Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi-tənqidi məqalələri yer almışdır.
Kitaba lirik şair Cabir Novruzun yarım əsrlik yaradı-cılığı müddətində qələmə aldığı seçmə şeirləri, daxil edilmişdir. Şeirlərdə şairin həm incə, kövrək lirik duyğuları, həm də ümumbəşəri və milli ağrılardan doğan vətəndaş-şair narahatlığı əks olunmuşdur.
Eldar Məmmədov 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası bölməsini bitirdikdən sonra 12 il Misirdə, Əlcəzairdə, İraqda, habelə keçmiş SSRİ-nin bir sıra hərbi tədris mərkəzlərində ərəbcə-rusca hərbi tərcüməçi, AzərTAc-da tərcüməçi-redaktor işləmişdir. Azərbaycan ədəbi dili, bəzi lüğətlər, hərbi terminlərimiz və s. haqqında respublika mətbu-atında dərc edilmiş yazılardan ibarət olan bu kitabdakı rəy və təkliflərin gənc tərcüməçilərə, ümumiyyətlə redaktorlara, jurnalistlərə və dilimizin tədrisini özünə peşə seçənlərə böyük köməyi dəyə bilər. Kitabdakı təkliflər müəllifin şəxsi rəyidir.
XX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri olan Əli Kərimi ədəbiyyatımızda şimşək kimi tez çaxıb tez də sönən şairlər sırasına daxil etmək olar. Onun novator, hər cür pafosdan uzaq olan poeziyasının işığı, istisi heç zaman sönmədi, insanları sevməyə, sevilməyə, necə olursa-olsun həqiqətin yanında olmağa çağırdı. Əli Kərim 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaradaraq onu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi. Vaxtilə Rəsul Rza Əli Kərim haqqında yazmışdı: “Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya çıxır. Şair də var ki, öz-özüylə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəsini təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi… ” Sizi bu yaradıcılıqla baş-başa buraxırıq…
Poeziyamızın qüdrətli nümayəndəsi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir. Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır. Xalq şairi Bəxtiyar Vahabzadənin bu kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri və poemaları toplanmışdır.
100-lük ABŞ dollarını və ya onun surətini əlinə gö-türmüş hər bir adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.
Siz doğrudanmı nə istədiyinizi bilirsiniz, yoxsa özünüzü nəyisə istəyən kimi göstərməklə əsil istəyinizi ört-basdır edirsiniz? Gücünüzü, həvəsinizi, bütün həyatınızı saxta istəklərə sərf etmək, yoxsa sizə məmnunluq və xoşbəxtlik gətirəcək yeganə arzunuzu müəyyən edib onun ardınca getmək istəyirsiniz? İnsanların çoxu, yaşından və həyat təcrübəsindən asılı olmayaraq, elə hesab edir ki, bu sualların cavabını bilir. Amma «sən nə istəyirsən» sualına birbaşa cavab verə bilmir və ya bu sualı özünə vermir. Bu kitabı oxuyun, yenidən yaşamağa başlayacaqsınız.
Bu kitabda, haqqında söz edilən məşhurların əksəriyyəti, eyni strategiya ilə hərəkət etmiş və uğura imza atmışdır. Bu yolda uğursuzluq, məhrumiyyətlər mütləq olacaqdır. Amma güclü xarakter sərgiləsək, qorxu, tərəddüd və utancaqlığı bir kənara atsaq, əlbəttə ki, bir gün cənab uğurun qapımızı döyəcəyindən əminəm. Əziz oxucu, bu kitabdan zövq və ilham almanızı, hədəfə doğru addımlarınızda qətiyyətli olmağınızı arzu edirəm. Hədəflərinizi seçin və kiçik addımlarla ona doğru hərəkət edin.
Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. Əndru Mənson ilk iş yerinə nəcib bir məqsədlə gəlir: mümkün qədər çox insana kömək etmək. O, tibbi gerçəkdən şöhrətləndirə bilənlərdən olmaq istəyir. Hər şey kiçik bir işdən başlayır, lakin Əndru çətinliklər qarşısında geri çəkilmir: bir əyalət şəhərciyində həkim köməkçisi olur, amma əslində özü də həkimdir. Həyat mürəkkəbdir və Əndru bu həyatın meydan oxumasını qəbul edir! Yavaş-yavaş, müxtəlif xəstəxanalarda işləyərək, Əndru başgicəlləndirən bir karyera qurur. Ancaq bu yüksəlişdə öz “mən”ini tapmaq çətin olur. Uğurlu həkim, tibb sistemini necə dəyişdirmə ilə bağlı qlobal sualları özünə daha gec-gec verir.
Kitaba ədəbiyyatımızın patriarxı nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun üslub baxımından müxtəlif seçilmiş əsərləri – lirik, romantik, realist, simvolik, tragikomik povest və hekayələri daxil edilib. Əsərlərin mövzusu əksəriyyət etibarilə Bakı həyatından alınmışdır. Qəhrəmanları bütün dövrlər üçün müasirdir. Çünki müəllif insanları düşündürən ciddi əxlaqi problemlərdən bəhs edir, vacib ictimai məsələlərə diqqət çəkərək oxucularını mənəvi təmizliyə, saflığa çağırır.