Bu povest dahi bəstəkar Lüdviq van Bethovenin həyatı haqqındadır. «O, müasir incəsənətdə ən qəhrəman qüvvədir. O, əzab çəkən və mübarizə edən adamların hamısının ən böyük və ən yaxşı dostudur» – onun barəsində bu sözləri fransız yazıçısı Roman Rollan demişdir. Bu kitabda bəstəkarın dahiliyi və faciəli taleyi təsvir olunmuşdur. Gərgin hekayətlər o dövrün tarixi hadisələri fonunda inkişaf edir.
Azərbaycanın Qızıl Ordu tərəfindən 27 Aprel 1920-ci ildə işğal edilməsinin 100-cü ildönümündə babam Məmməd Babanın, atam Aloy Hacının və bütün Qafqaz Qartallarının əziz xatirələrinə ithaf edirəm.
Bolşevik inqilabı ilə başlayan zülmün 100-cü ilində babam Məmməd Babanın, atam Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edirəm.
Kitaba görkəmli Azərbayjan yazıçısı, «Molla Nəsrəddin» jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932) nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil edilmişdir.
4,5 milyard dollar mülkiyyəti ilə dünyanın ən nəhəng biznesmenlərindən biri. Manhettendəki ən yaxşı daşınmaz əmlakın 2 milyon kvadratmetrinə sahib olan tikinti maqnatı. Onun adı brendə çevrilib və milyon dollara satılır. Onun həyat hekayəsi yüksəliş və enişlərlə doludur, lakin o, hər bir böhrandan sonra mütləq yüksəlir və əvvəlki zirvəsindən də yuxarı qalxır.
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Ə.Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. Kitabımıza müəllifin qəzəllərini və şeirlərini daxil etmişik.
Şair, tərcüməçi Əhməd Cavadın (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə «„Qoşma“» adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə «„Dalğa“» adlı kitabı nəşr olunmuşdur. Onun məşhur «„İstiqlal uğrunda şeirlər“» kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Kitaba şairin zəngin yaradıcılığının bir hissəsi daxil edilib.
Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd Ağaoğlunun «Üç mədəniyyət» əsərində dünya sivilizasiyasının beşiyi olan Şərqin tənəzzülünün səbəbləri araşdırılır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Əhməd bəy demokratiyanı, azadlığı, insanın sərbəstliyini seçdi. Bu məqsədlə ömrünün qürub çağında «Sərbəst insanlar ölkəsində» kitabını yazdı və yetmiş ildən sonra olsa da, bu kitab Azərbaycan gəncini tapdı. Əhməd bəy «Ön söz»də yazır ki, anlaşıqlı və çatımlı olması üçün bu kitabda hekayət üslubunu seçib: istibdaddan, şəxsi hakimiyyətdən qurtulmuş bir gənc azad və sərbəst ölkəyə düşür, bu ölkənin yaşayışı, düşüncələri, qanunlarıyla tanış olur və bunlara alışmağa çalışır…
Türk dünyasının nəhəng fikir və əməl adamlarından biri olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun daha bir kitabını oxucuların ixtiyarına veririk: “Atəşkəs və sürgün xatirələri”. Xatirələr 1919-1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaşmayıb. Burada oxucu Birinci Dünya savaşından sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Orta Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. “Atəşkəs və sürgün xatirələri” XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.