nəhayəti, Ərzurumda əsgəri xidmətdə həlak olan ərinin cənazəsini Azərbaycana aparması ustalıqla, sənətkarlıqla rəsm edilmişdir.
Akutaqava Rünoske 1892-ci ilin iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Yapon ədəbiyyatının son klassiklərindən hesab olunan Akutaqava Rünoskenin yaradıcılığının əsas mövzusu insanın mənəvi aləmində-psixologiyasında baş verən təbədüllatlar olmuşdur. İnsan şüurunun dərin qatlarına enmək, onun müxtəlif affekt hallarında keçirdiyi hisləri araşdırmaq bu yazıçının əsas yaradıcılıq istiqamətidir. Bundan başqa, Akutaqavanın yaradıcılığında o dövr yapon cəmiyyətinin mövcud problemləri, siyasi və dini mahiyyəti öz əksini tapmışdır. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto», «Sussanoo-no-mikoto ahıl çağlarında», «Tanrı Aqni», «Qəribə hekayət», «Xanım Rokunomiya», 1924-1927-ci illərdə «Sanemonun cinayəti», «Məktub parçası», «Momotaro», «At ayaqları», «Ölümündən sonra», «Karmen», «Suadamları ölkəsində», «Tanekonun kədəri», «Yuxu» və s. əsərlərini yazmışdır. Akutaqava Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozalı yuxu dərmanı içərək özünə qəsd etmişdir. Kitabda Akutaqava Rünoskenin “Qara paltarlı Madonna”, “Ata”, “Başın vurulması haqqında”, “Cəngəllikdə”, “Dişli çarx”, “Qarşılıqsız məhəbbət”, “Qəribə ada”, “Qəribə hadisə” və s novella və hekayələri yer almışdır.
Bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın həyatını qələmə almışdır.