Bu kitabda Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyəti, eləcə də onun yaşadığı dövrdə Azərbaycanın ictimai-siyasi və sosial-mənəvi mənzərəsi ilə bağlı bir-birindən maraqlı faktlarla tanış olacaqsınız.
Bu kitabda müəllif Şirürəkli Riçardın İngiltərə və ümumilikdə Avropa tarixində oynadığı rol, eləcə də Qüds uğrunda Səlahəddin Əyyubi ilə mübarizəsi və qarşılıqlı münasibətləri ətraflı şəkildə təsvir olunur.
"Qanuni" ləqəbli Sultan I Süleyman Osmanlı dövləti üçün kimdirsə, Şah I Abbas da Səfəvi dövləti üçün odur.Bu kitabı oxuduqca yüxrıdakı fikrin doğruluğuna şübhəniz qalmayacaq.
Bu kitabda Çingiz xanın varisi Ögedeyin həyat və fəaliyyəti, monqolların həyat tərzi, ənənələri, dövlət quruculuğu, müxtəlif ölkələrə, o cümlədən Azərbaycana yürüşləri barədə bir-birindən maraqlı məlumatlar oxuyacaqsınız.
Bu romanda Şah İsmayılın Bakıya yürüşündən danışılır. Maraqlı epizodlarla zəngin əsər oxucunu yüzillər öncəyə aparır, onu tariximizin ən mürəkkəb dövrlərindən biri ilə tanış edir.
Bu romandakı hadisələr Qarbağ xanlığı ətrafında cərəyan edir. Əsərdə Azərbaycanın uzun illər boyunca iki qonşu dövlətin – Rusiya və İranın məngənəsi arasında qalmasından danışılır.
Tarixi həqiqətlərin bədii ifadəsi olan bu əsər Qarabağ xanlığının qurucusu və ilk xanı Pənahəli xanın (1693-1763) həyat və mübarizəsindən bəhs edir.
İlyas Əfəndiyevin XX əsrin 20-ci illərində Qrabağda baş verən hadisələrdən bəhs edən “Üçatılan” romanı zəngin tarixi-etnoqrafik məzmunu ilə birnəfəsə oxunur.
Bu romanda Azərbaycanın qəhrəman oğlu, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin II Dünya müharibəsi zamanı faşistlərin arxasına keçərək göstərdiyi misilsiz şücaətlərdən bəhs edilir.
Bu tarixi romanında Cənubi Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin həyatından və mübarizəsindən, eləcə də onun rəhbərliyi altında Azadıstan dövlətinin qurulmasından, həmçinin süqutundan danışılır.