Название | KAPİTAL. Siyasi iqtisadın tənqidi |
---|---|
Автор произведения | Карл Генрих Маркс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8245-3-8 |
36
İqtisadçılar öz mühakimələrində çox qəribə bir üsul işlədirlər. Onların fikkrincə, ancaq iki cür təsisat vardır: biri süni təsisat, digəri də təbii təsisatdır. Feodalizm təsisatı süni təsisatdır, burjua təsisatı isə təbii təsisatdır. Bu halda iqtisadçılar teoloqlara bənzəyirlər, çünki teoloqlar da iki cür din olduğunu iddia edirlər. Hər bir yad din insanların uydurmasıdır, onların öz dini isə allahın vəhyidir… Beləliklə, indiyə qədər tarix var imiş indi isə daha yoxdur” (Karl Marks: “Fəlsəfə yoxsulluğu. C-b Prudonun “Yoxsulluq fəlsəfəsinə cavab”, 1847, səh. 113 [bax K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 4-cü cild, səh. 142]). Qədim yunanların və romalıların ancaq qarətlə yaşadıqlarını güman edən c-b Bastia həqiqətən gülüncdür. Axı insanlar əsrlər boyu qarətlə yaşayırlarsa, yəqin ki, həmişə qarət edilməsi mümkün olan bir şey olmalı, başqa sözlə desək, qarət edilən şeylər arası kəsilmədən təkrar istehsal olunmalıdır. Buna görə də güman etmək lazımdır ki, yunanlarla romalıların da müəyyən bir istehsal prosesi, müəyyən iqtisadiyyatı olmuş və burjua iqtisadiyyatı müasir dünyanın bazisi olduğu dərəcədə həmin iqtisadiyyat da onların dünyasının maddi bazisi olmuşdur. Yaxud bəlkə də Bastia demək istəyir ki, qul əməyinə əsaslanan istehsal üsulu bununla da qarət sisteminə əsaslanır? Bu Halda o, təhlükəli bir yol tutmuş olur. Lakin Aristotel kimi nəhəng bir mütəfəkkir qul əməyinə qiymət verərkən səhv edirdisə, nəyə görə biz Bastia kimi cırtdan bir iqtisadçıdan muzdlu əməyə düzgün qiymət verəcəyini gözləməliyik?–Bu fürsətdən istifadə edərək mən bir alman – amerikan qəzetində Siyasi iqtisadın tənqidinə dair“ (1859) əsərim haqqında çıxan etiraza qısaca cavab vermək istəyirəm. Mənim fikrimcə, müəyyən istehsal üsulu və buna uyğun olan istehsal münasibətləri, bir sözlə desək – „cəmiyyətin iqtisadi quruluşu real bazis təşkil edir, bunun üzərində hüquqi və siyasi üstqurum yüksəlir və müəyyən ictimai şüur formaları buna müvafiq olur“, „maddi həyat istehsalı üsulu ümumiyyətlə ictimai, siyasi və mənəvi həyat prosesləri üçün şərt olur“ (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 6,7] – mənim bu baxışım qəzetin fikrincə, maddi mənafeyin hökm sürdüyü müasir dünya haqqında doğrudur, lakin nə katolisizmin hökm sürdüyü orta əsrlərə, nə də siyasətin hökm sürdüyu qədim Afinaya və ya Romaya tətbiq oluna bilməz. Hər şeydən əvvəl qəribə burasıdır: hələ də elə bir adam tapılıb güman edə bilir ki, orta əsrlər və antik dünya haqqında arada gəzən bu ibarələr kimə isə məlum deyilmiş. Hər halda aydındır ki, orta əsrlər katolisizmlə, antik dünya isə siyasətlə yaşaya bilməzdi. Əksinə, həmin dövrlərdə yaşayış vasitələri əldə etmək üçün işlədilən üsul izah edir ki, nəyə görə bir halda siyasət, digər halda katolisizm başlıca rol oynamışdır. Bundan əlavə məsələn, Roma respublikasının tarixinə dair xüsusilə dərin bilik sahibi olmadan da bilmək olar ki, onun tarixinin sirri torpaq mülkiyyətinin tarixindədir. Digər tərəfdən, hələ Don-Kixot sərgərdan cəngavərliyə cəmiyyətin bütün iqtisadi formalarında eyni dərəcədə yol verilə biləcəyini güman etməklə buraxdığı səhvin ağır bəlasını çəkməli olmuşdu.
37
“Observations”un müəllifi və S. Beyli Rikardsonu bunda ittiham edirlər ki, o, mübadilə dəyərinnn nisbi xarakterini görməmiş və onu mütləq bir şeyə çevirmişdir. Əslində isə əksinədir: bu şeylərin, məsələn almaz və incinin bir mübadilə dəyəri kimi malik olduqları zahiri nisbiliyi o həmin şeylərin zahiri görünüşü arxasında gizlənən həqiqi münasibətə, insan əməyinin bəsit ifadələri olmaq etibarı ilə onların nisbiliyinə müncər etmişdir. Rikardoçular Beyliyə inandırıcı şəkildə deyil, kobud bir şəkildə cavab vermişlərsə, bu ancaq ona görədir ki, onlar dəyərlə dəyər forması, yaxud mübadilə dəyəri arasında daxili əlaqə haqqında Rikardsonun özündə bir şey tapa bilməmişdilər.
38
Öz möminliyi ilə şöhrət tapmış XII əsrdə əmtəələr arasında çox qəribə şeylərə təsadüf edilirdi. Məsələn, o zamankı fransız şairlərindən biri Landi yarmarkasında olan əmtəələr arasında çit, çəkmə, gön, kənd təsərrüfatı alətləri, dəri və sairə ilə yanaşı olaraq “femmes folles de leur corps [fahişə qadınlar] da olduğunu göstərir.
39
Prudon öz əbədi ədalət, yustise eternelle idealını əvvəlcə əmtəə istehsalına uyğun yuridik münasibətlərdən alır, yeri gəlmişkən deyək ki, bununla da bütün filisterlərə belə təsəlli gətirən bir sübut verir ki, əmtəə istehsalı forması da ədalət qədər əbədidir. Sonra o, əksinə, həmin ədalət idealına uyğun surətdə həqiqi əmtəə istehsalını və buna müvafiq olan əsil hüququ dəyişdirməyə çalışır. Bir kimyaçı maddələr mübadiləsinin həqiqi qanunlarını tədqiq etmək və bunların əsasında müəyyən məsələləri həll etmək əvəzinə, maddələr mübadiləsini „naturalite“ və „affinite“ [„zat“ və „qohumluq”] kimi, „əbədi ideyalara” uyğun surətdə dəyişdirmək istəsəydi, biz onun haqqında nə deyərdik? Bizə deyəndə ki, sələmçilik „yustise eternelle“ [„əbədi ədalətə”], „eduite eternelle“ [«əbədi həqiqətə“ ziddir, – məgər biz vaxtı ilə sələmçiliyin „grace eternelle“,„foi eternelle“,„volonte eternellede Dieu “ [„əbədi şəfqətə“, „əbədi imana“, „allah-təalanın əbədi iradəsinə“] zidd olduğunu deyən kilsə xadimlərinin